Məhkəmə qərarları › İş №2(011)-2398/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2398/2022

13.07.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2398/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 15 iyul 1962-ci il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1962-ci ildə Masallı rayonunda anadan olmuş, 15 iyul 1962-ci ildə həmin rayonda anadan olmuş X8 ilə ailə həyatı qurmuşdur. Nikahları Azərbaycan Respublikası Masallı rayon Təhlə kənd XDS İcraiyyə Komitəsinin İİ- ЖГ seriyalı, 475796 nömrəli , 15 iyun 1982-ci il tarixli , “Nigahın bağlanması haqqında şəhadətnamə”si ilə rəsmiləşdirilmişdir. Birgə nigah dövründə 3 (üç) övladları olmuşdur. Belə ki, 1983-cü ildə Gülər adlı qızı, 1986-cı ildə Şəfəq adlı qızı və 1991-ci ildə isə Vüqar adlı oğlu dünyaya gəlmişdir. Ailə qurduqdan sonra onlar , 1982-1990 illərdə, X5 vilayətində yaşamışlar. Onlar 1990-cı ildə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı mənzili, hal-hazırda yaşadıqları, Bakı Şəhəri, Xətai Rayonu, Gəncə prospekti ev 57-də yerləşən, 146 saylı 3 (üç) otaqlı mənzilə dəyişdiriblər. Bu əməliyyat Azərbaycan Respublikası Baki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komətəsinin 09 yanvar 1990-cı il tarixli, 100723№-li "ORDERİ"i ilə rəsmiləşdirilmişdir. 1990-cı ildən bu günədək həmin mənzildə yaşayırlar. Həmin mənzildə ərizəçi və həyat yoldaşı X8 ilə 2000-ci ilin iyul ayınadək birgə və mehriban yaşayıb. 2000-ci ilin iyul ayında həyat yoldaşı X3 şəhərinə işləməyə getmişdir. O, gedəndən bu günədək heç vaxt ailəsiylə heç bir əlaqə saxlamayıb. Belə ki, heç vaxt onlara telefonla zəng etməyib, məktub yazmayıb və yaxud pul və ya ərzaq göndərməyib. Ailə üzvləri isə bu günə qədər onun harada yaşaması, işləməsi barədə heç kimdən məlumat əldə edə bilməyib. Hətta onun qohumları da onun harada olması barədə, heç bir məlumat vermirlər və deyirlər ki, onlar da onun haqqında, yəni onun harada yaşaması, işləməsi və digər fəaliyyəti haqqında heç nə bilmirlər. Ərizəçinin iki qızı və bir oğlu var. Böyük qızı, Gülər 2010-cu ildə ailə həyatı qurmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə ayrıca yaşayırlar. Oğlu və kiçik qızı anası ilə birgə yaşayırlar. Hal-hazırda birgə yaşadıqları, Bakı şəhəri, Xətai Rayonu, Gəncə prospekti ev 57-də yerləşən 146 saylı mənzili özəlləşdirmək istəyirlər. Hal-hazırkı vəziyyətdə, yəni cavadehin razılığı olmadan həmin mənzil özəlləşdirilmək qeyri-mümkündür. O isə, yəni, həyat yoldaşı olmuş X8 10 ildən artıqdır ki, onlarlan birlikdə həmin mənzildə yaşamır və onun harada yaşaması haqqında heç bir məlumatları yoxdur. Cavabdeh X2 razılığı olmadan həmin mənzilin özəlləşdirilməsi işlərinin aparılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin gələməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ЖГ seriyalı, 475796 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 Aybəniz Əlyağa qızının nikahı xx.xx.1982-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu “85” saylı MİS-in tərtib etdiyi xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, X8 2000-ci ildən Bakı Şəhəri, Xətai Rayonu, Gəncə prospekti ev 57-də yerləşən, 146 saylı mənzildə yaşamır. 2000-ci ildən hal-hazıradək həmin mənzildə Ərizəçi və övladları yaşayır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi xx.xx.2022-ci il tarixli, 05/3570-11 nömrəli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.1962-ci il təvəllüdlü X2 barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-3175/13 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən valideynləri X9 ilə X6 olan xx.xx.1962-ci il təvəllüdlü İbrahim Kərimovun doğumunun Masallı rayonunun Təklə icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, X2 Qasımova (Kərimova) Aybəniz Əliağa qızı ilə xx.xx.1982-ci ildə Masallı rayonunun Təklə icra nümayəndəliyində nikaha daxil olduğu , bu nikahdan doğulmuş xx.xx.1983-cü il təvəllüdlü Gülər Kərimovanın, xx.xx.1986-cı il təvəllüdlü Şəfəq Kərimovanın doğumunun həmin icra nümayəndəliyində, xx.xx.1991 -ci il təvəllüdlü Vüqar Kərimovun doğumunun isə Maraqlı şəxsndə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-22256 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X8 barəsində “Axtarış portal sistemində” hər-hansı bir şəxsiyyətini təsdiq edən sənəd tapılmadı və Xətai RPl-də ümumiyyətlə axtarış işi mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 xx.xx.2022-ci il tarixli, 1839 nömrəli məktubun surətindən görünür ki, 1962-ci il təvəllüdlü X8 01.01,2000-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/2675 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X8 barəsində İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş 15 iyul 1962-ci il təvəllüdlü X2 2000-ci ildən yaşadığı ünvan 3 ünvanında 2000-ci ildən hal-hazıradək yaşamadığına dair xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu 89 saylı MİS rəisi tərəfindən təsdiq edilmiş akt, həmin şəxsin ölmüş elan edilməsi üçün yetərli deyil. Belə ki, ərizəçi izahatından məlum olmuşdur ki, 15 iyul 1962-ci il təvəllüdlü X8 2000-ci il Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, Rusiya Federasiyasının işləmək üçün getmişdir. Daha sonra ondan məlumat ala bilməmiş, orada yaşayan qohum və tanışları da 15 iyul 1962-ci il təvəllüdlü X2 harada olduğunu bilmirlər. Lakin, X2 işləmək üçün getdiyi xarici ölkədəki yaşayış yeri, onun orada itkin düşdüyü və harada olması barədə məlumatın olmadığı, onun həmin ölkədə axtarışı ilə bağlı hər hansı bir tədbirlərin görüldüyü ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi xx.xx.1962-ci il tarixdə Masallı rayonunda anadan olmuş X2 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar