Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2189/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” tələbinə dair ilkin iddia ərizəsi, Maraqlı şəxs İddiaçı və X3 qarşı “yaşayış otaqlarının və mətbəxin boşaldılması” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi ev 9, mənzil 6, iddiaçı - İddiaçı və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X4 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və Cavabdeh İddiaçı ilə bu istifadə hüququnun barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülməsi, razılaşmanın tanınması” barədə iddiasının rədd edilməsini, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzilin yaşayış otaqlarının və mətbəxinin cavabdehlər tərəfindən təcili olaraq boşaldılıb təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, İddiaçı Məhəmməd qızı tərəfindən qaldırılmış iddia ərizəsinə qarşılıqlı iddia ərizəsində qeyd etdiyi X1 cavabdeh qismində çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddianın dəqiqləşməsi barədə yazılı ərizə təqdim edərək, ilkin İddiaçı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülməsi, razılaşmanın tanınması” barədə iddiasının rədd edilməsini, Xətai rayonu, S.Ə.ünvan 1 İddiaçı aid yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti (divan, kreslo, masa, oturacaq, televizor altlığı və s.), mətbəxdə yerləşən (mətbəx mebeli, soyuducu, elektronik əşyalar), ümumilikdə həmin mənzildə yerləşən iddiaçıya aid olan bütün əşyaların mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh İddiaçı keçmiş qaynatasıdır, o, Maraqlı şəxs ilə 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, toyla nikah arasında 3 ay vaxt olmuşdur, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir uşaqları vardır, həmin nikah Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur, nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaq anasının yanında saxlanmış, onun saxlanması üçün Maraqlı şəxs aliment tutulması qət edilmişdir, 20 sentyabr 2021-ci il tarixdə toydan sonra, ilkin İddiaçı mübahisəli Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən mənzilə cehizi ilə birlikdə köçürülmüşdür, o mənzildə mətbəxi və digər sahələrin mebelini yığdırmışdır, mebellər iddiaçının atası tərəfindən ölçülərə uyğun sifariş olunub, həmin mebellər başqa yerə köçürülə bilməz, mənzil Cavabdeh adına olsa da, faktiki olaraq Maraqlı şəxs üçün alınmışdır, belə ki, əri hərbçi olduğundan, öz adına daşınmaz əmlak rəsmiləşdirməmişdir, o, ev növbəsində qeydiyyatdadır, Cavabdeh yoldaşı ilə birlikdə daimi olaraq Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Qabil İmamverdiyev küçəsi 48-ci evdə yaşayır, Cavabdeh, İlham və qohumları elçiliyə gələndə vəd etmişdirlər ki, nikah bağlandıqdan sonra ev təmir olunacaq, mebellər gətirəcək, xanım onun adına olan mənzilə cehizlə köçsün və gəlin kimi onun ailə üzvü kimi mənzilində daimi yaşasın, o isə qarşılıqlı olaraq öz tərəfindən qanunla nəzərdə tutulan uşaqla daimi yaşamağa, onu mənzilə köçürmək və qeydiyyata salacaq, qanunla nəzərdə tutulan təminatları yerinə yetirəcəkdir, belə də olmuş İddiaçı mənzilə gəlin köçmüşdür, yaşadığı dövrdə qarşı tərəf onu və doğulmuş uşağını qeydiyyata alınmasına etiraz etməmişdirlər, lakin hamilə olduğu üçün və doğuşdan sonra uşaqla məşğul olduğu üçün bu məsələyə vaxt olmamışdır, iddiaçı xəstəliklə bağlı evdən çıxıb, qayıdanda evin bağlı olduğunu görür, söz söhbətlər yaranır, şifahi razılıq kifayət edir ki, oraya qeydiyyatı olsun, tərəflərin hüquqi savadı yoxdur, hazırda iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq olunmalıdır. Sonda Vəkil ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, ev 1997-ci ildə özünə bağışlanıb, İddiaçı və oğlu Maraqlı şəxs toyu xx.xx.2021-ci il tarixində olmuşdur, toydan sonra oğlu ailəsi ilə fasilələrlə Xətai rayonu, S.ünvan 2 ünvanında yerləşən özünə məxsus mənzildə və əsasən, Kürdəxanı qəsəbəsində yerləşən dövlət tərəfindən qeydə alınmamış ona məxsus kənd evində uşaqla birlikdə yaşamışdırlar, xx.xx.2021-ci il tarixdə onların rəsmi nikahları olub, onlar – oğlu və gəlini mübahisəli mənzildə pasport qeydiyyatında deyildirlər, mənzildə pay sahibi olmamışdırlar, onun şifahi razılığı əsasında müvəqqəti olaraq mənzildə yaşamışdırlar, oğludur, əlbəttə ki onu çölə atası, kirayədə yaşa deyəsi deyildir, ona görə də onlara mənzildə yaşamağa icazə vermişdir, mənzili toydan əvvəl təmir etdirmişdir, xx.xx.2022-ci il tarixində İddiaçı və valideynləri gün ərzində telefon zənglərinə cavab verməmiş, günün sonunda İddiaçı oğlu İlhama sms yazaraq valideynləri ilə getdiyini, geri qayıtmayacağını, boşanmaq istədiyini, mənzilin giriş qapısının açarını pilləkən qəfəsində su sayğacının yanına qoyduğunu demişdir, həmin gün saat 19:00 radələrində İlham tərəfindən evə baxış keçirilmiş, məlum olmuşdur ki, İddiaçı və valideynləri mənzilin giriş qapısı, mətbəxin və yaşayış otaqlarının qapılarını qeyri-qanuni yolla, ayrı-ayrı açarlarla bağlamış və ünvanı birlikdə tərk etmişdirlər, növbəti gün mənzilin giriş qapısının açarını dəyişdirmişdirlər, həmin açar özündədir, 10 gündən sonra İddiaçı atası M.Məmmədov tərəfindən mübahisəli mənzildə və Kürdaxanı qəsəbəsində olan kənd evində İddiaçı məxsus qiymətli əşyalar, paltar, yataq dəsti, uşaq beşiyi, uşaq arabası, qabqacaq və s. aparılmış, yalnız mübahisəli mənzildə olan mebel qalmışdır, mənzilin mətbəx və yaşayış otaqlarının qapısı bağlanmışdır, açarlar təhvil verilməmişdir, dəfələrlə M.Məmmədliyə yaşayış otaqlarının və mətbəxin təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir, lakin onlar mənzili boşaldıb təhvil verməkdən imtina etmişdirlər, İddiaçı ərizəsinə əsasən, oğlu və onun arasında olan nikah pozulmuş, uşaq ananın himayəsinə saxlanmış və aliment tutulmuşdur, İddiaçı, mülkiyyətçisi olduğu Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yaşaması və istifadə hüququnun yaranması üçün aralarında notariat qaydada təsdiq olunmuş razılaşma mövcud deyildir, onun İlhamla olan nikahına xitam verilmişdir, İddiaçı qanuna görə onun ailə üzvü olmamışdır və ailə üzvü hesab edilmir, həmin ünvanda yaşamır, xx.xx.2022-ci il tarixdən ailəsinin evində yaşayır, iddiaçı tərəf evə də kobud mebellər almışdır, evə də yerləşmir. Sonda Cavabdeh ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahatında bildirdi ki, ev atasının, yəni Cavabdehdur, özünə aid deyildir, harada xidmət edirsə, orada da qeydiyyatdadır, 2013-cü ildən həmin mənzil kirayəyə verilmişdir, o ailəsi ilə mənzilə köçdükdən sonra o da atasının əlindən çıxmışdır, mənzil onun üçün alınmamışdır, əvvəldən 1998-ci ildən atasının mülkiyyətində olmuşdur, atasından icazə alaraq müvəqqəti orada yaşamışdırlar, İddiaçı heç kim mebel almasını deməmişdir, hətta ona mebelə ehtiyac olmadığını demişdirlər, hazırda İddiaçı ilə boşanmışdırlar, onunla əlaqələri yoxdur, onun iddiası əsassızdır, rədd olunmalıdır, qarşılıqlı iddia isə təmin olunmalıdır. Sonda üçüncü şəxs Maraqlı şəxs qeyd etdiklərinin nəzərə alınmasını, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 173387 saylı Qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, S.Ə.Şirvani küçəsindəki 9 nömrəli yaşayış evinin 6 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, bu barədə 533 №-li reyestr kitabında 79676 səhifədə xx.xx.1998-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 93 saylı MKİS-in rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 №-li arayışın surətinə əsasən, İddiaçı S.Ə.Şirvani küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan Xəzər RİHB-nın Binə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 154 №-li arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, X10 k-si, ev 9, m.6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 462954 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və İddiaçı 20 sentyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 4126 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 739659 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun valideynləri – atası Maraqlı şəxs, anası İddiaçıdır. İş materiallarında olan X6 və X2 tərəfindən verilmiş, Bakı 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən imzalarının həqiqiliyi təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizənin surətindən görünür ki, X6 və X2, İddiaçı 2021-ci ilin iyul ayında Maraqlı şəxs ilə ailə quraraq cehizləri ilə birlikdə onun yaşadığı ünvan 6 ünvanında yerləşən evinə gəlin köçdüyünü öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 14 mart 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 451163 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs və İddiaçı arasında bağlanmış nikah Xəzər rayon Məhkəməsinin 2 (003)-637/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur, nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, 9 nömrəli yaşayış evinin 6 saylı mənzili xx.xx.1998-ci il tarixindən Cavabdeh adına xüsusi mülkiyyət qeydiyyatdan keçmişdir, İddiaçı 2021-ci ildə Cavabdeh oğlu – üçüncü şəxs Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçmüşdür, birgə nikahdan xx.xx.2022-ci il tarixdə X5 doğulmuşdur, İddiaçı həmin mənzildə qeydiyyatda deyildir, İddiaçı və Maraqlı şəxs arasında bağlanmış rəsmi nikaha Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, xx.xx.2022-ci il təvəllüdlü uşaq ananın himayəsinə verilmişdir, hazırda İddiaçı mübahisəli mənzildə yaşamır, lakin ona məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti, divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) həmin mənzildə qalmışdır, bu əşyalar mülkiyyətçinin mənzildən istifadə hüququna maneçilik törədir. Bununla belə, İddiaçı mübahisəli mənzilə istifadə hüququna əsas verən, habelə onun əşyalarının həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə (2009-cu il oktyabrın 1-dən sonra) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır ki, bu maddəyə əsasən də İddiaçı əmlakın mülkiyyətçisi Cavabdeh ailə üzvü və ya digər qohumları siyahısına daxil deyildir. Belə ki, normada istifadə hüququ tanınan “digər qohumlar” tərkibinə daxil olan şəxslər dairəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, bu şəxslər isə qardaş, bacı, nəvə, baba, nənə, ögey ata, ögey ana və faktiki tərbiyəçidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçı, E.Elyasovun gəlini olmaqla, onun ailə üzvləri sırasına aid olmadığından, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid edilmədiyindən, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, ilkin iddia tələbinin “X4 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, F.Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı himayəsində saxlandığından, onun yaşayış yeri İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (F.Maraqlı şəxsnın mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır. Məhkəmə, ilkin iddia üzrə iddiaçının vəkilinin “tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tətbiq olunması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir və hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə yarandığından, mübahisə də həmin dövr üzrə müəyyən olunmuş maddi hüquq normaları tətbiq edilməklə həll olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi) və bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Belə olan halda məhkəmə hesab edir ki, vəkilin bu barədə dəlilləri əsaslı deyildir və məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, Cavabdeh mülkiyyətçi kimi mənzilə sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iş üzrə mənzilə dair hər hansı bir hüququ olmayan şəxsin əşyalarının mənzildən çıxarılması barədə tələblə məhkəməyə müracət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsin əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir...Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı mülki mübahisə üzrə cavabdeh bu şəxslər siyahısına aid deyildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir...Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi ev 9, mənzil 6, iddiaçı - İddiaçı və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X4 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və Cavabdeh İddiaçı ilə bu istifadə hüququnun barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması” barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Bakı şəhəri, S.Ə.Şirvani küçəsindəki 9 nömrəli yaşayış evinin 6 saylı mənzilindən İddiaçı əşyaları (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti, divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) çıxarılmalıdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumunları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdeh Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi ev 9, mənzil 6, iddiaçı - İddiaçı və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X4 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və Cavabdeh İddiaçı ilə bu istifadə hüququnun barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı məxsus əşyalar (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2189/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2189/2023
28.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver