Məhkəmə qərarları › İş №2(011)-2327/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2327/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2327/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 41629 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci ildən iddiaçının mülkiyyətindədir. Sözügedən ev xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən də həmin mənzil iddiaçının şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Qeyd olunan mənzil iddiaçı tərəfindən nikaha daxil olmamış "Agbank'’ Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış xx.xx.2012-ci il tarixli. №100. CL.151112.00001/a nömrəli alqı-satqı və İpoteka müqaviləsinə əsasən Dövlət İpoteka - Fondu tərəfindən ayrılmış vəsait hesabına alınmışdır. Keçmiş həyat yoldaşı Cavabdeh1 ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş və birgə nikahdan iki övladı Cavabdeh2 və X3 dünyaya gəlmişdir. 2O23-cü ildə Cavabdeh1 Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək nikahın ləğv edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(01l)-6755/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin iddia ərizəsi təmin edilmiş və nikahları pozulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən tərəflərin nikahı xx.xx.2024-cü il tarixində pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 56 №-li qeyd aparılmışdır. Bundan sonra keçmiş həyat yoldaşı Cavabdeh1 2024-cü ilin əvvəllərində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə yaşadığı mənzilə görə ödənilmiş ipoteka krediti məbləğinin yarısının ona qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin iddia ərizəsi qismən təmin edilmiş və İddiaçı 9220 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 nömrəli. xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Xətai Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri İcra Şöbəsinə müvafiq icra vərəqəsi verilmişdir. Bakı şəhər İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində qərar qəbul edilərək icra sənədi üzrə icraanın başlanılması qərara alınmış və bununla bağlı iddiaçının ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 16 dekabr 2024-cü il tarixində iddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- “21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə tutulması qət edilmiş 9220 manat məbləğində pul vəsaiti Xətai Rayon İcra Şöbəsinin icra məmuru baş ədliyyə müşaviri Ruslan Osmanlının iştirakı ilə tam və nəğd şəkildə tələbkar Cavabdeh1 ödənilmişdir. Bundan sonra məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq icra məmuru baş ədliyyə müşaviri Ruslan Osmanlı tərəfindən 16 dekabr 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin iddiaçı tərəfindən 9220 manat məbləğində vəsait Cavabdeh1 ödənilən zaman Hüsenova Aliyə şəxsi xətti ilə və icra məmurunun iştirakı ilə iltizam yazaraq qeydiyyatda olduğu ünvan 2 ünvanından qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin pul vəsaitinin ödənilməsinə və dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, Cavabdeh1 bu günə kimi iddiaçının mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxmamışdır. Bununla da iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Cavabdeh1 2023-cü ilin iyun ayından ünvan 3 ünvanında yaşamır və həmin dövrdən tərəflər birgə təsərrüfat aparmırlar. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdır. Buna görə də iddiaçı xx.xx.2024-cü il tarixində Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Xətai Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixində iddiaçının müraciətinə əsassız olaraq rədd cavabı vermişdir. Artıq qeyd edildiyi kimi, sözügədən ünvanda Cavabdeh1, Cavabdeh2 və X3 formal olaraq qeydiyyatda olsalar da. uzun müddətdir ki həmin ünvanda yaşamırlar. Sözügedən mənzil iddiaçının mülkiyyətdə olduğu halda, habelə cavabdehlər pasport qeydiyyatından çıxmalı olduqlarını onlardan tələb etdiyi halda Xətai Rayon İcra Hakimiyyəti MKTB-nin 91 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli 946 nömrəli arayışda məlum olur ki. cavabdehlər mülkiyyəti olan mənzildə pasport qeydiyyatından çıxmamışlar. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli № 3-13-55/2-H- 24095 saylı məktubunda cavabdehlərin yalnız “Yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi” əsasında mümkün ola bilər. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları iddiaçının qanunvericilikdən irəli gələn hüquqlarının pozulması və həyata keçməsinə mane olduğu üçün inzibati orqanın müraciətim ilə bağlı imtinası qanunsuz və əsassızdır.Cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda qalması qeydiyyatla bağlı mövcud qanunvericiliyin, habelə qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2və X1 məxsus Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti, ev 23b, 12 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq, bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında istifadədə olan ümumi sahəsi 48.05 kv.m olan 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 dekabr 2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 943 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə prospekti, ev 23B ünvanında yerləşən 12 saylı mənzildə daimi qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 946 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Gəncə prospekti, ev 23B ünvanında yerləşən 12 saylı mənzildə daimi oğlu Cavabdeh2 və qızı X3 ilə daimi qeydiyyatdadır, lakin yaşamırlar. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 495019 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 08 yanvar 2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 saylı, 12 mart 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ər arvad arasında əmlak” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 4, mənzil 12-nin alınması üçün cavabdeh İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112.00001 nömrəli kredit müqaviləsi üzrə tərəflərin nikaha daxil olduğu xx.xx.2013-cü il tarixindən nikah pozulduğu günə kimi həyata keçirilmiş bütün kredit ödənişlərinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı 9220 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 16 dekabr 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 saylı, 12 mart 2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış əlyazmanın surətindən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, bina 23B, mənzil 12-dən alqı-satqı zamanı qeydiyyatdan çıxacağını öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı verilmiş 29 iyul 2024-cü il tarixli məktubdan görünür ki, 19 iyul 2024-cü il tarixli müraciətdə İddiaçı Cavabdeh1, X3 və Cavabdeh2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, başqa ökədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 4, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 dekabr 2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan mənzil iddiaçı tərəfindən nikaha daxil olmamış "Agbank'’ Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış xx.xx.2012-ci il tarixli. №100. CL.151112.00001/a nömrəli alqı-satqı və İpoteka müqaviləsinə əsasən Dövlət İpoteka - Fondu tərəfindən ayrılmış vəsait hesabına alınmışdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş və birgə nikahdan iki övladı Cavabdeh2 və X3 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)-6755/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin iddia ərizəsi təmin edilmiş və nikahları pozulmuşdur. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ər arvad arasında əmlak” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 4, mənzil 12-nin alınması üçün cavabdeh İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100.LN.1502.151112.00001 nömrəli kredit müqaviləsi üzrə tərəflərin nikaha daxil olduğu xx.xx.2013-cü il tarixindən nikah pozulduğu günə kimi həyata keçirilmiş bütün kredit ödənişlərinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 721/2024 saylı, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 9220 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən icra edilmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 16 dekabr 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 saylı, 12 mart 2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 və onun azyaşlı övladları Cavabdeh2, Cavabdeh3 uzun müddət həmin mənzildə yaşamamaqlarına baxmayaraq, qeydiyyatdan çıxmamışdırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2və X1 ünvan 4, 12 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. lki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2və X1 ünvan 4, 12 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar