Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2300/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı X1, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyini və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx” MMC-yə qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarının, qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı X2, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyini və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx” MMC-yə qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarının, qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodu (Bakı "xxxx" İstehsalat Birliyinin hüquqi varisi) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X3 adına yazılan xx.xx.2006-cı il tarixli, 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 2 saylı mənzillərinə dair X3 adına yazılan Bakı "xxxx" İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli, 0220 saylı orderinin etibarsız hesab edilməsi və X3 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə xx.xx.2019-cu ildə (xx.xx.2019-cu il tarixli, C-08 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı "xxxx" İstehsalat Birliyinin (hüquqi varisi "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodu) xx.xx.2006-cı il tarixli, 0220 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2 ünvanında yerləşən yataqxana binasının 2 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayn şəxslərin adma orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir, (bax: xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı). Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X11, arvadı X9, 3 oğlu Həbib, Həmid və Umud Qarayevlər məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Cavabdeh X7 qeyd edilən binanın 2 saylı mənzilindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otağın qapısım bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, cavabdeh D.N.Cəfərov mübahisələndirilən orderi əldə edərkən Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamış, orderin əsası kimi qeyd edilən protokolda göstərilən tarixdə, yəni xx.xx.2004-cü il tarixində onun 18 yaşı olmamışdır. D.N.Cəfərov gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 2 saylı mənzilin qapısını bağlayaraq sahibliyin həyata keçirilməsinə maneçilik törədir. Bundan istifadə edən X7 2 saylı mənzili əldə etmək məqsədilə qapılarını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı "xxxx" İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli, 0220 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 2 saylı mənzili onun istfadəsinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları xx.xx.2014-cü il tarixli təhvilqəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair aynayn şəxslərin adlanna orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzildən köçürüldükdən sonra D.N.Cəfərov 2 saylı mənzili əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "xxxx" İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli, 0220 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 2 saylı mənzili onun istfadəsinə verilmişdir. D.N.Cəfərov həmin mənzilində heç vaxt yaşamamış, habelə Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamışdır. D.N.Cəfərovun əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0220 saylı orderlə bağlı AzərbaycanRespublikasının Mülafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun xx.xx.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə D.N.Cəfərovbarəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, "D.N.Cəfərov "xxxx" zavodunda işləməmişdir. Cəfərov Daşqın müəssisəmizdə işləyib-işləməməsi barədə "Radioquruşdırma" zavodunun arxivində heç bir sənəd aşkarlanmamışdır və müəssisəmizin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumatımız yoxdur". Məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "xxxx" İstehsalat Birliyi tərəfindən 68 saylı protokolla rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli, 0220 saylı yataqxana orderi ilə 44 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Çünki D.N.Cəfərov heç vaxt Bakı "xxxx" İstehsalat Birliyi ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayn-ayn hallarda birdən artıq otaq verilir". Qanunvericiliyin qeyd edilən normaların tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2004-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayn-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamına görə qanuni əsaslarla məcburi köçkünlərin məskunlaşdığı mənzillərə verilmiş orderlərin hüquqi qüvvəsi dayandırıldığı halda, faktiki olaraq məcburi köçkünlərin istifadə və sahibliyində olduğu vaxtda yaşadıqları mənzillərin order verilməklə sənədləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 2 saylı mənzilə D.N.Cəfərovun əldə etdiyi orderin verilməsinə əsas kimi göstərilmiş xx.xx.2004-cü il tarixli, 41 saylı protokolun, həmçinin xx.xx.2006-cı il tarixli 0220 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "xxxx" İstehsalat Birliyi tərəfindən D.N.Cəfərovun adma əldə edilmiş xx.xx.2006-cı il tarixli 0220 saylı order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir; Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) xx xxxxxxx 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydalan"nm 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Bir daha bildiririk ki, "Nümunəvi qaydalarf'n 32-ci bəndinin tələbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". İddia tələbini əsaslandırmaq məqsədilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçisi X6 iş yerində mənzil növbəsinə götürülməklə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 23 saylı Sərəncamı ilə təsdiq edilməklə verilmiş 002679 saylı, xx.xx.2009-cu il tarixli orderin və qeyd edilən sərəncamın surəti iddia ərizəsinə əlavə edilir. Hansı ki, D.N.Cəfərov tərəfindən təqdim edilmiş order əldə edilərkən göstərilən tələblərə birmənalı olaraq əməl edilməmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. "Nümunəvi qaydalan"n 32-ci bəndinin tələbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". Həmçinin "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 JVs-li Qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1994-cü il tarixli, 4 saylı və xx xxxxxx 1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Üçüncü şəxs X7 iddia ərizəsinə etiraz edərək, həmçinin iddia müddətinirı tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iddiaçı əvvəllər də Xətai Rayon Məhkəməsində eyni tələblə “orderin etibarsız hesab edilməsi və istifadə hüququna xitam verilməsinə dair ona qarşı iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Həmin tələbin rədd edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(103)-4752/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2(103)-3106/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Məhkəmə aktlarının qanunu qüvvəyə minməsi dedikdə həmin aktın hər hansı dövlət və ya inzibati orqan tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi imkanının aradan qalxması, inzibati orqanların və ya vəziəfəli şəxslərin qanunu qüvvəyə minmiş məhkəmə aktına zidd olan qərarlar qəbul edilməsini, həmin mübahisə üzrə başqa işə baxılmasının yol verilməzliyi anlaşılmalıdır. Təqdim etdiyi qərardan göründüyü kimi iddiaçının orderin ləğv edilməsi üçün istinad etdiyi bütün dəlillərə hüquqi qiymət verilmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının tələbləri əsaslı olsa belə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx” MMC-nin, üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri və üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdeh X5 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin cəlb olunduğu - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 2 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0220 saylı orderin etibarsız hesab edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5850/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək, iddiaçı Bakı Şəhər İcra Hakimıyyəti Mənzıl-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Cavabdehlstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, sözügedən orderin verilməsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(103)- 4752/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3106/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən açı Bakı Şəhər İcra Hakimıyyəti Mənzıl-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdınlmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatlann hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodunun (Bakı "xxxx" İstehsalat Birliyinin hüquqi varisi) Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X3 adına yazılan xx.xx.2006cı il tarixli, 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 2 saylı mənzilinə dair X3 adına yazılan orderin verilməsinin xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olması və orderin etibarsız hesab edilməsinə əsas olan halların müəyyən olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olduğun görə, bununla da, iddiaçının həmin orderi başqa bir əsasla mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmadığından, həmçinin, etibarsız hesab edilməsi barədə iddia ərizəsi, iddia müddəti ötürülməklə verildiyindən, məhkəmə tərəfində iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı X1, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyini və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx” MMC-yə qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarının, qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2300/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2300/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver