Məhkəmə qərarları › İş №2(011)-2371/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2371/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2371/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı BOKT QSC-nin cavabdeh Əliyeva (Kərimova) X8 qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT QSC cavabdeh Əliyeva (Kərimova) X8 qarşı cavabdeh Əliyeva (Kərimova) X6 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və onun həmin mənzildən çıxarılaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh Əliyeva (Kərimova) X8 qarşı 103999,24 manat əsas kredit borcu, 9517,74 manat faiz borcu, 5000,0 manat dəbbə pulu, cəmi 138516,98 manat məbləğində borcun tutulması, tələb ipoteka qoyulmuş X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 nömrəli mənzilinə yönəldilməsinə dair iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(011)-2059/13 saylı qətnaməsi ilə təmin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ******* saylı Çıxarışına əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında İddiaçı X3 adına rəsmiləşdirilmişdir. İddiaçı BOKT QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin həcminin azaldılması, yəni cavabdeh Əliyeva (Kərimova) X6 İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 nömrəli mənzilin boşaldılması və həmin mənzildən çıxarılaraq İddiaçı QSC-yə təhvil verilməsinə dair hissənin çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2059/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 103.999,24 manat əsas kredit borcu, 29.517,74 manat faiz borcu, 5000 manat dəbbə pulu, cəmi 138.516,88 manat iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddiaçının tələbi girov qoyulmuş X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 nömrəli evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 110.000 manat olmaqla satışa çıxarılması, mənzil açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2017-ci il tarixdə İddiaçı BOKT QSC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-inin xx.xx.2019-cu il tarixli 737 nömrəli arayışına əsasən Əliyeva (Kərimova) X9 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı evin 27 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin açıq hərracdan satılması nəticəsində, habelə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı BOKT QSC-nin adına qeydiyyatın aparıldığından mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir şəxsin mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildən qeydiyyatda qalması İddiaçı BOKT QSC-nin mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, Əliyeva (Kərimova) X6 mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliyeva (Kərimova) X6 Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar