Məhkəmə qərarları › İş №2(011)-2155/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2155/2022

21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2155/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi və Bakı şəhəri 6 saylı Notariat Ofisi cəlb olunmaqla “mirasın qəbul edilməsi faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “mirasın qəbul edilməsi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsi mərhum atası X4 xüsusi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair X4 adına mülkiyyət hüququ xx.xx.2010-cu il tarixli ******* №-li MA seriyalı Çıxarışla daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. Mülkiyyətçi X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və bu barədə 07 iyul 2017-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Miras qoyan X8 vəfat etdiyi günə qədər ünvan 1 ünvanda yaşamışdır. Bildirir ki, X4 vəfatından sonra onun mülkiyyətində olan Quba rayonu, Qırız- Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsini miras əmlak kimi onun birinci növbədə olan vərəsəsi-oğlu Ərizəçi faktiki olaraq qəbul etmişdir. Ərizəçi mirası faktiki olaraq qəbul etsə də, mülki qanunvericiliyin tələbinə uyğun olaraq mirasın notariusa ərizə verərək qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddəti əvvəlcə işlərinin çox olması səbəbi ilə, sonra isə koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantin rejiminin yaratdığı məhdudiyyətlər ucbatından ötürmüşdür. Lakin sonradan ərizəçi Bakı şəhəri, 6 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notariat Ofisinin xx.xx.2021-ci il tarixli X-1143 saylı məktubu ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və bildirilmişdir ki, məhkəməyə müraciət edə bilər. Odur ki, miras əmlakın qəbul edilməsi faktnın tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, Quba rayonu, Qırız Dəhnə kəndində yerləşən və xx.xx.2010-cu il tarixli ******* №-li MA seriyalı Çıxarışla mərhum X4 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin miras əmlak kimi onun birinci növbədən vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktının tanınması, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və müvafiq reyestrdən çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X7 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxslər nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan İİ OH seriyalı 371301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X5r. İş materiallarında olan 2 saylı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan digər vərəsə X6 nümayəndəsi-vəkili tərəfindən verilmiş ərizədən görünür ki, L.İ.Baxışova atası X3 miras qalmış əmlakların qardaşı Ərizəçi tərəfindən qəbul olunmasını etiraf etmiş və faktının müəyyən edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilən X9 izahatında qeyd etmişdir ki, o, ərizəçinin bacısı Leylanın əridir. Onlar ərizəçinin bacısı ilə 2008-ci ildə ailə qurmuşdurlar. X1 rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsini oğlu Ərizəçi üçün almışdır. 2010-cu ildə X8 vəfat etdikdən sonra həmin torpaq sahəsini Coşqun qəbul etmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsini onun sahibliyindədir. Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsi Ərizəçi baxır və orada tikinti aparmaq niyyəti var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, X3 miras qalmış əmlak Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddəti keçdiyinə görə notariat orqanından vərəsəlik şəhadətnaməsinin alınması mümkün olmamışdır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X3 miras qalmış Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, ərizədə göstərilən torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması və müvafiq reyestrdən çıxarışın verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki qətnamə qüvvəyə mindikdən sonra ərizəçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud olmasını təsdiq edəcək vərəsəlik haqqında şəhadətnamənin verilməsi, həmçinin müvafiq reyestrdən çıxarışın verilməsi üçün əsas olduğundan, yalnız həmin orqanlar tərəfindən icra edilmədikdə inzibati icraat qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Quba rayonu, Qırız Dəhnə kəndində yerləşən və xx.xx.2010-cu il tarixli ******* №-li MA seriyalı Çıxarışla mərhum X4 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin miras əmlak kimi onun birinci növbədən vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar