Məhkəmə qərarları › İş №2(011)-2169/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2169/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2169/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakim Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı MMCnin Cavabdeh qarşı pul və digər tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən çoxmənzilli binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsinə görə 1651,32 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı olaraq ünvan 1 olunsa da, iddiaçı bu barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Bu hal isə məhkəmə tərəfindən işin aidiyyətinin düzgün müəyyən edilməsinə maneə yaratmış olur. İddiaçı tərəfindən ərizəyə cavabdehin qeyd edilən ünvanda qeydiyyatsız yaşaması barədə xx.xx.2022-ci il tarixli arayış əlavə olunsa da, məhkəmə bildirir ki, qanunvericiliyin tələbinə əsasən iddia tələbi cavabdehin yaşadığı yer üzrə deyil, rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Bu tələb Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində göstərilmişdir. Həmin maddədə qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinə cavabdehin ünvanı barədə heç bir sənəd təqdim etmədiyindən, bu hal isə Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə uyğun olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessaul Məcəllənin Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmuna riayyət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Məcəllənin 15.2.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar