Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-238/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə Cavabdeh2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin, müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, istifadə və sahiblik hüquqlarının tanınması, mənzilin təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarılması və dövlət rüsumunun ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı - Cavabdeh2 ilə cavabdeh “Sahil-D Kompani" MMC arasında bağlanılmış müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının və Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzilə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və İddiaçı mülkiyyət hüququ əsasında Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi. 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış 38 nömrəli, xx.xx.2017-ci il tarixli “Alqı-satqı” müqaviləsinin, Cavabdeh1 MMC ilə “Alıcı” X13 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 38 nömrəli "xxxx"nin və daşınmaz əmlakın dövlət reyestrində 3590 nömrəli reyestr kitabının 336549 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzilə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi, İddiaçı mülkiyyət hüququ əsasında ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzildən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh (müqavilə üzrə “Satıcı”) Cavabdeh1 MMC (VÖEN: **********) ilə iddiaçı (müqavilə üzrə “Alıcı") İddiaçı (Ş/V: AZE 0*******) arasında xx.xx.2010-cu il tarixli, 78 saylı "xxxx" bağlanılmışdır. Həmin "xxxx"nin 1ci maddəsinə əsasən: “Satıcı" "Sahil-D Kompani” MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m- dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzil "Alıcı" İddiaçı təhvil verilməli, qeyd olunan mənzilin dəyəri olan 50.750 manat isə yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X5 ödənilməli idi. Qeyd olunan mənzilin dəyəri, yəni 50.750 manat yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X5 tam şəkildə ödənilməsinə baxmayaraq (bunu Cavabdeh1 MMC tərəfindən verilmiş “Maliyyə Arayışı” da təsdiq edir), qeyd olunan mənzil “Satıcı" “Sahil-D Kompani" MMC tərəfindən yeni payçı - İddiaçı hazırkı vaxtadək təhvil verilməmişdir. Qeyd olunan “Maliyyə Arayışı”na əsasən, "ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binası Cavabdeh1 MMCyə məxsusdur. Bu yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan 2 otaqlı, 66 saylı mənzil payçı İddiaçı məxsusdur. Onun “Sahil-D Kompani" MMC-yə borcu yoxdur” qeyd olunmuşdur. Lakin yaxın vaxtlarda İddiaçı məlum olub ki, ona məxsus olan həmin mənzil qanunsuz şəkildə təkrar satış edilərək digər bir şəxsə - yəni xx.xx.1959-cu il təvəllüdlü X1. Hazırda ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir və cavabdeh həmin mənzilə dair “Çıxarış" da əldə etmişdir. “Sahil-D Kompani" MMC-nin öz adını dəyişib-dəyişmədiyini dəqiq öyrənmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli, 195 saylı “Sorğu” ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən cavablandırılan xx.xx.2022-ci il tarixli “Cavab nıəktubu”na əsasən: ”xx.xx.2004-cü il tarixdə 0104-P54-39914 nömrə ilə dövlət qeydiyyatına alınmış "Sahil-D Kompani ” MMC-nin (VÖEN: **********) adında qeydiyyata alındığı tarixdən hazırkı tarixədək dəyişiklik edilməsi barədə məlumat aşkar edilməmişdir" qeyd olunmuşdur. İddiaçı bildirir ki, Cavabdeh2 ilə “Sahil-D Kompani" MMC arasında bağlanılmış "xxxx", həmin “Müqavilə"yə dair “Maliyyə Arayışı" və “Çıxarış" etibarsız sənədlərdir. Çünki, iddiaçı həmin mənzili Cavabdeh2 Alamalı qızından daha öncə dəyərini ödəməklə almışdır. Sadəcə olaraq “Sahil-D Kompani" MMC-nin qanunsuz əməlləri nəticəsində mənzilin onun xəbəri olmadan göstərilən cavabdehə təkrarən satılmışdır. Həmçinin qeyd olunur ki, İddiaçı qeyd olunan mənzili X4 MMC-nin X2nun iştirakı ilə alıb və onunla “Sahil-D Kompani" MMC-nin X2 arasında alqısatqı ilə bağlı xx.xx.2010-cu il tarixli, 78 saylı saylı "xxxx" imzalanmışdır. İddiaçının mənzil aldığı bina MMC tərəfindən tam hazırlanıb təhvil verilmədiyi üçün o, digər müştərilər kimi binanın hazırlanmasını gözləmişdir. Daha sonra iddiaçı məlumat əldə etdikdə binanın təhvili üçün hazırlanmağını gözləməkdən bezən bəzi şəxslər artıq özləri aldıqları mənzilləri təmir etdirməyə başlamışlar, bu məqsədlə iddiaçı da Hüseyn adlı yaxın qohumu ilə birlikdə özünü binanın yeni müdiri əvəzi kimi təqdim edən Adilağa Hüseynova yaxınlaşmışdır. Lakin təmirə başlamaq üçün iddiaçı Adilağa Hüseynovdan “Arayışın verilməsini tələb etdikdə o, iddiaçıdan bağladığı “Müqavilə"nin və “Maliyə Arayışı”nın əsllərini istəmişdir. İddiaçı isə ona yalnız həmin sənədlərin kserosurətlərini təqdim etmişdir. Qeyd olunan sənədlərin əsllərinin deyil, onların kserosurətlərinin təqdim edilməsindən qəzəblənən Adilağa Hüseynov iddiaçıya həmin günü təmirlə bağlı müvafiq “Arayışı” təqdim etməmişdir və günü-gündən bu məsələni müxtəlif bəhanələrlə uzatmağa başlamışdır. Adilağa Hüseynov məsələnin ciddiliyini bildiyi üçün iddiaçının və onun yaxın qohumu olan Hüseynin zənglərini belə cavablabdırmamağa başlamışdır. Artıq bu zaman iddiaçıya aydın olmuşdur ki, Adilağa Hüseynov onu açıq-aşkar şəkildə aldadır. Buna tam əmin olduqdan sonra isə qeyd olunan “Arayış" olmadan mənzilinə gedib onu təmirinə başlamaq istəyir. Lakin rastlaşdığı mənzərə iddiaçını sözün əsl mənasında məyus edir. Belə ki, iddiaçı mənzilinə daxil olmaq istədikdə artıq mənzilə qapının qoyulduğunu görür və qapını döydükdən sonra isə Ceyhun adlı şəxsin (əldə olunan məlumata görə Ceyhun Cavabdeh2 əridir) orada yaşadığı ona məlum olur. İddiaçı göstərilən mənzilə dair sənədlərini Ceyhuna göstərərək həmin mənzilin ona məxsus olması barədə fikir bildirdikdə Ceyhun ona cavab olaraq deyir ki, "mən bu mənzili təxmini 1 il qabaq Adilağa Hüseynovdan almışam və 2 ay əvvəl mənzilə köçmüşəm." Bu barədə iddiaçı Adilağa Hüseynovdan soruşduqda isə Adilağa iddiaçıya bildirmişdir kı, “Ceyhun yalan danışır, mən ona ev satmamışam” Nəticədə iddiaçı qeyd olunan şəxslərin qanunsuz əməlləri nəticəsində halalca aldığı mənzilinə hazırkı vaxtadək sahib ola bilməmişdir. Bu səbəbdən hazırkı işə ədalət mühakiməsini həyata keçirən Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən ədalətli və obyektiv baxılacağına ümid edir. Nəticədə Cavabdeh2 ilə “Sahil-D Kompani" MMC arasında bağlanılmış həm "xxxx"nin, həm də həmin "xxxx"yə dair “Maliyyə Arayışı”nın iddiaçı ilə “Sahil-D Kompani" MMC arasında bağlanılmış müqavilədən sonrakı tarixdə, yəni xx.xx.2010-cu il tarixindən sonrakı tarixdə saxta sənədlər əsasında (hansı ki, həmin sənədlərdə Adilağa Hüseynovun imzası və MMC- nin möhürü vardır) sənədləşdirilməsi və bununla da təkrar satış edilməsi müəyyən olunur. Bu isə onu deməyə əsas verir ki, həmin "xxxx" və “Maliyyə Arayışı" saxta sənədlərdir. Qeyd olunan sənədlər isə saxtadırlarsa demək ki, həmin sənədlər əsasında əldə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş “Çıxarış” da eyni zamanda etibarsız sənəddir. Habelə həmin "xxxx" və “Maliyyə Arayışı" düşünülmüş şəkildə tərtib edilmişdir ki, iddiaçı öz əmlakına sahib ola bilməsin və özünü binanın yeni müdiri əvəzi kimi təqdim edən Adilağa Hüseynov əlavə qanunsuz gəlir əldə etmiş olsun. Qeyd olunan hallara aydınlıq gətirilməsi üçün tərəflərindən “Sahil-D Kompani" MMC-yə 205 saylı, xx.xx.2022-ci il tarixli “Sorğu” göndərilmiş və həmin “Sorğu" ilə aşağıdakı sualların cavablandırılması xahiş edilmişdir: "xxxx" MMC-nin (VÖEN: **********) reyestr məlumatlarında hər hansı dəyişiklik edilərək MMC-nin adı dəyişdirilibmi? Əgər "Sahil-D Kompani ” MMC-nin adı dəyişdirilibsə hazırda MMC-nin yeni tam adı barədə məlumatı cavab məktubunda bildirməyiniz xahiş olunur. Təkrar satış nəticəsində ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilə dair yeni "Alıcı"/"Payçı" ilə bağlanmış "xxxx" və "Maliyyə Arayışı"nın təsdiq edilmiş surətlərini, mənzilə dair əldə olunmuş “Çıxarış"ın surətini göndərməyiniz, həmçinin təkrar satış edilən şəxsin adı, soyadı və ata adı, onun təvəllüdü (gün/ay/il), həmçinin mobil nömrəsi barədə məlumatları cavab məktubunda bildirməyiniz xahiş olunur. 2.Bakı şəhəri, Xətai rayonu. F. Bayramov küçəsi. 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-ci mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilin təkrar satış edilməsində MMC-nin məhz hansı məsul şəxs(lər)in təqsirkar hərəkət(lər)i nəticəsində baş verməsi barədə məlumatları cavab məktubunda bildirməyiniz xahiş olunur.” Qeyd olunan “Sorğu” Cavabdeh1 MMC tərəfindən qəbul edilməsinə baxmayaraq, hazırkı vaxtadək göstərilən şirkət tərəfindən cavablandırılmamışdır. İddiaçı bildirir ki, X6 rəhbərlik etdiyi Cavabdeh1 MMC tərəfindən Cəmiyyətə məxsus ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzil xx.xx.2010-cu il tarixli, 78 saylı "xxxx" 50.750 manat məbləğ qarşılığında iddiaçıya satılmış və buna dair iddiaçıya müvafiq “Maliyyə Arayışı” verilmişdir. xx.xx.2010-cu il tarixli, 78 saylı "xxxx" və buna dair müvafiq “Maliyyə Arayışı” Cavabdeh1 MMC-nin X2 tərəfindən şəxsən imza edilməklə şirkətin möhürü ilə təsdiq edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2010-cu il tarixli, 78 saylı "xxxx"nin 2.1.1-ci bəndində qeyd olunur ki: "Satıcı" aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərində müvafiq olaraq Qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə “Alıcı "ya təhvil verməyi öz öhdəsinə götürür. Göründüyü kimi, xx.xx.2010-cu il tarixli, 78 saylı "xxxx"yə əsasən, yeni payçı olan İddiaçı tərəfindən həmin mənzil üçün 50.750 (əlli min veddi yüz əlli) manat məbləğ əvvəlki payçı X5 tam şəkildə ödənilməsinə baxmayaraq “Sahil-D Kompani" MMC qanunsuz əməllərə yol verərək müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, göstərilən mənzili iddiaçıya təhvil verməmiş, bu azmış həmin mənzilin digər bir 3-cü şəxslə saxta sənədlər əsasında təkrar satışını həyata keçirmişdir. Qeyd olunan mənzilin real və vicdanlı sahibi məhz iddiaçıdır, Cavabdeh2 isə sonradan saxta yollarla müvafiq sənədlər əldə edərək həmin mənzilə sahib olmuş şəxsdir. Tərəflərin izahatları: İddiaçı xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı ərizəsində, məhkəmə iclasında iştirak etməməsinin səbəbini səhhətində olan xəstəliklə bağlı olduğunu göstərmiş lakin bu xüsusatı təsdiq edən heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını tələb etmiş və iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsı 1156 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzili xx.xx.2010-cu il tarixdə aldığını iddia edərək Cavabdeh2 ilə cavabdeh “Sahil-D Kompani" MMC arasında bağlanmış müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının və Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sözügedən mənzili xx.xx.2010-cu ildə almasına baxmayaraq uzun müddət mənzillə maraqlanmamış və faktiki sahiblik həyata keçirilməsi ilə əlaqədar heç bir tədbir görməmişdir. Cavabdeh2 sözügedən mənzili xx.xx.2017-ci il tarixdə almış və dərhal təmir etdirərək həmin evə köçmüşdür. Cavabdeh2 və onun ailəsi 2017-ci ıl tarixdən etibarən ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzildə yaşayır və bu “Xətai 33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilən arayışla da sübut olunur. Digər tərəfdən iddiaçı ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzili xx.xx.2010-cu il tarixdə aldığını iddia olunsa da ona dair hüquqlarını əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyən əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi İddiaçı sözügedən daşınmaz əmlaka ümumiyyətlə mülkiyyətçi olmamış və belə olan halda qanunvericilikdə mülkiyyət hüququ ilə bağlı normaların heç birini iddiaçıya aid etmək olmur. 2015-ci ildə həmin binadakı evləri bır neçə nəfərə satdığı üçün "Sahil-D Kompani” MMC-nin direktoru X15 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178ci maddəsi ilə cinayət işi başlamış, daha sonra X7 intihar etməsi ilə cinayət işinə bəraətverıcı əsaslar olmadan xitam verilmişdir. Qeyd olunan cinayət işinin başlanılmasından bir müddət sonra "Sahil-D Kompani” MMC-nin möhürü və digər bütün sənədləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən alınmışdır. 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının nəzarəti altında sözügedən binalarda olan mənzillərin kimə məxsus olması ilə bağlı Cavabdeh1 MMC-nin direktoru Adilağa Hüseynov tərəfindən siyahı tərtib edilmiş və həmin siyahı çıxarışların verilməsi uçun AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Həmin siyahıda da ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66-cı mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qeyd olunmuşdur. Cavabdeh2 hal-hazırki iş üzrə vicdanlı əldə edən rolunu oynayır və sözügedən mənzilin əvvəllər iddiaçı tərəfindən iddia edildiyi kimi alındığından xəbəri olmamışdır. “Aldığı” evdən uzun müddət xəbəri olmayan və heç bir faktiki sahiblik xarakterli hərəkətlər etməyən iddaçıdansa həmin mənzildə uzun müddət yaşayan və sahiblik edən Cavabdeh2 mülkiyyət hüquqlarının qorunması daha ağlabatan olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1 -ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır, tanımadığı şəxs və iddia ərizəsində adı qeyd olunan Hüseyn adlı digər şəxslərin mənzilinə gəlmiş və iddia ərizəsində olan oxşar söhbətlər baş vermişdir. Sözügedən mənzilin cavabdeh tərəfindən “Sahil-D Kompani" MMC-dən xx.xx.2017-ci ildə alındığı faktı nəzərə alınsa, iddia ərizəsində qeyd olunan şəkildə məhz 2018-ci ildə iddiaçı və iddia ərizəsində adı qeyd olunan Hüseyn adlı digər şəxs 66 nömrəli mənzilə gəlmiş və həmin mənzilin əsil mülkiyyətçiləri ilə qarşılaşmışdırlar. Göründüyü kimi 2018-ci ildə İddiaçı, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzili almasından xəbəri olmuş amma nədənsə bu əqdlə bağlı iddianı məhkəməyə 4 ildən sonra vermişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulan 1 illik kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bununla yanaşı bildirmək istərdik ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində qeyd olunduğu kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsi ilə tanış olduqda iddiaçı və onun yaxın qohumunun 2018-ci ildə həmin evə gəldikdə Cavabdeh2 və onun həyat yoldaşının həmin evdə yaşadıqlarının şahidi olduğu qənaətinə gəlirik. İddia ərizəsində qeyd olunur: “İddiaçı mənzilə daxil olmaq istədikdə artıq mənzilə qapının qoyulduğunu görür və qapını döydükdən sonra Ceyhun adlı şəxsin (əldə olunan məlumatlara görə Ceyhun Cavabdeh2 əridir) orada yaşadığı məlum olur. İddiaçı göstərilən mənzilə dair sənədlərini Ceyhuna göstərərək həmin mənzilin ona məxsus olması barədə fikir bildirdikdə Ceyhun ona cavab olaraq deyir ki, “mən bu mənzili təxminən 1 il qabaq Adilağa Hüseynovdan almışam...”. Cavabdeh2 təsdiq edirki 2018-ci ildə tanımadığı şəxs və iddia ərizəsində adı qeyd olunan Hüseyn adlı digər şəxs onların mənzilinə gəlmiş və iddia ərizəsində olan oxşar söhbətlər baş vermişdir. Sözügedən mənzilin cavabdeh tərəfindən “Sahil-D Kompani" MMC-dən xx.xx.2017-ci ildə alındığı faktını göz önünə alsaq bir daha təsdiq olunur ki, iddia ərizəsində qeyd olunan şəkildə məhz 2018-ci ildə iddiaçı və iddia ərizəsində adı qeyd olunan Hüseyn adlı digər şəxs 66 nömrəli mənzilə gəlmiş və həmin mənzilin əsil mülkiyyətçiləri ilə qarşılaşmışdırlar. Göründüyü kimi 2018-ci ildə İddiaçı, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzili almasından xəbəri olmuş amma nədənsə bu əqdlə bağlı iddianı məhkəməyə 4 ildən sonra vermişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulan 1 illik kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdehin nümayəndəsi və vəkili qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan satıcı Cavabdeh1 MMC –nin icraçı direktoru X15 şəxsində (satıcı) digər tərəfdən X11 xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə gələcəkdə alıcı adlandırılacaq İddiaçı arasında imzalanmış xx.xx.2010- cu il tarixli 78 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzili alıcıya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 50750 manat məbləğində müəyyən edilmiş və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X5 ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş tarixsiz maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 1 saylı yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Bu yaşayış binasının 16cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödəmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan ,satıcı Cavabdeh1 MMC –nin icraçı direktoru X8 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 38 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzili alıcıya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 65175 manat təşkil etmiş və yeni payçı Cavabdeh2 tərəfindən əvvəlki payçı X10 ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 1 saylı yaşayış binası Cavabdeh1 MMC-yə məxsusdur. Bu yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödəmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" MMMC-nin sədri Mirzağa Ağayev tərəfindən imzalanan tarixsiz arayışdan görünür ki, Cavabdeh2 2017-ci il tarixdən etibarən ünvan 7 ünvanda yaşayır. İş materiallarında olan Cavabdeh1 MMC –nin 283 nömrəli X24dən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 1 saylı yaşayış binası 66 nömrəli mənzilin sayğaclarına görə 1200 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan Cavabdeh1 MMC –nin Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 1 saylı bina mənzillərinin sakinlərinin siyahısında Cavabdeh2 adı 66-cı mənzilin sakini kimi qeyd olunmuşdur. İş materiallarında olan "Sahil-D Kompani ” MMC ilə Cavabdeh2 arasında bağlanılmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” 283 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, xx.xx.2017-ci il tarixli 38 nömrəli alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan, 66 nömrəli mənzili tikinti normalarına uyğun şəkildə təhvil verilmişdir.Tərəflər arasında müqavilənin icrası ilə əlaqədar olaraq yarana biləcək mübahisələr qarşılıqlı razılaşma ilə, əks halda isə məhkəmə yolu həll olunmasını öhdələrinə götürmüşdürlər. İş materiallarında olan Bakı şəhəri 16 saylı Vəkil Bürosu tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 195 saylı sorğuya cavab olaraq , Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli “Cavab məktubu”na əsasən bildirilmişdir ki,: xx.xx.2004-cü il tarixdə 0104-P54-399İ4 nömrə ilə dövlət qeydiyyatına alınmış "Sahil-D Kompani ” MMC-nin (VÖEN: **********) adında qeydiyyata alındığı tarixdən hazırkı tarixədək dəyişiklik edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan sorğulardan görünür ki, Bakı şəhəri 16 saylı Vəkil Bürosu tərəfindən Cavabdeh1 MMC–yə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə sorğular yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən ümumi sahəsi 89.3 kv.m, yaşayış sahəsi 42.3 kv.m olan (huquqmüəyyənedıcı sənəd üzrə sahəsi 101, 5 kv.m) mənzilə dair “Sahil-D Kompani' MMC tərəfindən verilmiş 09 nömrəli xx.xx.2017-ci il tarixli maliyyə arayışına, 38 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində 3590 nömrəli reyestr kitabının 336549 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. “Sahil-D Kompani" MMC-nin adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli əmrdən görünür ki, X8 xx.xx.2015-ci il tarixdən müvəqqəti olaraq icraçı direktor vəzifəsinə təyin olumuşdur. İş materiallarında olan "xxxx" MMMC tərəfindən sorğuya verilmiş cavab məktubdan görünür ki, ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzildə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 yaşayırlar. Sakinlər 2016-cı ildə təmirə başlamış və 2017-ci ildən bu evdə yaşayırlar. İş materiallarında olan satıcı Cavabdeh1 MMC –nin icraçı direktoru X15 ilə alıcı X13 arasında xx.xx.2007-ci il tarixli 38 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı, 66 nömrəli mənzili alıcıya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 71050 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC –nin xx.xx.2007-ci il tarixli X24dən görünür ki, X13 Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 1 saylı yaşayış binası 66 nömrəli mənzilin tam ödənişi üçün 71050 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan ,satıcı “STS” şirkətinin direktoru X15 ilə alıcı X11 arasında xx.xx.2008-ci il tarixli 195 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının, 16-cı mərtəbəsində, ümumi sahəsi 101.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzili alıcıya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 111650 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert vəsatətindən görünür ki, 2(011)- 6210/2022 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1808-5/1562 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 38 saylı müqavilənin, eyni tarixli X24; Sahil-D Kompani MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 78 saylı müqavilənin və Maliyyə arayışın üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti SAHİL-D Kompani” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.Təqdim edilmiş Sahil-D Kompani MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 38 saylı müqavilənin, eyni tarixli X24; Sahil-D Kompani MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 78 saylı müqavilənin və Maliyyə arayışın üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhür əksi ilə sərbəst əks nümunəsi qismində təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 98 nömrəli, xx.xx.2008-ci il tarixli, 56 nömrəli, xx.xx.2009-cu il tarixli, xx.xx.2015-ci il tarixli, 89 nömrəli, xx.xx.2010-cu il tarixli, 84 nömrəli xx.xx.2011-ci il tarixli, 179 nömrəli, xx.xx.2012-ci il tarixli, 258 nömrəli müqavilələrin üzərlərindəki və eksperimental əks nümunələrlə eynilik təşkil edirlər.Təqdim edilmiş 13 dekabr 2022-ci tarixdə STS şitkəti ilə X9 adlarından olan 20 fevral 2008-ci il tarixli 195 nömrəli müqavilənin əslini və X7 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə vəsatət verilmişdir. Vəsatət təmin olunmadığından məhkəmə -xətşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2022-ci tarixli qərardadda qoyulmuş sualların 1,2, 3-cü sualları üzrə tədqiqat işi aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/732-5/734 nömrəli ekspertiza rəyindən görünür ki, Rəyin “Tədqiqi hissəsi”nin bəndində göstərilənlərə əsasən Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 38 saylı müqavilədə və eyni tarixli X24də; Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 78 saylı müqavilədə və Maliyyə arayışında olan möhür əkslərinin aşınma dərəcəsi eyni və müxtəlif olan möhürlərlə vurulmasını müəyyən etmək mümkün olmadı.Təqdim edilmiş Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 38 saylı müqavilədə; Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 78 saylı müqavilədə və Maliyyə arayışında çap mətni əvvəl çap edilmiş, sonra imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Təqdim edilmiş Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli X24də çap mətni əvvəl çap edilmiş, sonra isə imza icra edilmişdir. Təqdim edilmiş Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli X24də çap mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur.Tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli X24də möhür əksi ilə imza kəsişmədikləri üçün sənədin üzərində çap mətnin, imzanın və möhür əksinin icra ardıcıllığının müəyyən edilməsi üzrə tədqiqat aparılmadı. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “1. Cavabdeh "xxxx" MMC ilə “Alıcı” X13 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 38 nömrəli "xxxx"də və həmin "xxxx"yə dair xx.xx.2007ci il tarixli “X24”də əks olunan möhür əkslərinin həmin "xxxx"yə və “X19” xx.xx.2007-ci il tarixində yoxsa xx.xx.2007-ci il tarixindən sonrakı tarixdə vurulmuşdur?” və “2. Cavabdeh1 MMC ilə “Alıcı” X13 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 38 nömrəli "xxxx"də və həmin "xxxx"yə dair xx.xx.2007-ci il tarixli “X24”də əks olunan imzaların xx.xx.2007-ci il tarixində yoxsa xx.xx.2007-ci il tarixindən sonrakı tarixdə icra edilmişdirmi?” sualları üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsaəsn, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 152.1-ci maddsəinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən ümumi sahəsi 89.3 kv.m, yaşayış sahəsi 42.3 kv.m olan (huquqmüəyyənedıcı sənəd üzrə sahəsi 101, 5 kv.m) mənzilə dair “Sahil-D Kompani' MMC tərəfindən verilmiş 09 nömrəli xx.xx.2017-ci il tarixli maliyyə arayışına, 38 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində 3590 nömrəli reyestr kitabının 336549 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mənzildə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 yaşayırlar. Sakinlər 2016-cı ildə təmirə başlamış və 2017-ci ildən bu evdə yaşayırlar. Məhkəmə hesab edir ki, mübahisəli mənzil otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzil olduğundan, bununla da bağlanmış müqavilə əsasında yalnız cavabdehə məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə etiraz ərizəsində göstərilənlərə münasibətdə qeyd edir ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğundan iddia müddəti ötürülməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mübahisə predmeti olan yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də cavabdeh ilə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MMC yaxud digər şəxs yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni cavabdehə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 66 nömrəli mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzildən çıxarılması” hissəsini arşdıraraq qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Qanunla müəyyən edilmiş qaydada yaşayış sahəsinə dair əldə edilmiş mülkiyyət hüququ mövcud ola-ola bu cür iddiaların irəli sürülməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Əks halda mülkiyyət hüququnun konstitusion təminatı və əhəmiyyəti də qalmazdı. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 200 manat (100 manat+100 manat) məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Sahil-D Kompani MMC-yə və Cavabdeh2 qarşı - Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılmış 38 nömrəli, xx.xx.2017-ci il tarixli “Alqı-satqı” müqaviləsinin, Cavabdeh1 MMC ilə “Alıcı” X13 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 38 nömrəli "xxxx"nin və daşınmaz əmlakın dövlət reyestrində 3590 nömrəli reyestr kitabının 336549 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzilə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi, İddiaçı mülkiyyət hüququ əsasında ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 66 nömrəli mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 66 nömrəli mənzildən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-238/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-238/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver