Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-213/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 Cuma qızının və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə müəyyən edilmiş payların naturada bölünərək ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq, satış pulunun mülkiyyətçilər arasında üçdə bir hissə olmaqla bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçılar İddiaçı1 Cuma qızı və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin açıq hərracda satılaraq əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər olan İddiaçı1 Cuma qızı, İddiaçı2 və Cavabdeh hər birinə 1/3 hissə olmaqla bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli (mənzil) əmlak ünvan 1 ünvanında yerləşir. Mübahisəli əmlakın ümumi sahəsi 41.4 kv.metr yaşayış sahəsindən ibarət olan 1 otaqlı mənzil olub, otağın sahəsi 21.8 kv.metr, yardımçı sahələri 19.6 kv.metr, (bir mətbəx, bir sanuzel) olan mənzildən ibarətdir. Mübahisəli mənzilin ilkin mülkiyyətçisi tərəflərin atası X4 olmuşdur. O, sağlığında 20 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu 9 saylı notariusunda özünə məxsus olan Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı 50 saylı mənzildə yerləşən evini hər 3 övladına, yəni iddiaçıya, bacısı İddiaçı2 və qardaşı Cavabdeh 1/3 hissə olmaqla ölümündən sonra satılaraq bölünməsini son istəyi kimi vəsiyyət edərək rəsmiləşdirmişdir. Daha sonra atası C.İlyasov xəstələnmiş və ömrünün son günlərini yaşayarkən ölümündən az əvvəl iddiaçının və bacısının xəbəri olmadan, qardaşı Cavabdeh onun can üstə olmasından və gerçəkliyi tam şüurlu surətdə dərk edə bilmədiyindən sui istifadə edərək, notariusu evə gətirib, guya atasının evinin ona bağışlanmasına dair yeni müqavilə bağlatmışdır. Atasının ölümündən sonra Cavabdeh qanunsuz tərtib etdirdiyi həmin bağışlama müqaviləsi barədə iddiaçıya və bacısı İddiaçı2 məlum olmuşdur. Bundan sonra iddiaçı dərhal həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi apellyasiya qaydasında mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1548/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən atası C.İlyasov ilə qardaşı İ. İlyasov arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş “Daşınmaz Əmlakın bağışlanması haqqında” xx.xx.2015-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bu qətnamə cavabdeh tərəfindən 2018-ci ildən 2022-ci ilə qədər müxtəlif məhkəmə instansiyalarında dəfələrlə mübahisələndirilmişdir. xx.xx.2021-ci ildə iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində qeyd edilən mülki iş icraata qəbul edilərək, öyrənilmiş və Respublika Ali Məhkəməsinə həmin işlə əlaqədar bəzi mülki hüquq və mülki prosessual maddələri izah edilməklə rəhbər göstərişlər verilmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(102)-2932/2022 saylı qərarı ilə tərəflər arasında olan hüquqi mübahisə özünün son həllini taparaq C.İlyasovla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilərək, Cavabdeh iddiaçının atasının mənzilinə olan hüquqları ləğv edilmişdir. Ali Məhkəmənin qərarı Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə yönəldilmiş və xx.xx.2022ci il tarixdə Daşınmaz Əmlakın Dövlət katastr və reyestr xidmətinin 1 saylı Bakı ərazi idarəsinin **********83 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən ********** saylı qeydiyyat nömrəsi ilə icra edilib, Cavabdeh Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilinə olan hüquqları ləğv edilərək, onun adına olan çıxarış da etibarsız hesab edilmişdir. Atası C.İlyasov xx.xx.2015-ci il tarixdə dünyasını dəyişdiyi vaxtdan indiyədək ona məxsus Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilinin açarlarını qardaşı Cavabdeh alaraq iddiaçını və bacısını ora buraxmır. Uzun illərdir ki, həmin evdən oraya kirayəçi salaraq, maddi gəlir götürür. İddiaçıların ona həmin evi sataraq üçdə bir hissə olmaqla aralarında bölüşdürülməsi təklifinə isə qətiyyən razılıq vermir. Vəsiyyətnamə üzrə onun payına düşən üçdə bir hissəni də öz adına keçirilməsinə etiraz edərək, heç bir qanuni əsası olmadan özünü evin tam mülkiyyətçisi kimi hesab edib, iddiaçıları ora buraxmır. Baxmayaraq ki, istər İddiaçı1, istərsə də bacısı İddiaçı2 bərabər paylar üzrə 1/3 hissə olmaqla paylı mülkiyyət hüquqları tanınmış və müvafiq dövlət reyestrinin 2265 nömrəli kitabının 21076 nömrəli vərəqində **********0 nömrəsi altında qeydə alınmış və 01 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daha sonra iddiaçılar İddiaçı1 Cuma qızı və İddiaçı2 Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin kompensasiya pulunun cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh kompensasiya ödənilməsinə razı olmadıqda Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı1 Cuma qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçılar və cavabdeh qardaşbacıdırlar. Hazırda mübahisəsi gedən ünvan 3 (yeni qaydalarla: ünvan 2 tərəflərin atası X2 məxsus olmuşdur. Tərəflərin atası 28 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdə cavabdehlə atası X4 arasında sözügedən əmlakın bağışlanmasına dair müqavilə bağlanmışdır. İddiaçılar Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylara mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3120/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017ci il tarixli 2(005)-3120/2017 saylı qətnaməsi ləğv edilmiş, X5 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 40-837 nömrə ilə qeydə alınmış) «Daşınmaz əmlakın bağışlanması haqqında» 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında (əqdin nəticəsində) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 Cuma qızı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli 2(103)- 10779/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3120/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, X5 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 40-837 nömrə ilə qeydə alınmış) «Daşınmaz əmlakın bağışlanması haqqında» 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılmış və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli 2(103)-10779/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(102)-2932/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli 2(103)-10779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X4 tərəfindən 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnamənin tələbinə əsasən Bakı şəhəri Aşıq Alı küçəsi 7/19 mənzil 50-də yerləşən evin satılaraq pulun onun övladları İddiaçı1 Cuma qızı, İddiaçı2, Cavabdeh arasında üç yerə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Cuma qızının və İddiaçı2 adına verilmiş ünvan 3, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 saylı mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 2265 nömrəli reyestr kitabının 21076 nömrəli vərəqində ********** nömrə altında 1 mart 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 19/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçıalr apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli 2(103)-7716/2022 saylı qərardadı şikayət qeyri-mümkün hesab edilmişdir. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli 2(102)-689/2023 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı ərazi idarəsi tərəfindən təqdim edilmiş məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2021ci il tarixli 2(103)-10779/2021 saylı icra vərəqəsində qeyd edilən məsələ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1548/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında ********** saylı qeydiyyat nömrəsi ilə icra edilərək Cavabdeh hüquqları ləğv edilməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 2 ünvanı ilə bağlı X3 1/3 hissədə payı açıq qalmış, İddiaçı2 öz 1/3 hissədə payından bacısı – digər İddiaçı1 Cuma qızının xeyrinə imtina etmişdir. İddiaçı1 Cuma qızının əmlak dair 2/3 hissədə payı 09 avqust 2023-cü il tarixdə ********** nömrə ilə reyestrdə qeydiyyata alınmışdır. Mülki işin gedişatı zamanı İddiaçı1 Cuma qızı iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(011)- 213/2024 saylı qərardadı ilə kompleks (tikinti-texniki və qiymətləndirmə) məhkəmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında yerlşən ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş **********07-0501-093122 reyestr nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilinin ümumi sahəsinin 41.4 kv.metr təşkil etdiyini nəzərə alaraq, mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 124.000 manat (41.4 kv m. x 3.000 manat) məbləğində müəyyən edilir (2-ci sual üzrə). Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbinə İddiaçı1 iddiası olaraq qiymət verilməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, İddiaçı2 sözügedən əmlaka dair payından bacısı olan digər iddiaçının xeyrinə imtina etmişdir. Odur ki, İddiaçı2 həmin əmlaka dair hər hansı hüququ olmadığından, İddiaçı2nın iddiası rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilə dair İddiaçı1 Cuma qızının mənzil üzərində 2/3 hissədə payı müəyyən edilmiş, qalan 1/3 hissə açıq qalmışdır. Məhkəmə araşdırması zamanı mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin naturada bölgüsü hissəsində təmin edilə bilməz. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin naturada bölgü mümkün olmadıqda Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilində yerləşən, ümumi sahəsi 41.4 kv.metr olan 1 otaqlı mənzilin kompensasiya pulunun cavabdehdən alınaraq iddiaçılara verilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırkı əmlakdan cavabdehə çatmalı olan pay sonuncu tərəfindən qəbul edilməmiş, iddiaçıya isə əmlakın 2/3 hissəsi mülkiyyət hüququ əsasında aid edilmişdir. İş materiallarının araşdırılmasından məlum olur ki, cavabdeh iddiaçıya mənzildən istifadə etməyə maneələr yaradır, ona barışıqla bağlı vədlər versə də rəsmiləşdirməyə gəlib çatan məqamlarda barışıqdan yayınır. Tərəflər arasında mövcud olan çoxsaylı məhkəmə çəkişmələri də tərəflərin mübahisəni məhkəmədən kənar razılaşma qaydasında həll edə bilmələrini istisna edir. Sadalanan hallar iddiaçının mülkiyyətçi olaraq əmlakına sahiblik, istifadə və ona dair sərəncam vermək hüququndan məhrum edir. Bu isə qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Odur ki, sadalanan xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, tərəflər kompensasiya ilə bağlı razılığa könüllü şəkildə gəlməli idilər. Nə qədər ki, cavabdeh hər hansı təşəbbüslə çıxış etmir, iclasa gəlmir və ididaçı da əmlakın açıqda qalmış payını satın almaq imkanının olmadığını qeyd edir, iddia bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin 2/3 hissəsi iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 (yeni qaydalarla: ünvan 2 açıq hərracdan satılsın. ünvan 3 (yeni qaydalarla: ünvan 2 mənzilin satılmasından əldə edilən vəsaitin 2/3 (üçdə iki) hissəsi İddiaçı1 Cuma qızına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 Cuma qızının özünə aid edilsin. İddiaçı1 Cuma qızından 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-213/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-213/2024
09.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver