Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-215/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X9, X7, X5 və X6 üçüncü şəxslər qismində cəlb olunmaqla) “ümumi paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 69,34 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması, payına uyğun 42500 manat kompensasiyanın cavabdehdən tutulması və ya bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin onun və Cavabdeh arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi L.T.Əliyeva yazılı ərizə təqdim edərək, mübahisəli mənzilin naturada bölünməsi hissədə yekun məhkəmə qərar qəbul edib, ”kompensasiya tutulması və ya açıq hərracdan satılması” tələbinin baxılmamış saxlanmasına dair qərardan çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-215/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi “payına uyğun 42500 manat kompensasiyanın cavabdehdən tutulması və ya bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin onun və Cavabdeh arasında bölüşdürülməsi” hissədə baxılmamış saxlanmışdır. Üçüncü şəxslər X7, X5 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh 20000 manat kompensasiya məbləği və 151 manat ödənilmiş dövlət rüsumu pulu, cəmi 20151 manat müştərək qaydada alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X5 və X4 ödənilməklə X7, X5 və X2 ünvan 1-a olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-215/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə üçüncü şəxslər X7, X5 və X2 “cavabdehlər İddiaçı və Cavabdeh 20000 manat kompensasiya məbləği və 151 manat ödənilmiş dövlət rüsumu pulu, cəmi 20151 manat müştərək qaydada alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, X5 və X4 ödənilməklə X7, X5 və X2 ünvan 1-a olan istifadə hüquqlarına xitam verilməsi” barədə iddia ərizəsinin baxılmamış saxlanması, üçüncü şəxs X7 tərəfindən ödənilmiş 151 (yüz əlli bir) manat dövlət rüsumunun qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili qısa izahat verərək bildirmişdir ki, ünvan 1 ½ hissədə iddiaçıya, ½ hissədə cavabdehə məxsusdur, mənzil tərəflər arasında qarşılıqlı razılıqla bölünə bilmir, bu məsələ həll olunmur, aralarında razılığa gələ bilmirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzilin iki mülkiyyətçisi vardır, iddiaçı və cavabdehin hər birinin ½ hissədə payları vardır, digər kənar şəxslərin həmin ünvanda necə qeydiyyatda düşdüyünü bilmir, iddiaçı mənzilin naturada bölünməsini istəyir, lakin bu mümkün deyildir, bu barədə ekspertiza da keçirilmişdir, ekspertlər də mənzilin naturada bölünməsinin mümkün olmadığını bildirmişdirlər, iddia rədd olunmalıdır, çünki bölünmə mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi “Texniki Pasport”un notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq subyekti, İddiaçı və Cavabdehdur, mənzilin yerləşdiyi mərtəbə 4, otaqların sayı 3, ümumi sahəsi 69,34 kv.m-dir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil üzrə Cavabdeh ½ hissə, İddiaçı ½ hissədə payları qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 7, mənzil 14-də 20 iyul 2016-cı il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı Arayışdan görünür ki, ünvan 1-da qeydiyyatda olan digər şəxslər X5, X6, X9, X7, Cavabdehdur. İş materiallarında olan 91 saylı MKİS tərəfindən verilmiş 414 №-li xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1-də daimi qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci i tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 1-da qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 18 aprel 2022-ci il tarixinə bazar qiyməti 85000 manat təşkil edir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.1997-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-5 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin ½ hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-210 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin ½ hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Qəbzlərdən görünür ki, X8 tərəfindən cəmi 220 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/8638 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, İddiaçı və Cavabdeh ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,34 kv.m olan 3 otaqlı mənzilin mülkiyyətçiləein paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 69,34 kv.m, 3 otaqlı mənzil xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ½ hissədə paylı mülkiyyət üzrə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur, həmin mənzilin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, həmin rəy sübut kimi qəbul edilməli, mənzilin paylara uyğun olaraq naturada ayrılması məsələsinin həllində ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticəyə görə mənzilin texniki cəhətdən ayrılması mümkün olmadığından, iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 69,34 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 69,34 kv.m, 3 otaqlı mənzilinin ona məxsus ½ hissəli payının natura şəklində ayrılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (yüz əlli) manat pul məbləği İddiaçı alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X3, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-215/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-215/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver