Məhkəmə qərarları › İş №2(011)-234/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-234/2021

08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-234/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanındakı miras evə qanun üzrə vərəsə kimi İddiaçı 100 faiz miras paya qanun üzrə vərəsə olmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan mənzil, MH seriyalı, 018965 nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçının mərhum atası X6 mülkiyyətində olub. Mərhum atası X9 xx.xx.2012-ci ildə vəfat etmişdir. İddiaçı atasının qanun üzrə vərəsəsi kimi AR MM-nin 1243-cü maddəsinə əsasən mirasa faktiki sahiblik və mirasın idarə edilməsi yolu ilə dərhal mirası qəbul edərək ailə üzvləri ilə birgə həmin mirasda faktiki və qeydiyyatda olmaqla yaşayaraq sözügedən mirası idarə etmişdir. Atasının ölümündən bir heçə gün sonra anası X2 da xx.xx.2012-ci il tarixində vəfat etmişdir. İddiaçı atasının qanun üzrə vərəsəsi kimi mirası qəbul etmişdir və bu günə kimi vərəsəlik şəhadətnaməsi almamışdır. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmədən iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla təmin edilməməlidir. Mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 44 saylı evin 15 saylı mənzilinə, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən Cavabdeh2 1\6, Cavabdeh1 1\6, X3 1\6 və Cavabdeh3 1\6 hissədə payları müəyyən edilsin və paylara uyğun mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2633/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, cavabdeh İddiaçı nümayəndəsi X8 apellyasiya şikayəti təmin olunsun, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi payların müəyyən edilməsi hissəsində dəyişdirilsin, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 44 saylı evin 15 saylı mənzilinə, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən Cavabdeh2 1\10, Cavabdeh1 1\10, X3 1\10 və Cavabdeh3 1\10 məcburi payları, İddiaçı isə 6/10 hissədə payı müəyyən edilsin. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-133/14 nömrəli, xx.xx.2014-cü il tarixli Qərarına əsasən qərara alınmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2633/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2088/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1023/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, X1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı – iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzildən payların naturada ayrılması, əgər mənzilin naturada bölünməsi mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə iddiası rədd edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6224/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunsun, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 44-də yerləşən 15 nömrəli mənzil açıq hərracdan satılsın və satış pulunun 1/6 hissəsi X4, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh3 verilsin, satış pulunun qalan 2/6 hissəsi səlahiyyətli şəxs tələb edənə qədər icra məmuru tərəfindən müvafiq depozit hesabda saxlanılsın. Məhkəmə iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, mərhum X6 vərəsələrinin dairəsi və miras qalmış əmlak olan Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 44 saylı evin 15 saylı mənzilinə, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən Cavabdeh2 1\6, Cavabdeh1 1\6, X3 1\6 və Cavabdeh3 1\6 hissədə payları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Qeyd edilən qətnamə ilə müəyyən edilmiş halların mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun). Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ünvan 1 ünvanındakı miras evə qanun üzrə vərəsə kimi İddiaçı 100 faiz miras payının müəyyən edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar