Məhkəmə qərarları › İş №2(011)-2157/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2157/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2157/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “70 qram qızılın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “70 qram qızılın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, həyat yoldaşı X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevi küçəsində yerləşən “Lombard” da 70 qramdan ibarət qızıl zinyət əşyaları girov qoymuş və kredit götürmüşdür. Lakin Sarayevi küçəsində yerləşən “Lombard” rəhbərliyi öz əməkdaşları Brilyat və Rufa adlı xanımlarla birlikdə üzərinə götürmüş öhdəliyi icra etməyərək, iddiaçının həyal yoldaşı X2 məxsus 70 qram qızılı özgəninkiləşdirmiş və həmin qızılları onlara qaytarmaqdan imtina etmişdir. İddiaçı həmin qızılların verilməsi ilə bağlı dəfələrlə, cavabdeh Sareyvevi küçəsində yerləşən “Lombard”ın rəhbəri Cavabdeh1 və Cavabdeh2 və onların əməkdaşları Brilyat və Rufa adlı xanımlara müraciət etsə də, onlar müxtəlif bəhanələrlə həmin qızılları qaytarmaqdan boyun qaçırırlar. İddiaçı bu barədə dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, bunun məhkəməyə aid olduğu bildirilmişdir. Bunlar iddiaçının maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Sarayevi küçəsində yerləşən “Lombard” ın rəhbərləri Cavabdeh1 və Cavabdeh2 70 qram qızılın və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, 2016-cı ildə həyat yoldaşı X4 qızılları lombarda qoyaraq, pul götürmüşdür. 2016-ci ilin may ayında yoldaşı pulu ödəyib, qızılları geri götürmüşdür. 2019-cu ildə pula ehtiyacı olduğu üçün iddiaçının bacısı Asudə Qədirova və X4 "xxxx" ASC-də qızılları qoyaraq, pul götürmək istəmişlər. Həmin vaxtı "xxxx" ASC-dən bildirmişlər ki, qızıllar aşağı əyyarlıdır. Qızıllar lombarddan götürülən zaman dəyişdirilmişdir. Belə ki, iddiaçı ilk dəfə qızılı lombarda qoyarkən qolbağın aşağı və yuxarı hissəsinə nişan qoymuş, qızıllar lombarddan götürüldükdən sonra qolbağın yuxarı hissəsində olan nişan yerində olsa da, aşağı hissəsində olan nişan yox idi. Sonradan iddiaçı təkrarən eyni lombarda qızılları qoyaraq 2500 manat pul götürmüş və həmin vaxt Birilyantla danışaraq 3 gün ərzində 500 manat ödəniş olunacağını, faizə hesablanmamasını bildirmiş və boyunbağını geri qaytarmasını xahiş etmişdir. Lakin boyunbağı geri qaytarılmamışdır. İddiaçı qızının toyu ərəfəsində yenidən boyunbağının qaytarılmasını xahiş etsə də, geri verilməmişdir. 2020-ci ilin avqust ayına kimi iddiaçı ödənişlər etmiş, 800 manat ödəniş edərək, qolbaq saxlanılmaq şərti ilə digər qızılların geri qaytarılmasını tələb etmiş, qızıllar qaytarılmamış və iddiaçı 2020-ci ilin may ayında polisə müraciət etmişdir. İddiaçı təsdiq etmişdir ki, borcu ödəmədiyi üçün qızıllar lombard tərəfindən satılaraq, borcun bağlanmasına yönəldilmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan vətəndaş İddiaçı ərizəsi əsasında 01 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 01 yanvar 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Həsənov tərəfindən vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi, ev 1 -də yaşayan İddiaçı 16 iyun 2020-ci il tarixdə Bakı şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən lombarda girov qoyduğu 750 əyarlı qızıldan hazırlanmış qolbağının aşağı əyarlı qızıl-zinət əşyası ilə dəyişdirildiyini göstərib tədbir görülməsini xahiş etmişdir. İddiaçı 28 iyul 2020-ci il il tarixdə Xətai RPİ-nin 34-cü polis şöbəsinə daxil olmuş müraciəti «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 1317 nömrə ilə qeydiyyata alınaraq araşdırılması şöbənin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlıya həvalə olunmuşdur.İddiaçı müraciəti əsasında Xətai RPİ-nin 34-cü polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlı tərəfindən heç bir araşdırma aparılmadan, o cümlədən ərizəçinin izahatı alınmadan tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması və cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək toplanmış material üzrə 07 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı araşdırmanın qeyri-obyektiv aparılması və hüquqlarının pozulmasına dair Xətai rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılması ilə əlaqədar material tələb edilərək öyrənilmiş və təhqiqatçı Elçin Qəhrəmanlmm cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan xx.xx.2020-ci il tarixdə ləğv edilərək zəruri göstərişlər verilməklə material əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin 34-cü polis şöbəsinə göndərilmişdir.17 sentyabr 2020-ci il tarixdə Xətai RPİ-nin 34-cü polis şöbəsinə daxil olmuş material üzrə əlavə araşdırma aparılması şöbənin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlıya həvalə olunmuşdur. Xətai RPİ-nin 34-cü polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlı tərəfindən heç bir araşdırma aparılmadan İddiaçı eyni məzmunlu müraciəti əsasında toplanmış HK- 1/1547 nömrəli material üzrə həmin şöbənin baş təhqiqatçısı, polis baş leytenantı Nicat İslamlı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilməsinə edilməsinə istinad edilərək toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1,7-ci maddəsinə əsasən cinayət işinin başlanması təkrarən rədd edilmişdir.İddiaçı araşdırmanın qeyri-obyektiv aparılması və hüquqlarının pozulmasına dair Xətai rayon prokurorluğuna daxil olmuş müraciətlərinə baxılması ilə əlaqədar təhqiqatçılar Nicat İslamlı və Elçin Qəhrəmanlı tərəfindən toplanmış materiallar tələb edilərək öyrənilmiş, təhqiqatçı Nicat İslamlının cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi xx.xx.2020ci il tarixli, habelə X6nın cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan xx.xx.2021-ci il tarixdə ləğv edilərək materiallar bir icraatda birləşdirilmiş və zəruri göstərişlər verilməklə əlavə araşdırma aparılması üçün Xətai RPİ-nin 34-cü polis şöbəsinə göndərilmişdir, 16 iyul 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü polis şöbəsinə daxil olmuş material üzrə əlavə araşdırma aparılması şöbənin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlıya həvalə olunmuşdur. X6 tərəfindən heç bir araşdırma aparılmadan cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək toplanmış material üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması təkrarən rədd edilmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, araşdırma zamanı X1 İddiaçı etibarından sui-istifadə etmədiyi, onu aldatmadığı, İddiaçı qızıl-zinət əşyalarını ünvan 1 ünvanında yerləşən lombarda pul qarşılığında girov qoyduğu, bununla bağlı qəbzlər tərtib edildiyi, razılaşma əsasında faiz ödənişləri olunduğu müəyyən edilmişdir. Eyni zamanda X3 məxsus qızılları dəyişdirməmiş, ələ keçirməmiş, Birilyant Süleymanova həmin lombardın müştərisi olmuş və orada qızıl girovu barədə lombardla alış-verişi olmuşdur. xx.xx.2016-cı il tarixdə bir ədəd boyunbağı və bir ədəd qolbağı Birilyant Süleymanova tərəfindən saxlanılmış, qızıl-zinət əşyaları İddiaçı arvadına qaytarılmış və həmin vaxt qızıllar yoxlanılaraq təhvil alınmışdır. Birilyant Süleymanova tərəfindən X5 məxsus qızıllar lombardda girov götürüldükdən sonra Birilyant Süleymanova lombarddan işdən çıxmışdır. Sonradan isə qızılların saxta olunması barədə şikayət edilmişdir. İş materiallarında olan 851586 nömrəli girov biletinin surətindən görünür ki, X4 tərəfindən 15 fevral 2016-cı il tarixdə qiyməti 1000 manat olan 750 əyyar, çəkisi 18,3 qr olan 1 ədəd qolbaq və 750 əyyar, çəkisi 16,4 qr olan 1 ədəd sepi Cavabdeh1 hesabına girov qoyulmuş, 15 mart 2016-cı il tarixdə girov çıxarılmışdır. İş materiallarında olan 606028 nömrəli girov biletinin surətindən görünür ki, İddiaçı tərəfindən 11 oktyabr 2019-cu il tarixdə qiyməti 2500 manat olan 585 əyyar, çəkisi 1,7 qr olan 1 ədəd sep klon, çəkisi 18,3 qr olan 1ədəd qolbaq və 750 əyyar, çəkisi 16,4 qr olan 1 ədəd sep, 585 əyyar, çəkisi 6,8 qr olan 1 ədəd qolbaq, 585 əyyar, çəkisi 6,1 qr olan 1 ədəd sırğa Cavabdeh2 hesabına girov qoyulmuş, girovun çıxarılma tarixi 11 noyabr 2019-cu il kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Prokuroru tərəfindən İddiaçı ünvanlanmış V-05mat-693 nömrəli 29 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 2016-cı ildə lombarda qoyduğu qızıl-zinət əşyalarının dəyişdirilərək aşağı əyyarlı zinət əşyası ilə əvəz edilməsi barədə müraciəti ilə əlaqədar Xətai RPİ-nin İŞ-də toplanmış material İddiaçı şikayəti əsasında tələb edilərək Bakı şəhər prokurorluğunda öyrənilmişdir. Müəyyən edilmişdir ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Elşən Həsənov tərəfindən izahatlar alınmış, zəruri sənədlərin, müqavilənin və məhkəmə aktlarının surətləri materiala əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən 15 fevral 2016cı il tarixdə qiyməti 1000 manat olan 750 əyyar, çəkisi 18,3 qr olan 1 ədəd qolbaq və 750 əyyar, çəkisi 16,4 qr olan 1 ədəd sepi Cavabdeh1 hesabına girov qoyulmuş və 15 mart 2016-ci il tarixdə ödəniş edərək qızılları geri götürmüşdür. İddiaçı tərəfindən 11 oktyabr 2019-cu il tarixdə qiyməti 2500 manat olan 585 əyyar, çəkisi 1,7 qr olan 1 ədəd sep klon, çəkisi 18,3 qr olan 1ədəd qolbaq və 750 əyyar, çəkisi 16,4 qr olan 1 ədəd sep, 585 əyyar, çəkisi 6,8 qr olan 1 ədəd qolbaq, 585 əyyar, çəkisi 6,1 qr olan 1 ədəd sırğa Cavabdeh2 hesabına girov qoyulmuşdur. Mülki iş materiallarında olan 01 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə araşdırma zamanı X1 İddiaçı etibarından sui-istifadə etmədiyi, onu aldatmadığı, İddiaçı qızıl-zinət əşyalarını ünvan 1 ünvanında yerləşən lombarda pul qarşılığında girov qoyduğu, bununla bağlı qəbzlər tərtib edildiyi, razılaşma əsasında faiz ödənişləri olunduğu müəyyən edilmişdir. Eyni zamanda X3 məxsus qızılları dəyişdirməmiş, ələ keçirməmiş, Birilyant Süleymanova həmin lombardın müştərisi olmuş və orada qızıl girovu barədə lombardla alış-verişi olmuşdur. xx.xx.2016-cı il tarixdə bir ədəd boyunbağı və bir ədəd qolbağı Birilyant Süleymanova tərəfindən saxlanılmış, qızıl-zinət əşyaları İddiaçı arvadına qaytarılmış və həmin vaxt qızıllar yoxlanılaraq təhvil alınmışdır. Birilyant Süleymanova tərəfindən X5 məxsus qızıllar lombardda girov götürüldükdən sonra Birilyant Süleymanova lombarddan işdən çıxmışdır. Sonradan isə qızılların saxta olunması barədə şikayət edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qızılların lombardda dəyişdirildiyini bildirsə də, qeyd etdiyi halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla yanaşı təsdiq etmişdir ki, borcu ödəmədiyi üçün həmin qızıllar lombard tərəfindən satılaraq, borcun bağlanmasına yönəldilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “70 qram qızılın qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir ywz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar