Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2221/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddi tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 21 saylı mənzil onun mülkiyyətindədir. 11.02.2009-cu il tarixdə adına mülkiyyət hüququ tanınmışdır.Cavabdeh1 doğma bacısı və digər Cavabdeh2 Yevgeniy oğlu isə bacısının oğludur. Cavabdehlər ünvan 2, 21 saylı mənzildə qeydiyyatdadırlar, lakin 2000-ci ildən həmin mənzildə yaşamırlar. Mənzilin bütün komunal xərclərini özü ödəyir. Cavabdehlərin evinidə qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri cavabdehlər Cavabdeh1 və X2 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, xəstə olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə verərək, cavabdehlərin məhkəmə iclasına üzrsüz səbəbdən gəlməmələri ilə əlaqədar işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsini rəhbər tuturaq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, iddiaçının həyat yoldaşıdır. Sonuncu dəfə cavabdehləri nə vaxt görməsini dəqiq xatırlamır. Cavabdehlər ayrı evdə yaşayırdılar. Qaynanası Laləyə ev vermişdi. Qaynanası xəstə olarkən, Lalə bir neçə dəfə gəlib baş çəkib. Lalə bu mənzili qardaşına bağışlamışdır. 20 ilə yaxındır ki, cavabdehlər sözügedən mənzildə yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, iddiaçının yaxın dostudur. Universitet vaxtlarından Elxanı və Laləni tanıyır. Lalə o vaxt aviabilet kassasında işləyirdi. Axırıncı dəfə Laləni təxmini 1998-1999 ildə Elxanın evində görmüşdür. Həmin vaxtdan cavabdehləri görməmiş və harda olduqlarından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. Laləni sonuncu dəfə 2000-ci ildə görmüşdür. Həmin vaxtdan Laləni görməmişdir. Onda olan məlumata görə, cavabdehlər Ukrayna dairəsi yaxınlığında yerləşən 1 otaqlı mənzildə yaşayırdılar. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31.01.2009-ci il tarixli mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2, 21 saylı mənzili qardaşı İddiaçı baöışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2, 21 saylı mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 3287 saylı reyestr kitabının 307213 nömrəli vərəqində 10.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai rayonu 75 saylı MKİS-nin 07.01.2021-ci il tarixli, 13 saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və X4 ünvan 2, 21 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə iclasında işin araşdırılmış halları ilə ünvan 2, 21 saylı mənzilin İddiaçı mülkiyyətində olması, cavabdehlər Cavabdeh1 və X1 həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, uşun müddətdir ki, orada yaşamamaları, bununla da, iddiaçının özünün xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqlarının pozulması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 İddiaçı mülkiyyətində olan ünvan 2, 21 saylı mənzildən istifadə hüququ itirilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2221/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-2221/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver