Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-217/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin” etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(011)-2287/2018 №-li qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada kredit müqaviləsi üzrə 19648,55 ABŞ dolları əsas borc, 6401 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 26049,55 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 75.000 manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı, X14, X7 və X5 mənzili tərk etmədikləri təqdirdə, həmin yaşayış sahəsindən çıxarılmaları, eyni zamanda iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın 50%nin iddiaçıdan, 50%-nin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına, əmtəəşünaslıq ekspertizasının xərci qismində 300 manatın 50%-nin iddiaçıdan, 50%-nin cavabdehlərdən tutularaaq "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-nin iddiaçıya aid edilməsi qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(011)- 2287/2018 №-li qətnaməsinin əsas, faiz və cəmi borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilməsi, əsas,faiz və cəmi borcun alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə tutulması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir, qətnamənin icrası Xətai rayon İcra Şöbəsinə həvalə edilmişdir, bundan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə isə mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin surəti "xxxx" MMC-yə göndərilmişdir, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2019cu il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən mənim - İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzili xx.xx.2019cu il tarixdə açıq hərracdan satışa çıxarılmış, lakin hərrac baş tutmadığından xx.xx.2019-cı il tarixdə təkrar hərrac keçirilmişdir. Amma təkrar hərrac da baş tutmamışdır. Bundan sonra Ləğv Prosesində olan Cavabdeh2 ASC ipoteka predmeti olan evin mülkiyyətə götürülməsinə razılıq vermiş, beləliklə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzili Hərrac Təşkilatının “Hərracın yekunları barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol”a və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Ləğv Prosesində olan Cavabdeh2 ASC-yə 47 812.50 manata ipoteka saxlayan Ləğv Prosesində olan Cavabdeh2 ASC-yə satılmışdır, lakin cavabdeh "xxxx" MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməmişdir, nə keçirilən hərraclar barədə iddiaçıya məlumat verilmiş, nə də ki Hərrac Təşkilatının “Hərracın yekunları barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə” ona təqdim edilmişdir, sözügedən əmlakın açıq hərraca çıxarılaraq satılması iddiaçıya yalnız Xətai Rayon İcra Şöbəsinə çağırıldıqda məlum olmuşdur, mübahisə ilə bağlı dərhal pozulmuş hüquqlarımın bərpası üçün vəkillə müqavilə bağlamışdır, bundan sonra özü vəkil kimi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icra işi materiallarının surətlərinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, ərizəyə cavab olaraq icra işinə dair sənədlərin ksero-surətləri göndərilmişdir, həmin icra işinə dair sənədlərdən görünür ki, məhkəmənin icra vərəqəsinin icra edilməsi məqsədilə xx.xx.2019-cu il tarixli məktubla cavabdeh "xxxx" MMC-yə göndərilmiş və ipoteka predmeti olan əmlak xx.xx.2019-cu il tarixdə LPO Cavabdeh2 ASC-yə satılmışdır, "xxxx" MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmədiyindən hərracların keçirilməsindən tam məlumatsız olmuşdur, bundan başqa icra işinə dair sənədlərin surətlərindən görünür ki, ipoteka predmeti olan əmlak xx.xx.2019-cu il tarixdə ilk dəfə ilkin satış qiyməti 75.000 manat olmaqla hərraca çıxarılmışdır, lakin hərrac baş tutmadığından ipoteka predmeti olan əmlakın qiyməti 63.750 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərraca çıxarılmışdır, icra işi materiallarına nəzər saldıqda görünür ki, ipoteka predmeti olan əmlak LPO "xxxx" ASC-yə 47812.50 manata satılmışdır, həracların keçirilməsi barədə bildirişlərin iş üzrə İddiaçı şəxsən çatdırılması barədə poçt qəbzləri məhkəməyə təqdim edilmişdir, qeyd olunan poçt qəbzlərinin ksero-surəti İddiaçı təqdim olunmuş, o həmin qəbzlərə ayrı-ayrılıqda baxış keçirərək, orada olan imzaların ona məxsus olmadığını bildirmiş, belə bildirişlərin mövcudluğu ilə bağlı bir məlumatı olmadığını qeyd etmişdir, buna əsasən məhkəmə tərəfindən ekspertiza keçirilmiş, həmin bildirişdəi imzaların, yazıların da iddiaçıya məxsus olmadığı müəyyən olunmuşdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi N.Ə.İbrahimov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır, məhkəmə qətnaməsi çıxarılmış, qətnaməyə əsasən, iddiaçıya məxsus olmuş mənzilin hərracda satılması qət edilmişdir, mənzilə dair hərracların keçirilməsi ilə bağlı bildirişlər də təqdim olunmuşdur, hazırki ekspert rəyi isə iddianın təmin olunması üçün əsas hesab oluna bilməz, belə ki, həmin evdə 5 nəfər yaşayır, onların hər biri bildirişi imzalaya bilər, poçtalyonun burada hər hansı bir marağı yoxdur. Sonda cavabdehin nümayəndəsi N.Ə.İbrahimov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru C.Həmidov izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə icra şöbəsi tərəfindən üzrə icraata başlanılmış, bu barədə qərar və könüllü icra barədə bildiriş İddiaçı, X10, X17, X8 ünvan 1 ünvan üzrə göndərilmişdir, lakin bildiriş və qərar sadə məktubla göndərilmişdir, bu səbəbdən həmin bildirişin, onlara çatıb-çatmaması barədə məlumat nə onda, nə iş materiallarında yoxdur, daha sonra mənzildən çıxarılması barədə məlumatlandırıldıqda tərəflər gəlib bildirmişlər ki, bu barədə heç bir məlumatları yoxdur, onlara heç bir bildiriş gəlməmişdir, özü isə onlara ünvanlarına bildiriş ünvanlandığını bildirmişdir, lakin iş materiallarında qərarın, bildirişin çatıb-çatmaması barədə məlumatı yoxdur. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1962-ci il təvəllüdlü X12 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı yoldaşıdır, mübahisəli ev yoldaşını olmuşdur, icra məmuru avqust ayının əvvəlləri, 1-2-si gəlmişdir, ondan əvvəl isə nə ona, nə yoldaşına heç bir məlumat verilməmişdir, yoldaşı icraya dəvət olunmamışdır, əgər Ağgül icraya çağırılsa idi, bundan xəbəri olardı, poçt qəbzlərinə də imza etməmişdir, bu məsələdən, hərracdan məlumatları olmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1987-ci il təvəllüdlü X15 şahid qismində ifadə verərək bildirdi ki, icra məmuru ilk dəfə evə avqust ayının 1-2-si gəlmişdir, əgər iddiaçı bu barədə hər hansı bildiriş alsa idi, onları xəbərdar edərdi, bundan məlumatlı olardı, lakin belə bir şey olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(011)-2287/2018 №-li qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdehlər İddiaçı, X3 və X4 müştərək qaydada kredit müqaviləsi üzrə 19648,55 ABŞ dolları əsas borc, 6401 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 26049,55 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 75.000 manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı, X14, X7 və X5 mənzili tərk etmədikləri təqdirdə, həmin yaşayış sahəsindən çıxarılmaları, eyni zamanda iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın 50%nin iddiaçıdan, 50%-nin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına, əmtəəşünaslıq ekspertizasının xərci qismində 300 manatın 50%-nin iddiaçıdan, 50%-nin cavabdehlərdən tutularaaq "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-nin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-nin iddiaçıya aid edilməsi qət edilmişdir, İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(011)-2287/2018 №-li qətnaməsinin əsas, faiz və cəmi borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilməsi, əsas, faiz və cəmi borcun alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə tutulması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Xətai rayon və probasiya İcra şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” Qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Xətai rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı, X10, X17, X8 ünvanlanmış xx.xx.2019-cu il tarixli 109833/2019-1-15 saylı “tələbin könüllü icrası haqqında” Bildirişin surətində, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməsə, icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Xətai rayon İcra və probasiya şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 mənzilin açıq hərrac vasitəsilə satılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra vərəqəsi həmin mənzilin açıq hərraca çıxarılması üçün sonuncuya göndərildiyi, sözügedən mənzilin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən ilkin satış qiymətinin 75000 manat olmaqla satışa çıxarılmalı olduğu bildirildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, X10, X17, X8, X9, Xətai rayon İcra və probasiya şöbəsinə, LPO Cavabdeh2 ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 01 №-li xx.xx.2019-cu il və 01/2 №-li xx.xx.2023-cü il tarixli bildirişlərdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədi üzrə ünvan 1 mənzilə dair hərracın ilkin satış qiyməti 75000 manat olmaqla, xx.xx.2019-cu ildə saat 11:00-da, açıq auksion formasında, ünvan 3 ünvanında keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, X10, X17, X8, X9, Xətai rayon İcra və probasiya şöbəsinə, LPO Cavabdeh2 ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli 02 №-li bildirişdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədi üzrə ünvan 1 mənzilə dair hərracın, ilkin satış qiyməti 63750 manat olmaqla, xx.xx.2019-cu ildə saat 11:00-da, açıq auksion formasında, ünvan 3 ünvanında keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən LPO Cavabdeh2 ASC-yə, Xətai rayon İcra və probasiya şöbəsinə, İddiaçı, X10, X17, X8, X9 ünvanlanmış xx.xx.2019-cu il tarixli “ipoteka predmetinin əldə olunmasına dair” təklifdə, ipoteka predmeti Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 37, mənzil 48 təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 47812.5 manat olmaqla ipoteka saxlayana təklif olunduğu qeyd edilmişdir. İş materiallarıda olan “Hərrac təşkilatının hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cuil tarixli protokol”undan görünür ki, satılan əmlak iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilidir, əmlak xx.xx.2019-cu il tarixdə ipoteka saxlayan LPO Cavabdeh2 ASC-nin etibarnamə əsasında nümayəndəsi X13 tərəfindən 47812,50 manata satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən LPO Cavabdeh2 ASC-yə, Xətai rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə hərrac keçirildiyi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 37, 48 saylı mənzili 47812,50 manata tələbkar alıcı ləğv prosesində olan Cavabdeh2 ASC-nin etibarnamə əsasında nümayəndəsi X6 əldə etdiyi bildirilmişdir. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli ********* saylı Ödəniş tapşırığının surətindən görünür ki, LPO Cavabdeh2 ASC tərəfindən Xətai rayon icra və probasiya şöbəsinə mənzilin alış dəyəri ilə borc məbləği ilə qalan artıq vəsaitin qaytarılması təyinatı ilə 166.6 manat ödənilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 37, mənzil 48 xüsusi mülkiyyət kimi LPO Cavabdeh2 ASC-nin adına tam paylı xüsusi mülkiyyət kimi keçmişdir, qeydiyyat tarixi xx.xx.2021-ci ildir. İş materiallarında olan LPO Cavabdeh2 ASC tərəfindən Xətai rayon İcra şöbəsinə və İddiaçı ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, LPO Cavabdeh2 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı ev 48 saylı mənzilin boşaldılaraq təhvil verilməsi üşün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə, AR Fövqəladə Hallar Nazirliyinə, İddiaçı, X10, X17, X8, X9, Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, mənzilin boşaldılmasının xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edildiyi bildirilmişdir. İş materiallarında olan 10 №-li Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 169 №-li arayışdan görünür ki, İddiaçı Xətai rayonu, Polad Həşimov küçəsi ev 37, mənzil 48-də oğlu X15 və gəlini X19 ilə yaşayır. İş materiallarında olan 10 №-li Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 177 №-li arayışdan görünür ki, X1 rayonu, Polad Həşimov küçəsi ev 37, mənzil 48-də qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 4/1867 saylı Ekspert Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(011)-6058/2022 nömrəli mülki işin 102-120-ci vərəqələrində olan "xxxx" MMC tərəfindən İddiaçı göndərilən xx.xx.2019-cu il tarixli 092527, 092528, 092529, 092530, 092531 nömrəli, xx.xx.2019-cu il tarixli 092985, 092986, 092988, ******* nömrəli, xx.xx.2019-cu il tarixli 092987 nömrəli, xx.xx.2019-cu il tarixli 094870, 094871, 094872, 094873, xx.xx.2019-cu il tarixli 108360, 108361, 108362, 108363, 108364 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarındakı “Alıcı imza” qrafalarındakı yazılar və imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmin Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(011)-2287/2018 №-li qətnaməsi ilə İddiaçı, L.Ə.Cavadovdan, P.L.Cavadovdan müştərək qaydada kredit müqaviləsi üzrə ümumilikdə 26049,55 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 75.000 manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlərin mənzili tərk etmədikləri təqdirdə, həmin yaşayış sahəsindən çıxarılmaları qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsinin əsas, faiz və cəmi borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilməsi, əsas, faiz və cəmi borcun alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə tutulması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir, qətnamə icraya yönəldilmiş, Xətai rayon və probasiya İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2019-cu il tarixli məktubla "xxxx" MMC-yə müraciət edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-451/2019 saylı 16 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı məxsus mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla açıq hərraca çıxarılmalı olduğu bildirilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətinin 75000 manat olmaqla “Açıq hərracın keçirilməsinə dair” 01 №-li xx.xx.2019-cu il, 01/2 №-li xx.xx.2019cu il, mənzilin təkrar hərracda satış qiymətinin 63750 manat olması barədə 02 №-li xx.xx.2019-cu il tarixli bildirişlər tərtib edilmiş, mənzil ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 47812,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur, mübahisəli mənzilə dair xx.xx.2019-cu il tarixdə hərrac keçirilmiş, həmin mənzil LPO Cavabdeh2 ASC-yə 47812,50 manata satılmışdır, "xxxx" MMC tərəfindən hərracların keçirilməsinə dair mənzil sahibi İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 092527, 092528, 092529, 092530, 092531 nömrəli, xx.xx.2019-cu il tarixli 092985, 092986, 092988, ******* nömrəli, xx.xx.2019-cu il tarixli 092987 nömrəli, xx.xx.2019-cu il tarixli 094870, 094871, 094872, 094873, xx.xx.2019-cu il tarixli 108360, 108361, 108362, 108363, 108364 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarındakı “Alıcı imza” qrafalarındakı yazılar və imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, mübahisəli əmlak hazırda İddiaçı istifadəsindədir, icra sənədi üzrə cavabdeh olan İddiaçı, o cümlədən cavabdeh olan və hazırda da həmin mənzildə yaşayan L.Ə.Cavadov və P.L.Cavadov icra sənədi üzrə icraata başlamaq haqqında qərar və hərracın keçirilməsi barədə məlumatlandırılmamışlar. Bununla belə, mübahisəli mənzil üzrə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, icra sənədi üzrə cavabdehlər (habelə hazırki iş üzrə iddiaçı – ipoteka qoyan İddiaçı) icraata başlamaq haqqında qərarla, o cümlədən mənzillə bağlı keçirilmiş hərraclara dair məlumatlandırılmadığından, mənzilin “Hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol” tərtib olunmaqla 47812,5 manata ipoteka saxlayan tərəfindən əldə olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla yanaşı, hərracın təşkilatçısı - cavabdeh "xxxx" məhkəmə iclasında iştirak etməməklə də iddia tələbini təkzib edən hallar sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri gözlənilmədən keçirilmiş hərrac qanuni hesab oluna bilməz və ona görə də iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1.-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə” etibarsız hesab edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edildiyindən, onun dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 100 manat ondan alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları barədə 71/01 saylı xx.xx.2019-cu il tarixli protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə” etibarsız hesab edilsin. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-217/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-217/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver