Məhkəmə qərarları › İş №2(011)-2196/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2196/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2196/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 42, 5 saylı mənzili- 518-520 saylı otaqlardan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci illərdə Bakı Kondisioneri Elmi İstehsalat Birliyində işləmişdir və ailə qurduqdan sonra müəssisənin direktorunun, Həmkarlar Komitəsinin və ƏKŞ-nin qərarı ilə ünvan 1-də yerləşən yataqxanada bir otaqlı mənzil iddiaçının ailəsinə verilmişdir. Lakin sonradan iddiaçının ailə üzvlərinin sayının çoxalması nəzərə alınaraq ailənin yaşaması üçün əlavə yaşayış sahəsi ayrılmışdır. Belə ki, Direktorun, Həmkarlar Komitəsinin və ƏKŞ-nin Qərarı ilə 18 avqust 1990-cı il tarixli 18 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 42, 5 saylı mənzil (518-520 saylı otaqlar) iddiaçının ailəsinə verilmişdir. Hazırda iddiaçının beş nəfərdən ibarət ailəsi həmin mənzildə yaşayır. Bu fakt həmin evdə yaşayan sakinlər və 122 saylı MKİS-in rəhbərliyi 2020-ci il tarixdə təsdiq edilmiş aktla bir daha təsdiq edilmişdir. İddiaçının ailəsi ilə birlikdə yaşadığı ev xüsusi təyinatlı yaşayış sahəsi olduğu üçün hər dəfə iddiaçı ilə müqavilə bağlanır. Sonuncu dəfə iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı XTMKTB-nin 122 saylı MKİS arasında 08 saylı 28 dekabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Artıq 30 ildir ki, iddiaçı ailəsi ilə birlikdə həmin otaqlarda yaşayır. Lakin hazırda iddiaçının yaşadığı xüsusi təyinatlı yaşayış sahəsi-yataqxana AR Nazirlər Kabinetinin qərarı ilə sökülərək yerində müasir yaşayış evi tikilməsi ilə əlaqədar həmin yataqxanada yaşayanlara dövlət büdcəsindən kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçının ailəsinə ayrılmış kompensasiyanın alınması üçün müraciət etdikdə məlum olmuşdur ki, iddiaçının ailəsinə məxsus 518 saylı otağa bir neçə nəfərin X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kamalədin qızının qeydiyyatları vardır. İddiaçı bununla əlaqədar aidiyyatı qurumlara müraciət etdikdə həmin qurumlar bildirmişlər ki, 122 saylı MKİS-də həmin şəxslərin hansı yolla mənzilə qeydiyyata düşmələrindən xəbərləri yoxdur. Cavabdehlərin qeydiyyatda qalması iddiaçının öz istifadəsində olan mənzildən qanunla müəyyən edilmiş qaydada istifadə etməsinə maneəçilik yaradır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 122 saylı MKİS məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində cavabdehlərin istifadə hüququnun itirilməsini tələb etdiyi 24 kv.m sahəsi olan 2 otaqlı 518 və 520 nömrəli mənzillərin yerləşdiyi bina- 2021-ci ilin fevral mart aylarında sökülmüşdür. ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli bina hazırda mövcud deyil. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (AR MM-in 152.3cü maddəsi). Məhkəmə qeyd edir ki, sökülmüş binada yerləşən mənzillərlə bağlı (faktiki mövcud olmayan) hazırkı iddia tələbinin irəli sürülməsini ağlabatan deyil. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı-cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 42, 5 saylı mənzili- 518-520 saylı otaqlardan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçınn özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar