Məhkəmə qərarları › İş №2(011)-2299/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2299/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2299/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Əlikişi oğlunun cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, “Cavabdeh2 BOKT” ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Əlikişi oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, “Cavabdeh2 BOKT” ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2018-ci il tarixli 2(011)-1033/2018 saylı qətnaməsi əsasında İddiaçı Əlikişi oğlunun tutmaya yönəldilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 58 saylı evin 47 saylı mənzili ilə bağlı keçirilmiş hərracın yekunları barədə xx xxxxxxx 2019-cu il tarixli, Y-236/1 sayı protokolunun və ümumilikdə, hərracın nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 58 saylı evin 47 saylı mənzilin alğı-satqısı barədə xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinin və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı Əlikişi oğlunun mənzil üzərindəki hüquqlarının bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmiş, iddia ərizəsinin tələb hissəsini aydın və başadüşülən şəkildə göstərməmişdir. Belə ki, iddiaçı bir neçə cavabdehə qarşı iddianı irəli sürməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü aydın şəkildə göstərməmiş, irəli sürdüyü tələbi ümumi şəkildə qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən tələb qeyri-müəyyən və anlaşılmazdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.5-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində bir neçə cavabdeh qeyd etdiyi halda, hər birinə qarşı yönələn tələbi aydın şəkildə göstərmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Əlikişi oğlunun cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, “Cavabdeh2 BOKT” ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Əlikişi oğluna izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar