Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2312/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Mehtiyeva Nailə Amur qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mənzilin hərracda satılması və pay üzrə pulun bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışında qeyd olunan ünvan 1 ünvanında yerləşən, №**********79- 10301 reyestr nömrəli, ümumi sahəsi 139 kv.m, xüsusi mülkiyyət olan fərdi yaşayış evindən ü/s 102.8 kv.m (2 otaq 55.8 kv.m (N-1,3), k/s 47 kv.m. (N-4,5,6,7)) və 0.01805 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il) İddiaçı payıdır, ü/s 37.1 kv.m (1 otaq-18.0 kv.m (N2), k/s-19.1 kv.m (N8)) və 0.003 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il) Cavabdeh payıdır. İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsini (AN-İ №1203879) bağlamışdır. Həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə iddiaçı alıcı, Cavabdeh isə satıcı idi. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139 kv.m olan fərdi yaşayış evini satıcı(lar) daşınmaz əmlakı 80000 manat 00 qəpik (səksən min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə almışdır. Cavabdehlər Cavabdeh, X20, X22, X19, X16, X17 Bakı şəhəri 9 saylı notariat ofisinə müracət etdikləri ərizə ilə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən bir ay müddətinə çıxmalarına dair öhdəlikləri götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq bugünə qədər çıxmamışdırlar. Eyni zamanda iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək payını satdığını təklif etmiş, lakin cavabdeh tərəfindən razılıq verilməmişdir. Hər iki tərəfə məxsus payların naturada bölünməsi qeyri mümkündür. Buna dair sənədlərin kordinant göstəriciləri öz əksini tapmaqdadır. Hazırda həmin əmlakın açıq hərracda satılaraq, əldə edilmiş vəsaitin paylara mütənnasib formada bölünməsi zərurəti mövcuddur. Bu da tərəfin razılığı ilə mümkün olmadığı üçün məhkəmə müstəvisində mübahisəsi yaranmışdır.
İlkin iddia tələbi:
2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin çıxarışda qeyd olunan paylara mütənasib formada mülkiyyətçilərə ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı və cavabdehin əmlaka dair mülkiyyətdən çıxarış üzrə paylarına mütənasib formada naturada ayrılmasının müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin paylara mütənasib formada bölünməsi və onlara ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin ilkin iddia tələbinə münasibət və qarşılıqlı iddiası:
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindan çıxarışda İddiaçı adına aparılmış ********** saylı qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindan çıxarışda İddiaçı adına aparılmış ********** saylı qeydiyyatın ləğv edilməsinə dair İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, uzun müddətdir cavabdeh barışıq istədiyini bildirmiş, ancaq heç bir razılığa gələ bilmirlər. Qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir.
7. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh ilə razılığa gələ bilmədiklərini, aralarında barışığın olmadığını bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, aralarında bağlanan əqdi öz razılıqları ilə heç bir hədəqorxu olmadan bağlamışdırlar. Evi öz istəyi ilə satmışdır. Hərracda satıldıqdan sonra iddiaçıya 80000 manat ödəməyə razıdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindan çıxarışda İddiaçı adına aparılmış ********** saylı qeydiyyatın ləğv edilməsinə dair İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, mübahisəli mənzil öncədən Fərman Əliyevin mülkiyyətində olub, sadəcə ortada pul alınıb verilib və o pulun qaytarılmasının təminatı kimi ev girov qoyulub və Cavabdeh adına keçib.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ü/s 102.8 kv.m (2 otaq 55.8 kv.m. (N-1,3), k/s 47 kv.m. (N-4,5,6,7) və 0.01805 ha torpaq sahəsi payı İddiaçı, ü/s 37.1 kv.m (1 otaq 18.0 kv.m. (N-2), k/s 19.1 kv.m. (N-8) və 0.003 ha torpaq sahəsi payı Cavabdeh məxsusdur.
11. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, özünə məxsus olan payı yüz əlli min manata (150.000) Cavabdeh satmağı təklif etmiş, Cavabdeh tərəfindən ona məxsus olan payı yüz əlli min manata (150.000) alınması mümkün olduqda İddiaçı məlumat verməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, ünvan 3 ünvanında xx.xx.2014-cü il təvəllüdlü X19, xx.xx.1990-cı il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2017-ci il təvəllüdlü X22, xx.xx.1997-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.1973-cü il təvəllüdlü X5, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar.
13. xx.xx.2025-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış 4Ə-1642 reyestr qeydiyyat nömrəli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 139.9 kv.m. olan fərdi yaşayış evinin 18.6 kv.m. yaşayış otağı, 37.2 kv/m yaşayış otağı, 32.9 kv/m holl, 8.1 kv/m mətbəx, 4.6 kv/m hamam, 1.4 kv/m sanitar qovşağı olmaqla cəmi 102.8 kv/m, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,02105 ha torpaq sahəsinin 180.5 kv/m hissəsini tam mülkiyyət üzrə İddiaçı mülkiyyətinə verir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur.
15. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, RX ******* saylı arayışına əsasən, Fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 260 nömrəli reyestr kitabının 24136 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyətçi Cavabdeh tam pay mülkiyyətindədir və xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
16. “Elektron notariat” X2 vasitəsilə “X6” AQİS-dən çıxarışa əsasən, Cavabdeh ilə X11 xx.xx.2014-cü il tarixdə 830 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Evlənəndən sonra X7 “Veysova” soyadı verilmişdir.
17. “Elektron notariat” X1 xx.xx.2023-cü il tarixli, 1268 reyestr nömrəli çıxarışa əsasən, X16 qeydiyyatda olduğu birgə nikah dövründə əldə olunmuş əri Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi ilə birgə satılmasına etiraz etməmişdir.
18. Bakı şəhəri 9 saylı Notariat ofisində X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-15451 reyestr qeydiyyat nömrəli, **********451 saylı ərizəyə əsasən, ərizəçi qeydiyyatda olduğu Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmir. Müqavilədə göstərilən müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
19. Bakı şəhəri 9 saylı Notariat ofisində Satıcı Cavabdeh və Alıcı İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, alıcı və satıcı Cavabdeh məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (tam hissə, 102.8 kv/m), ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə, 180.5 kv/m), ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə, 102.8 kv/m), ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə, 180.2 kv/m) 80000 manat 00 qəpik (səksən min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunveiciliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 məxsusdur.
21. Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
22. Bakı İnzibati Məhkəməksinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6640/2025 saylı Qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair 2-1(112)-6640/2025 saylı inzibati iş üzrə Cavabdeh, X14, X18, X12, X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X12 məhkəmədə qanuni nümayəndəsi vasitəsilə təmsil olunması qərara alınmışdır.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/5351 nömrəli ekspert rəyinə əsasən, Ekspertiza qarşısına qoyulan sual: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) Şıxarışda İddiaçı və Cavabdeh göstərilən paylarına uyğun naturada bölünməsi mümkündürmü? Tədqiqatın nəticəsi: ünvan 5 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evini təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mübahisəli torpaq sahəsinin üzərində yaşayış evinin və yardımçı tikililərin inşa edildiyini və torpaq sahəsinin qalan üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, və həmin tikilinin planlı yerləşməsini nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyul 2025-ci il tarixli UNİ/A 47-377/2025 saylı ekspert rəyinə əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ila birlikdə) hazırki bazar dəyəri 287000 manat təşkil edir.
25. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;
Məhkəmənin mövqeyi:
31. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, eləcə də tərəflərin izahını və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir.
32. Eyni zamanda, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı ərizəyə mövqe bildirərək, qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin baxış iclasında daxil olması səbəbindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır.
33. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ü/s 102.8 kv.m (2 otaq 55.8 kv.m. (N-1,3), k/s 47 kv.m. (N-4,5,6,7) və 0.01805 ha torpaq sahəsi payı İddiaçı, ü/s 37.1 kv.m (1 otaq 18.0 kv.m. (N-2), k/s 19.1 kv.m. (N-8) və 0.003 ha torpaq sahəsi payı Cavabdeh məxsusdur. (§10) xx.xx.2025-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış 4Ə-1642 reyestr qeydiyyat nömrəli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 139.9 kv.m. olan fərdi yaşayış evinin 18.6 kv.m. yaşayış otağı, 37.2 kv/m yaşayış otağı, 32.9 kv/m holl, 8.1 kv/m mətbəx, 4.6 kv/m hamam, 1.4 kv/m sanitar qovşağı olmaqla cəmi 102.8 kv/m, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,02105 ha torpaq sahəsinin 180.5 kv/m hissəsini tam mülkiyyət üzrə İddiaçı mülkiyyətinə verir. (§13)
34. İddia ərizəsindən də göründüyü kimi iddia tələbi üç hissədən ibarətdir: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı və cavabdehin əmlaka dair mülkiyyətdən çıxarış üzrə paylarına mütənasib formada naturada ayrılmasının müəyyən edilməsi, 2. həmin fərdi yaşayış evinin açıq hərracda satılması, 3. satışdan əldə edilən pul vəsaitinin paylara mütənasib formada bölünməsi və onlara ödənilməsi.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. (§29)
36. İddianın birinci hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evini təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, mübahisəli torpaq sahəsinin üzərində yaşayış evinin və yardımçı tikililərin inşa edilməsi və torpaq sahəsinin qalan üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunması və həmin tikilinin planlı yerləşməsi səbəbindən ünvan 5 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir (§23).
37. Məhkəmə mənzilin mülkiyyətçiləri arasında mənzilin onlardan hər hansı biri tərəfindən alınması ilə bağlı razılığın əldə olunması üçün səy göstərmiş, lakin cavabdeh və iddiaçı arasında hər hansı razılığın əldə olunması mümkün olmamışdır.
38. Məhkəmə araşdırması zamanı işin hallarına uyğun olaraq MM-in 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunması, mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi haqqında qərar qəbul edilməsi ilə bağlı tərəflərun fikri öyrənilmişdir.
39. Məhkəmə tərəflərin razılığa gələ bilmədiyini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərindəki torpaq sahəsi daxil olmaqla açıq hərracda satılmalı və satışdan əldə edilən pul vəsaiti paylara mütənasib formada bölünməlidir.
40. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş UNİ/A 47-377/2025 saylı ekspert rəyinə əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki bazar dəyəri 287000 manat təşkil edir. (§24)
41. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ü/s 102.8 kv.m (2 otaq 55.8 kv.m. (N-1,3), k/s 47 kv.m. (N-4,5,6,7) və 0.01805 ha torpaq sahəsi payı İddiaçı, ü/s 37.1 kv.m (1 otaq 18.0 kv.m. (N-2), k/s 19.1 kv.m. (N-8) və 0.003 ha torpaq sahəsi payı Cavabdeh məxsus paya mütənasib naturada bölünməsi mümkün olmadığından həmin mübahisəli mənzil 287000 manat məbləğində qiymətləndirilməli, Cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəklində 1 ay ərzində kompensasiya ödənilməsi təklif olunmalı, təklif mümkün olmadıqda həmin əmlak açıq hərracda 287000 manat manat məbləğində satılmalı və satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
42. Belə ki, naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edəbilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
43. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir.
44. Qarşılıqlı iddia tələbi qarşılıqlı iddiaçının ərizəsi əsasında baxılmamış saxlanmalıdr.
Məhkəmə xərcləri:
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilməlidir.
46. Qarşılıqlı iddia baxılmamış saxlandığından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmüş dövlət rüsumu Cavabdeh geri qaytarılmalıdır.
47. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İlkin iddia təmin edilsin.
2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ü/s 102.8 kv.m (2 otaq 55.8 kv.m. (N-1,3), k/s 47 kv.m. (N-4,5,6,7) və 0.01805 ha torpaq sahəsi payı İddiaçı, ü/s 37.1 kv.m (1 otaq 18.0 kv.m. (N-2), k/s 19.1 kv.m. (N-8) və 0.003 ha torpaq sahəsi payı Cavabdeh məxsus paya mütənasib naturada bölünməsi mümkün olmadığından həmin mübahisəli mənzil 287000 (iki yüz səksən yeddi min) manat məbləğində qiymətləndirilsin, Cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəklində 1 ay ərzində kompensasiya ödənilməsi təklif olunsun, təklif mümkün olmadıqda həmin əmlak açıq hərracda 287000 manat manat məbləğində satılsın və satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülsün.
3. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilsin.
4. Qarşılıqlı iddia tələbi baxılmamış saxlanılsın.
5. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (yüz manat) manat dövlət rüsumu Cavabdeh geri qaytarılsın.
6. Qətnamənin rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova