Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-24/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının və həmin əmək haqqına hesablanmış 1 faizin ödənilməsi, son haqq-hesabın ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi; onun Cavabdeh MMC-nin İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsini, Cavabdeh MMC-dən 2020-ci ilin: oktyabr ayı üçün ödənilməmiş 404,3 manat + əmək haqqının gecikdirilmiş 300 günə görə 1.212,9 manat faiz məbləği; noyabr ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 270 günə görə 4.803,2 manat faiz məbləği; dekabr ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 240 günə görə 4.269,5 manat faiz məbləği; 2021-ci ilin: yanvar ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 210 günə görə 3.735,8 manat faiz məbləği; fevral ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 180 günə görə 3.202,13 manat faiz məbləği; mart ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 150 günə görə 2.668,44 manat faiz məbləği; aprel ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 120 günə görə 2.134,8 manat faiz məbləği; may ayı üçün ödənilməmiş 1.778,96 manat + əmək haqqının gecikdirilmiş 90 günə görə 1.601,06 manat faiz məbləği; iyun ayı üçün ödənilməmiş 355,8 manat + əmək haqqının gecikdirilmiş 84 günə görə 298,87 manat faiz məbləği olmaqla, ümumilikdə 37.139,35 manat pulun tutularaq ona ödənilməsi; Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan son haqq-hesabında hesablanaraq ona ödənilməsi; xx.xx.2021-ci ildən - xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; Cavabdeh MMC xx.xx.2021ci il tarixli, B041-T-21 nömrəli əmrlə də onun əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan son haqq-hesabında hesablanaraq ona ödənilməsi; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manatın da ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-nin İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün ödənilməli olan, lakin ödənilməmiş 11858,98 manat əmək haqqı məbləğin, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh MMC-dən iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün ödənilməyən aylıq əmək haqqlarının gecikdirilməsi səbəbindən hər gecikdirilmiş günə görə faiz məbləği olmaqla, ümumilikdə 25289,78 manat tutularaq ona ödənilməsi, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 1131 manat məbləğində son haqq-hesabın ona ödənilməsi, xx.xx.2021-ci ildən - xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün 948,24 manat əmək haqqının ödənilməsi; Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, B041-T- 21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 3741,55 manat son haqq-hesabın ona ödənilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2010-cu il tarixindən uzun müddət Cavabdeh MMC-nin Texnoloji Departamentində müxtəlif vəzifələrdə işləmişdir, sonuncu vəzifəsi Cavabdeh MMC-nin İKT departamentinin Əsas Şəbəkə məliyyatları şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi olmuşdur, “Nar Mobile” ilə Bakcell Şirkətlərinin təsisçiləri eyni şəxs olduqlarına görə 2016-cı il tarixində şirkətlərin texniki şöbələrinin birləşməsi barədə qərar qəbul edilmiş, həmin şöbələr birləşərək "xxxx" MMC-də yaradılmışdır, sonra Cavabdeh MMC ona və onun işlədiyi şöbədə ixtisara düşən işçilərə ‘Azerconnect” MMC-yə işə qəbul edilmə barədə ərizə yazmağı bildirmişdir, şirkətə gedərək orada işə qəbul edilmə barədə ərizə yazmışdır, Cavabdeh şirkətində isə işdən azad olunma barədə ərizəsini yazmaq istədikdə, ona “hələ yazma dayan” demişdirlər, bu da o deməkdir ki, onların məqsədi onu ümumiyyətlə "xxxx" MMC-və isə qəbul etmək deyildir, sadəcə olaraq vaxt qazanıb, onu ümumiyyətlə işdən çıxartmaq idi, sonra iş prosesinin daha səmərəli aparılması və iş həcminin azaldılması səbəbindən 2 ay əvvəlcədən xəbərdar edilməklə ixtisara salma barədə xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr təqdim edilmiş, həmin əmrlə Cavabdeh MMC-nin işçilərinin ştatının ixtisar edilməsi ilə əlaqədar ƏM-nin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, bağlanmış xx.xx.2010-cu il tarixli Əmək Müqaviləsinə etibarən Cavabdeh MMC tərəfindən ləğv ediləcəyi barədə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş təqdim edilmiş, həmin tarixdə də işi ilə bağlı şirkət tərəfindən Komissiya yaradılmış, iclasda da qərar qəbul edilmişdir ki, özü "xxxx" MMC-yə keçmir, ona ixtisar əmri verilib, ehtiyata buraxsınlar, yəni məsuliyyətlərini "xxxx" MMC-yə təhvil verməyi üçün ona iki həftə vaxt verməyi təklif edirlər, iş təhvil verildikdən sonra ehtiyata çıxmış və bütün girişləri bağlanmışdır, bu məlumatlardan iddia ərizəsinə əlavə etdiyi e-mail danışıqlarına əsasən xəbəri olub, Cavabdeh MMC-də işləyən zaman, xx.xx.2016-cı il tarixində şirkətə məxsus avtomobili idarə edərkən avtomobilin təkəri partlamış, nəticədə yandakı avtomobilə toxunaraq inzibati xəta və sığorta hadisəsi baş vermişdir, hadisə ondan asılı olmayan səbəblərdən baş vermişdir, lakin, sentyabr ayında həmin hadisənin üzərindən 3 ay müddət keçdikdən sonra, şirkətin İnsan Resursları üzrə mütəxəssisi inzibati xəta hadisəsi ilə bağlı töhmət aldığını bildirmişdir, həmin əmrə də imza atmağını təklif etmişlər, ancaq onun ümumiyyətlə həmin töhmət almağı barədə əmrdən xəbəri olmamışdır, töhmət əmri verilirdisə, qabaqcadan bununla bağlı yazılı və ya şifahi qaydada xəbərdar edilməli, sonra əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək töhmət verilməli idi, şirkət isə 3 ay müddətdən sonra töhmət verib, hallbuki, həmin töhmət 1 ay keçənədək verilməli idi, cavabdehin məqsədi onu işdən çıxartmaq idi, sonra Cavabdeh MMC-yə xx.xx.2016-cı il tarixli, 293847 nömrəli inzibati xəta haqqında qərarı təqdim etmiş, bildirmişdir ki, sığorta tərəfindən də müəyyən edilib ki, həmin hadisə də heç bir günahı olmayıb, sonra onlar tərəfindən xx.xx.2017-ci il tarixli, MR/181 nömrəli əmrə əsasən verilmiş xx.xx.2016-cı il tarixli, 612 nömrəli töhmət əmri ləğv edilmişdir, daha sonra, heç bir əsas olmadan əvvəlcədən xəbərdar edilməklə, xx.xx.2017-ci il tarixindən işdən çıxardılacağı üçün bununla bağlı araşdırma aparmışdır, ƏM-nin 79-cu maddəsinin 1ci bəndinə əsasən öhdəsində İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdi, şirkətə ƏƏSMN-nin TSEK tərəfindən verilən müayinə sənədini təqdim etmiş, bildirmişdir ki, himayəsində İ dərəcə əlilliyi olan atası var, nəticədə şirkət tərəfindən xx.xx.2017-ci il tarixli, 186 nömrəli əmrə əsasən, ona verilmiş xx.xx.2016-cı il tarixli, 859 nömrəli əmr ləğv edilmişdir və rəsmi xəbərdarlıq etibarsız sayılmışdır, yenidən işə bərpa olunduqda rəhbərlik ona ehtiyatda olduğunu və atasının İ dərəcəli əlil olması ilə bağlı işə gəlməməyini, atası ilə məşğul olmağını, hansı tarixdə işə çıxmağı ilə bağlı məlumatın tərəflərindən deyiləcəyini də bildirdilər, onların onu işə çağıracağı günü gözləmiş, bəzən onlarla əlaqə saxlamiş, işə getmişdir, lakin bu barədə heç bir məlumat deyilməmişdir, hətta ona yenə şirkət tərəfindən xx.xx.2017-ci il tarixində e-mail vasitəsilə "xxxx" MMC-yə işə qəbul edilmə ilə bağlı sənədlərini hazırlayıb, e-mail ünvanlarına göndərməyi bildirildi, bununla bağlı sənədlərini hazırlayıb, e-mail ünvanlarına göndərsə də yenə də şirkət tərəfindən, "xxxx" MMC-yə transfer olunmamışdır, şöbədə hamı keçib, tək özü qalmışdır, 5 il havada qalmışdır, access loginini bağlayıb, “evdə otur” demişdirlər, sonra e-mail ünvanına xx.xx.2018-ci il tarixində şirkət tərəfindən məlumat göndərilərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər olan işə davamiyyətinin tərəflərindən araşdırıldığı, 16 aprel, 17 aprel, 18 aprel və xx.xx.2018-ci il tarixlərində, bu dövr ərzində iş yerinə gəldiyi, işə gəlməməyinin səbəbi ilə bağlı izahatını və uyğun sənədlərini xx.xx.2018-ci il tarixi günün sonuna qədər onlara təqdim etməyini bildirdilər, o da qarşılığında bildirmişdir ki, rəhbərliyin göstərişinə əsasən ehtiyatdadır, yenə xx.xx.2018-ci il tarixində şirkət tərəfindən e-mail göndərilmış, əmək müqaviləsinə müvafiq olaraq 01,06.2018-ci il tarixindən etibarən iş qrafikinə uyğun olaraq iş başında olmağı xahiş olunmuşdur, xx.xx.2018-ci il tarixində e-mailə cavab olaraq barəsində rəhbərlik tərəfindən öncə verilmiş ehtiyata buraxılmağı barədə göstərişin artıq etibarsız olduğunu təsdiq edilməsini onlardan xahiş etmişdir, həmin tarixdə onlar tərəfindən yenə rəhbərliyin qərarına əsasən, işə çıxmağının tələb olunduğu bildirildi, tərəflərindən həmin tarixdə ona ehtiyat göstərişini təsdiq edən e-mail və ya yazılı sənədi ondan təqdim etməyi xahiş etmişlər, onlara sözü gedən göstərişin rəsmiyyəti artıq “İnsan Resursları” şöbəsində mövcud olduğunu və sorğularını ora ünvanlamağı xahiş etmişdir, daha sonra, onların göstərişinə əsasən, 2018-ci ilin iyun ayından Cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində işə çıxmağa başlamışdır, həmin şöbədə, ancaq özü qaldığı üçün hüquqi olaraq şöbə sənəddə olsa da fiziki olaraq həmin şöbə yoxdur, artıq həmin şöbə "xxxx" şirkətindədir, Cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində işləyən işçilər "xxxx" MMC-yə transfer olunmuşdur, özü isə Cavabdeh MMC-nin ixtisar olunmuş şöbəsində qalmışdır, işə gedib-gəlsə də heç bir əmək fəaliyyəti ilə məşğul olmamış, onu hər hansı işə cəlb etməmişdirlər və işdən kənar saxlamışdırlar, ona görə də onlardan tələb etmişdir ki, əmək fəaliyyəti ilə məşğul olmalıdır, qarşılığında ona “hələ ki fəaliyyətin işə gedib-gəlməkdən ibarət olsun” demişdirlər, şirkət əmək fəaliyyəti ilə məşğul olmağı barədə əmək müqaviləsini pozmuş, əmək şəraiti yaratmamışdır, heç bir əmək funksiyalarını həyata keçirə bilməmişdir, bütün access-lərini, login parolunu bağlamışdırlar, özü isə Cavabdeh MMC-də qalmışdır, sonra ona xx.xx.2019-cu il tarixində, Cavabdeh MMC tərəfindən “əmək fəaliyyətinin dəyişdirilməsi” ilə bağlı məktub göndərilmiş, həmin məktubda təklif edildi ki, Şirkətin Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli 01/BD/02.2017 nömrəli qərarına əsasən, şirkətdə aparılan struktur dəyişikliklər nəticəsində bir sıra, o cümlədən İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi "xxxx" MMC-yə transfer olunmasına əsasən, həmin idarənin işçiləri ilə bağlanmış əmək müqavilələrinə sonuncuların ərizələrinə əsasən xitam verilmiş və tutduqları vəzifələr ştat cədvəlindən çıxarılmaqla ixtisar edilmişdir, onun isə şirkətdə tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ƏM-nin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən təxirə salınmışdır, ona görə də ona, hazırda "xxxx" MMC-nin Texnologiyalar idarəsi tərəfindən Şirkətin ləğv edilmiş İnformasiya və Kommunikasiya Texnologiyalarının bütün funksiyalarını, o cümlədən tutduğu vəzifə üzrə əmək funksiyaları icra edildiyi bildirilmişdir, bu səbəbdən Şirkətdə əməyinin təşkilində dəyişikliklər edilməsi məqsədilə məktub ünvanlanmış, lakin qeyd edilən təkliflər ilə razı olmamışdır, çünki özü Texnologiyalar şöbəsinin işçisidir, şirkət isə ona satış şöbəsində işləməyi təklif edir, aylıq 1.778,96 manat əmək haqqı alır, onlar isə ona aylıq əmək haqqı 500 və 650 manat təklif edirlər, şirkət yuxarıda qeyd olunan təklifdə həmin şöbənin işçilərinin ixtisara düşdüyünü və əmək müqavilələrinə xitam verildiyini qeyd etmişdir, lakin həmin işçilərin yenidən "xxxx" MMC-də yaradılmış həmin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinə işə qəbul edilməsini qeyd etməmişdir, sonra işə gedib-gəlsə də, əmək funksiyalarımı həyata keçirə bilmədiyi ilə bağlı araşdırma aparmağa başlamışdır, İnsan Resursları departamentinin yeni rəisi ilə danışmış, bildirmişlər ki, problem NEQSOL Holdingin təhlükəsizlik şöbəsilədir, nə əlaqə olduğu ilə bağlı onlarda məlumat bilmirlər, təhlükəsizlikdən onlara rəy gəldikdə məsələ həll olunacaqdır, NEQSOL Holdingin təhlükəsizlik şöbəsinə getmiş, şöbənin rəisi ilə görüşmüş, o bildirmişdir ki, NEQSOL Holdingin təhlükəsizlik şöbəsi ilə bağlı heç bir problemi yoxdur, təhlükəsizlik şöbəsinin rəisi 2019-cu ilin oktyabr ayında bu məsələ ilə bağlı şirkətin nümayəndələri ilə görüşmüş, ondan sonra, 2019-cu ilin dekabr ayında şirkətin nümayəndələrilə, İnsan Resursları üzrə mütəxəsislə, başqa şöbələrin nümayəndələrilə, hətta "xxxx" MMC-nin rəis müavini Dövlət Dövlətov ilə də görüşmüşdür, Dövlət Dövlətov demişdir ki, məsələ həll olunub, Şirkətin direktoruna hər bir məsələ deyilmişdir, işə bərpa edilir, çalışdığı "xxxx" MMC-yə transfer olunmuş şöbədə vakansiya var idi, proses uzanmış, ona biraz səbrli ol demişdirlər, lakin sonra artıq Cavabdeh MMC-dən "xxxx" MMC-yə transfer edilən şöbədə olan vakansiyaya artıq kimisə təyin etdiklərini bilmişdir, 2020-ci ilin mart ayının ortalarına qədər, yəni xəstəliklə əlaqədar karantin olana qədər, işə gedib-gəlmişdir, ancaq NK-nin müvafiq qərarlarına əsasən karantin olduqdan sonra həmin qərara əsasən hamısı evdə olmuşdur, sonra onlar atasının rəhmətə getdiyini bildikdən sonra ona xx.xx.2020-ci il tarixində ştat vahidlərinin ixtisarına dair bildiriş göndərmişlər və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi bildirilmişdir, ancaq bildirişdə heç bir əmr yox olmamışdır, ona verilmiş bildirişin hansı əmrə əsasən verildiyi və hansı əmrə əsasən işdən azad edəcəkləri və hətta həmin məktubun məzmunun da belə əmrin imzalandığı qeyd olunmamışdır, əmrlə ümumiyyətlə tanış olmamışdır, həmin xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişindən sonra xx.xx.2020-ci il tarixinəcən işə gedib-gəlmişdir, sonra ondan asılı olmayan səbəblərdən xx.xx.2020-ci il tarixindən “əmək qabiliyyətimi itirməyilə" bağlı xx.xx.2020-ci il tarixinə qədər bülletenə çıxmışdır, həmin müddətlərdə bülletendə olmuşdur, bu müddətlərdə şirkət karantin ilə əlaqədar olaraq tərəflərindən iş rejimi ilə bağlı hər kəsin e-mail ünvanlarına məlumat göndərirdi, göndərilmiş məlumatlarda əməkdaşların evdən iş rejimindən normal iş şəraitinə qayıtma tarixinin xx.xx.2020-ci il olaraq təyin edildiyini və həmin tarixdən 50% əməkdaşın ofisdən çalışma rejiminə qayıtması planlaşdırılırdı, xx.xx.2020-ci il tarixindən isə ofisdə çalışma rejimi 30% oldu. xx.xx.2020-ci il tarixində isə yenidən evdən çalışma barədə rəhbərlik tərəfindən məlumat verilmiş, işə qayıtma prosesi olduqda isə rəhbərlik tərəfindən bildiriləcəyi qeyd edilmiş və hansı işçilərin işə çıxması nəzərdə tutulduqda rəhbərliyin özü tərəfindən şəxsin özünə məlumat veriləcəyi qeyd edilmişdir, xx.xx.2020-ci il tarixinə qədər bülletenə çıxmağı ilə bağlı “əmək qabiliyyətinin olmaması” barədə vərəqəni Cavabdeh MMC-yə təqdim etmişdir, hər kəs evdən çalışma iş rejiminə keçdiyi üçün məndə evdə çalışma iş rejiminə keçmişdir, ancaq evdən çalışma iş rejiminə keçsə belə əmək fəaliyyəti ilə məşğul olmağına imkan yaratmamışlar, sonra artıq rəhbərlik birbaşa ona xx.xx.2021-ci il tarixindən etibarən işə çıxmağı ilə bağlı rəsmi olaraq e-mail göndərmişdir, həmin tarixdən xx.xx.2021-ci il tarixinə qədər işə çıxmağa başlamışdır, sonra xx.xx.2021-ci il tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan və həmin gündə şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi yəni xx.xx.2021-ci il tarixidə NK-nin qərarına əsasən qeyri-iş günü olduğundan, xx.xx.2021-ci il tarixində şirkətə bildirmişdir ki, yenidən “əmək qabiliyyətini itirməyilə” bağlı bülletenə çıxası olmuşdur və işə qayıtdıqda bu barədə vərəqəni təqdim edəcək, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, B018-T-21 nömrəli əmrlə xx.xx.2013-cu il tarixli əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən xitam verərək şirkətdə tutduğu vəzifədən onu azad etmişdir, əmr onunla əsaslandırılmışdır ki, güya vəzifələrini kobud şəkildə pozmuş, yəni heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işə gəlməmişdir, xx.xx.2021-ci il tarixindən isə əmri verildiyi günə qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığı üçün əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir, halbuki yuxarıda qeyd etdiyim hallardan da görünür ki, xx.xx.2020-ci il tarixindən sonra isə çıxmağı onların e-mail məlumatlarında qeyd etdikləri kimi rəhbərliyin birbaşa göstərişinə əsasən olacaqdır və rəhbərliyin göstərişinə əsasən xx.xx.2021-ci il tarixində işə çıxmağa başlamış, sonrasında isə rəhbərlik xx.xx.2021-ci il tarixindən etibarən işə çıxmamağı ilə bağlı heç bir məlumat vermədiyini qeyd etmiş, ancaq şirkətə yenidən “əmək fəaliyyətini itirməyilə” bağlı bülletenə çıxdığını və müalicə qurtardıqdan sonra buna dair vərəqəni də təqdim edəcəyini bildirmişdir və həmin xx.xx.2021-ci il tarixli vərəqə xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən təhvil alınmışdır, xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr də əmək məcəlləsinin qanunvericiliyinə əsasən də ziddir, həmin əmrdə xx.xx.2020-ci il tarixindən etibarən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyinə dair xəbərdarlıq etdiklərini qeyd etmişlər, həmin xəbərdarlıq məktubu da xx.xx.2020-ci il tarixlidir və həmin məktubda da hansı əmrə əsasən işdən azad olunacağı da qeyd olunmur və elə bir əmrlə də tanış olmamışdır, amma hal-hazırda şirkətin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsaslanaraq, onu xx.xx.2020-ci il tarixindən etibarən işdən azad etməsinə əsas gətirməsi və əmək müqaviləsinə xitam verilməsi onlar tərəfindən qanunvericiliyin pozulması deməkdir, çünki xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrdə qeyd edildiyi kimi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək qabiliyyətini itirməyilə bağlı bülletenə çıxdığı üçün əmək müqaviləsinə xitam verilməyib, ancaq sonra həmin əmək qabiliyyətini itirməyilə bağlı vərəqəni təqdim etdikdən sonra işdən azad edəcəkdilərsə, həmin tarixdə 2020-ci ilin oktyabr ayında işə qayıdan zaman əmək müqaviləmə xitam verməli idilər, ancaq xitam verməyərək, xx.xx.2021-ci il tarixindən rəhbərliyin qərarına əsasən, işə çıxmağını bildirmişdirlər, bu da o deməkdir ki, həmin xəbərdarlıq məktubu artıq öz etibarlılığını itirmişdir və həmin xəbərdarlıq məktubu 2020-ci ilin oktyabr ayında tətbiq edilməli olduğu halda edilməmişdir və həmin xəbərdarlıq məktubunun üzərindən də artıq uzun müddət keçməsinə baxmayaraq, həmin xəbərdarlıq məktubunu etibarlı göstərərək ona əsaslanmaları qeyri-qanunidir, xx.xx.2021-ci il tarixdə yenidən işə bərpa olunduqdan sonra şirkət tərəfindən yenidən işdən azad ediləcəkdisə şirkət onu işdən azad etməmişdən əvvəl azı doqquz təqvim həftəsi müddətlərində tərtib etdikləri əmrə əsasən işdən azad edəcəkləri barədə əmri və rəsmi xəbərdarlıq məktubunu təqdim etməli idilər və həmin müddəti gözlədikdən sonra işəgötürən işçini işdən azad edə bilərdi, Cavabdeh MMC onu azı doqquz təqvim həftəsi müddətlərdə xəbərdarlıq etməmişdir, buna görə də əvvəlki vəzifəsinə bərpa edilməlidir, bundan başqa xx.xx.2020xx.xx.2021-ci il tarixə qədər ona əmək haqqı ödənilməmişdir, onun tərəfindən xx.xx.2021ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, sənədlərin işdən azad olma barədə əmrin, son-haqq hesabın və digər ödəmələrə dair təfsilatlı arayış və izahatın hazırlanıb təqdim edilməsini xahiş etsə də, ona qeyd etdiyi heç bir sənəd təqdim olunmamışdır, nəticədə qeyd olunan dövrdə ona əmək haqqı ödəməyərək, ona maddi ziyan vurmuşdur, son haqqhesab il ərzində verilən əmək haqqını uyğun olaraq hesablanır, onlar əmək haqqını düzgün hesablamadıqlarından, son haqq-hesab məbləği də düzgün olmamışdır, həmçinin əmək haqqı verilmədiyi, gecikdirildiyi üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir, bundan başqa ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir, şirkət həmin məbləği düzgün hesablamamışdır, onun kart hesabına 184 gün əsas məzuniyyət günləri üçün 9706,23 manat ödənilmişdir, şirkətə onun haqq hesabının düzgün aparılmadığını bildirsə də, müraciətinə cavab verməmişdirlər, şirkət məzuniyyət günlərini ayrı-ayrı illər üçün hesablamaq yerinə, ümumilikdə 184 gün hesabladığından və həmin məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən 8000 manatdan çox olduğundan, məzuniyyət pulundan vergi tutulmuşdur, halbuki belə hesablanmamalıdır, şirkət geriyə qalan son haqq-hesabı ona ödəməlidir, bununla yanaşı şirkət xx.xx.2021-xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün əmək haqqını, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə ödədiyi 200 manatı və mediasiyaya görə çəkdiyi 50 manat xərci də ona ödəməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuşdur, qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir, iddiaçının işlədiyi ştat vahidinin ixtisar olunması ilə bağlı rəhbərliyin xx.xx.2020-ci il tarixli, 001-S-20 nömrəli əmri mövcuddur, əmrə görə müəssisədə həqiqətən də korporativ struktur dəyişikliyi ilə əlaqədar Kommutasiya stansiyası əsas əməliyyatları üzrə baş mühəndis ştat vahidinin ixtisarı baş vermişdir, eyni zamanda, xx.xx.2020-ci il tarixli, 001-S-20 nömrəli əmrlə Cavabdehin yeni korporativ strukturu da təsdiq edilmişdir, cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçıya xəbərdarlıq bildirişi göndərməklə bu tələbə də əməl etmişdir, xəbərdarlıq bildirişi göndərilməsi ilə yanaşı, xx.xx.2020-ci il tarixində iddiaçıya bildiriş göndərilərək Bakcell Şirkətində həmin tarixdə mövcud olan boş iş yerləri haqqında məlumat təqdim edilmiş və həmin iş yerləri iddiaçıya təklif olunmuşdur, Cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması ilə əlaqədar olaraq 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə xx.xx.2020-ci il tarixli hesabat təqdim edilmişdir, iddiaçıya müvafiq şəraitin yaradılacağı barədə məlumat verilmişdir, iddiaçı ilə bağlanmış əmək müqaviləsində xitamın sənədləşdirilməsi barədə fərqli bir qayda nəzərdə tutulmamış, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi Bakcell Şirkətinin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmri ilə rəsmiləşdirilmişdir, xx.xx.2021ci il tarixli, B041-T-21 nömrəli əmr qanunvericilikdə tələb olunan bütün məlumatlar göstərilməklə tərtib olunmuşdur, odur ki, əmr məzmun baxımından qanunvericiliyin bütün tələblərinə cavab verir, iddiaçıya təqdim olunmuş xx.xx.2021-ci il tarixli son haqq-hesaba dair arayışdan da göründüyü kimi, cavabdeh iddiaçıya son haqq-hesab qismində ümumilikdə 13,214.08 AZN məbləğində vəsait, o cümlədən 3557.92 AZN məbləğində işdənçıxarma müavinəti ödəmişdir, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrin surəti, əmək kitabçası və son haqq-hesab iddiaçıya təhvil verilmişdir, əmək kitabçasının və əmrin üzərindəki qeydlər, həmçinin son haqq-hesab barədə arayış onların iddiaçıya təhvil verilməsi faktını təsdiqləyir, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslı olmuşdur, iddiaçının bildirdiyinə görə onun işdən azad edilməsi ilə bağlı xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş, həmin məktubda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən xitam veriləcəyi qeyd olunmuşdur, lakin faktiki olaraq əmək müqaviləsinə həmin tarixdə deyil, xx.xx.2021-ci il tarixdə xitam verilmişdir, odur ki, iddiaçının mövqeyinə görə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu artıq üzərindən uzun müddət keçdiyi üçün guya öz etibarlılığını itirmişdir, qanunvericilik işəgötürən tərəfindən işçiyə xəbərdarlıq məktubunun göndərilməsindən sonra əmək müqaviləsinə xitam verilməsi üçün minimum müddəti müəyyən edir, xəbərdarlıq məktubundan sonra əmək müqaviləsinə xitam verilməsi üçün maksimum müddət ilə bağlı isə qanunvericilikdə heç bir tələb yoxdur, sözügedən norma işçinin hüquqlarının müdafiəsinə yönəlib və ixtisar zamanı işçi üçün minimum əmək müddəti təminatını müəyyən edir, daha uzun müddət gözlənildikdən sonra işçi ilə əmək müqaviləsi ləğv olunursa, işçinin bununla əlaqədar hər hansı hüququ pozulmur, digər tərəfdən ixtisar əsası ilə işçinin əmək müqaviləsini ləğv etmək hüququnun müvafiq xəbərdarlıq müddətində istifadə edilməməsi, qanunvericiliyin tələbinə görə heç bir halda işəgötürənin bu hüququnun itirilməsinə səbəb olmur, yəni cavabdeh xəbərdarlıq müddəti bitdikdən sonra da, iddiaçının əmək müqaviləsini ləğv etməkdə haqlı olmuşdur, əmək müqaviləsinə vaxtında xitam verilməsi üçün cavabdeh bütün ağlabatan tədbirləri görmüşdür, cavabdeh əmək müqaviləsinin xəbərdarlıq bildirişində göstərilən xx.xx.2021-ci il tarixində ləğv olunması üçün bütün lazımi tədbirləri görmüşdür, lakin cavabdehdən asılı olmayan səbəblərdən bu baş tutmamışdır, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə həmin müddət ərzində xitam vermək mümkün olmamışdır, bundan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə iddiaçı işə çıxmamışdır, cavabdeh iddiaçının özünün şifahi şəkildə və e-mail vasitəsilə bildirdiyi məlumatlara əsasən və əvvəllər də dəfələrlə bu hal baş verdiyi üçün onun əmək qabiliyyətini itirməsi ilə bağlı yeni bir xəstəlik vərəqəsi təqdim edəcəyinə inanmışdır, iddiaçı xx.xx.2020-ci il tarixində e-mail vasitəsilə xəstəlik vərəqəsini cavabdehə təqdim edərkən müalicəsinin hələ də davam etdiyini bildirmişdir, 2020-ci ilin oktyabr ayı üçün olan xəstəlik vərəqəsini isə rəsmi qaydada cavabdehin özünə deyil, mühafizəçiyə vermişdir və xəstəlik vərəqəsi cavabdehə mühafizəçi tərəfindən təqdim olunmuşdur, bu müddət ərzində iddiaçıya dəfələrlə telefonla zəng vurulmuş, həmçinin qeydiyyatda olduğu və yaşadığı ünvana iki dəfə kuryer vasitəsilə məktub göndərilmişdir, “Azari” Express poçt-daşıma kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 305957 nömrəli qaiməsinin üzərindəki qeydlər isə təsdiq edir ki, kuryer həmin tarixdə iddiaçının yaşadığı ünvanda olmuşdur, lakin iddiaçı özü evdə olmadığı və ailə üzvlərinə sənədi imzalamağa icazə vermədiyi üçün zərf qəbul edilməmişdir, kuryer xidmətinin xx.xx.2021-ci il tarixli, 310375 nömrəli qaiməsi və xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt isə İddiaçının ünvanına zərfin aparıldığını, lakin qapı bağlı olduğundan zərfin qəbul edilmədiyini, iddiaçının isə telefon zənginə cavab vermədiyini təsdiqləyir, 2021-ci ilin fevral ayında cavabdehin İnsan Resursları departamentinin əməkdaşı Samir Əliyevlə iddiaçının arasında telefon danışığı olmuş, bu danışıq zamanı iddiaçı şifahi olaraq “yaxında bülletendən qayıdacağını və bütün məsələlərə aydınlıq gətirəcəyini” bildirmişdir, fakt Samir Əliyevin şahid ifadəsi ilə təsdiqlənə bilər, hətta xəstəlik vərəqələrinin həqiqi olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində TƏBİB-ə, xx.xx.2020-ci il tarixində isə Səhiyyə Nazirliyinə məktub ünvanlamışdır, cavabdeh bütün üsul və vasitələrdən istifadə edərək, iddiaçının işə çıxmamasının səbəbini maraqlanmaq üçün tədbirlər görmüş və iddiaçını məlumatlandırmış, iddiaçı isə həmin müraciətə heç bir münasibət bildirməyərək işə gəlməməsinin səbəbini əsaslandırılmış şəkildə açıqlamamış, işə üzürlü səbəblərdən çıxmamaya dair hüquqlarından sui-istifadə etmişdir, halbuki, işə çıxmamaya üzrlü səbəb olan hadisə barədə işçi işəgötürəni xəbərdarlıq etməli idi, çünki işə çıxmamaya səbəb olan hadisə barədə işçi məlumatlı olur, həmin məlumatı işəgötürənə verməməklə və ya gizlətməklə işçi işəgötürənə qarşı vicdansız və bununla da ədalətsiz davranmış olur, beləliklə işçi hüququndan sui-istifadə etmiş olur, iddiaçı işə çıxmamasının səbəbini uzun müddət işəgötürənə bildirməməklə və işəgötürənin onunla rəsmi şəkildə maraqlanmasına münasibət bildirməməklə dürüst və vicdanlı davranmamış, hüquqlarından sui-istifadə etmiş, cavabdehin əmək müqaviləsini ləğv etmək hüququna hörmət bəsləməmiş, cavabdehin hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir, yuxarıda qeyd olunan səbəblərdən əmək müqaviləsinin ləğv edilməsi prosesi ləngimişdir və mümkün olan ən tez müddətdə müqavilə ləğv edilmişdir, iddiaçı həmçinin bildirmişdir ki, xəbərdarlıq məktubuna əmr əlavə olunmamış, məktubun məzmununda onun hansı əmrə əsasən verildiyi, iddiaçının hansı əmrə əsasən işdən azad olunması və belə əmrin imzalandığı barədə qeyd olunmamışdır, bununla bağlı bildirir ki, xəbərdarlıq məktubuna əmrin əlavə olunması və ya xəbərdarlıq məktubunda onun hansı əmrə əsasən verildiyinin yaxud imzalandığının qeyd olunması tələb olunmur, iddiaçının işdən azad edilməsi əmri isə xəbərdarlıq məktubu göndərilərkən deyil, işçinin əmək müqaviləsi ləğv edilərkən tərtib edilir və sonuncu iş günü işçiyə verilir, iddiaçı həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində öz rəhbərliyindən işçilərin evdən işləməsi ilə bağlı göstərişi əks etdirən e-mail almışdır və xx.xx.2021-ci il tarixinədək işə çıxmaması bununla bağlı olmuşdur, iddiaçının bu dəlili tamamilə yanlışdır, belə ki, iddiaçının rəhbərliyi tərəfindən onun evdən işləməsi ilə bağlı hər hansı göstəriş verilməmişdir, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının nə birbaşa, nə də dolayı rəhbəri tərəfindən verilməmişdir. Lakin həmin e-maillər ümumiyyətlə Bakcell Şirkəti tərəfindən deyil, "xxxx" MMC-nin İddiaçıya heç bir aidiyyəti olmayan əməkdaşı tərəfindən göndərilmişdir, eyni zamanda həmin e-maillərin məzmunundan görünür ki, müvafiq e-maillər şəxsən ona ünvanlanmamışdır, qeyd olunan e-maillər "xxxx" MMC və Bakcell Şirkəti arasında avtomatik kommunikasiya vasitəsidir və iddiaçının e-mail ünvanı ora avtomatik daxil edilmişdir, e-maillər vasitəsilə göndərilən məktublar yalnız ümumi məlumat xarakterlidir və heç bir halda rəsmi göstəriş kimi qəbul oluna bilməz, ələxsus belə e-mail işçinin birbaşa rəhbəri tərəfindən göndərilməmişdirsə, belə olan vəziyyətdə iddiaçı ən azından həmin e-maillərin ona həqiqətən aid olub-olmamasını öz rəhbərliyindən dəqiqləşdirməli idi, lakin belə dəqiqləşdirmələr olmamışdır, çünki iddiaçı əslində başa düşürdü ki, onun vəzifəsi ixtisar olunduğundan həmin e-maillərin ona heç bir aidiyyəti yoxdur, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə alındığından həmin e-maillərin ona heç bir aidiyyəti olmamışdır, sözügedən e-maillər iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə göndərilmişdir, iddiaçı bilir ki, o bülletendə olarkən ona işlə əlaqədar rəsmi göstərişlər verilə bilməz və onun e-mailinə gələn hər hansı ümumi xarakterli məlumatların ona aidiyyəti yoxdur, buna baxmayaraq, yenə də həmin göstərişlərin ona aid olub-olmaması ilə heç bir dəqiqləşdirmələr aparmamışdır, onun vəzifəsi ixtisar olunduğundan həmin emaillərin ona heç bir aidiyyəti yoxdur, iddiaçı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əmək haqqı ödənilməmişdir və buna görə ona həmin müddət üzrə əmək haqqı və gecikdirilmiş günlərə görə faiz ödənməlidir, hazırki iş üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsiri olmamışdır, cavabdeh iddiaçının yenidən xəstəlik vərəqəsi təqdim edəcəyini güman edərək, ona həmin müddətlər üçün əmək haqqı ödəməmişdir, əmək haqqının ödənməməsində cavabdehin təqsiri olmadığından ödənilməmiş əmək haqqı və gecikdirilmiş günlərə görə faizin ödənilməsi tələbi də təmin edilməməlidir, xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020-xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir və eyni zamanda xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin ç və 72-ci maddəsinin a bəndində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halını inkar etmir və işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə əsaslandırmanı təkzib etmir, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsi xx.xx.2020 - xx.xx.2021-ci il tarixədək iddiaçıya əmək haqqı ödənilməməsində cavabdehin təqsirini təsdiq etmir, xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrin ləğv edilməsinin digər əsası sırf prosedur pozuntusudur, əmr ona görə ləğv edilmişdir ki, cavabdeh tərəfindən isə iddiaçıya verilən “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin (ç) bəndi ilə ləğv etmək” növündə intizam tənbehi işəgötürən tərəfindən pozuntunun aşkar edildiyi tarixdən (xx.xx.2020-ci il) 1 ay keçənədək deyil, daha gec müddətdə verilmiş, işəgötürən kimi cavabdeh intizam tənbehini vermə müddətini ötürmüşdür, məhz bu səbəbdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edilmişdir, bununla yanaşı, xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrdən göründüyü kimi, həmin əmr xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrdə təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasını qanunsuz hesab etməmiş, sadəcə prosedur pozuntusu ilə əlaqədar olaraq əmr qüvvədən düşmüş hesab edilmişdir, qeyd edilən səbəblərdən xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr xx.xx.2021-ci il tarixli B022-T-21 nömrəli əmrlə qüvvədən düşmüş hesab edilmişdir, iddiaçı həm son haqq-hesabın ödənməsini, həm də məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini eyni anda tələb edə bilməz, sözügedən tələblər bir-biri ilə ziddiyyət təşkil edir, son haqq-hesab yalnız əmək müqaviləsi qanuni və əsaslı ləğv edilərkən ödənilir, məcburi iş buraxma müddəti üçün əmək haqqı isə işçi qanunsuz işdən çıxarılması ilə əlaqədar yenidən işə bərpa edilərkən məhkəmə tərəfindən təyin edilir, xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmr cavabdeh tərəfindən ləğv olunduğu üçün son haqq-hesabın işçiyə verilməsi üçün heç bir əsas qalmamışdır, son haqq-hesabın hesablanması ilə əlaqədar işçi işdən çıxarkən sonuncu iş günü ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər bütün ödənişlər tam şəkildə ödənilməlidir, əmək qanunvericiliyinin hər hansı normasında bu ödənişlərin ayrı-ayrı illər üzrə ödənilməsi barədə tələb nəzərdə tutulmamışdır, iddiaçı həmçinin əvvəlki vəzifəsinə bərpa edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbini irəli sürülmüşdür. Bununla əlaqədar qeyd edirik ki, iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmr qanuni və əsaslı olduğundan iddiaçı işə bərpa edilməməli və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi də təmin edilməməlidir, həmçinin iddiaçının işlədiyi ştat vahidi və şöbə ixtisarla əlaqədar artıq mövcud olmadığı üçün onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi faktiki cəhətdən də mümkün deyil, iddiaçı vicdansızcasına davranaraq öz hüquqlarından sui-istifadə etmiş, onlardan cavabdehə ziyan vurmaq məqsədi ilə istifadə etmişdir, iddiaçı bununla bağlı cavabdehə heç bir müraciət etməmişdir, çünki xx.xx.2020xx.xx.2021-ci il tarixləri ərzində özü işdən azad edilməkdən yayınmaq məqsədilə işə çıxmamış, xəstəlik vərəqəsini belə işə çıxdığı gün özü təqdim etməli olduğu halda, başqa şəxs vasitəsilə təqdim etmişdir, iddiaçı hal-hazırda ona əmək haqqı ödənməməsini bildirsə də, həmin müddət ərzində əmək haqqı ödənmədiyini bilə-bilə, bununla bağlı heç vaxt cavabdehə tələb ünvanlamamışdır, onun tərəfindən əmək haqqının tələb edildiyi dövr ərzində faktiki olaraq heç bir əmək funksiyası icra edilməmişdir, iddiaçı işə gəlmək vəzifəsi ola-ola, bu vəzifəni icra etməyərək kobud şəkildə pozmuşdur. Sonda cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinə kommutasiya stansiyalarının idarə olunması və nəzarət üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 722,89 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 07 sentyabr 2010-cu il tarixli “04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 1 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 843,37 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC-nin baş direktoru İneke Botter şəxsində və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 iyul 2011-ci il tarixli “04 iyun 2010-cu il tarixli 1140 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1024,10 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 01 noyabr 2011-ci il tarixli 1140/1 №-li Əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1024,10 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 05 yanvar 2012-ci il tarixli “01 noyabr 2011-ci il tarixli 1140/1 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 1 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1204,82 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 mart 2012-ci il tarixli “01 noyabr 2011-ci il tarixli 1140/1 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokolun surətindən görünür ki, müqavilənin 1.2-ci bəndinə yeni – bu protokol üzrə işçi "xxxx" MMCnin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə keçirilir. Hazırki Protokol 01 mart 2012-ci il tarixdən qüvvəyə minir – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı arasında bağlanmış 18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" MMC-nin Texnoloji departamentində Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə işə təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi 1 il müddətinə qüvvədədir, əgər müqavilənin müddəti bitdikdən sonrakı 1 həftə ərzində tərəflər əmək münasibətlərini davam etdirərlərsə və tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, hazırki əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1325,30 manat əmək haqqı (müvafiq vergilər daxil olmaqla) ödəyir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 20 may 2013-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 1 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1445,78 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 iyun 2013-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 2 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1619,28 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 02 iyun 2014-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 3 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1700,24 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 14 noyabr 2014-cü il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 4 №-li Protokolun surətindən görünür ki, müqavilənin 1.2-ci bəndinə yeni - bu protokol üzrə işçi işçi "xxxx" MMC-nin Texnoloji departamentin X3 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilir. Hazırki Protokol 14 noyabr 2014-cü il tarixdən qüvvəyə minir – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 sentyabr 2015-ci il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 5 №-li Protokolun surətindən görünür ki, müqavilənin 4.2.1-ci bəndinə yeni - işəgötürən əmək müqaviləsinin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1768,25 manat əmək haqqı ödəyir (müvafiq vergilər daxil olmaqla) – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan bir tərəfdən işəgötürən "xxxx" MMC və digər tərəfdən işçi İddiaçı tərəfindən imzalanmış 01 sentyabr 2016-cı il tarixli “18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” 6 №-li Protokolun surətindən görünür ki, müqavilənin 1.2-ci bəndinə yeni - bu protokol üzrə işçi Cavabdeh MMC-nin İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühədis vəzifəsinə keçirilir. Hazırki Protokol 01 sentyabr 2016-cı il tarixdən qüvvəyə minir – redaksiyada dəyişiklik edilmişdir. İş materiallarında olan 18 fevral 2013-cü il tarixli 1140/2 №-li Əmək müqaviləsinə 7 saylı dəyişikliyin surətindən görünür ki, işəgötürən bu müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay 1778,96 manat ümumi əmək haqqı ödəyir. İş materiallarında olan İXP 293847 saylı AR DİN Baş Dövlət Yol Polis İdarəsinin “İnzibati Xəta haqqında iş üzrə Qərar”ından görünür ki, İddiaçı AR İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilimiş, 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin 23 noyabr 2016-cı il tarixli Memorandumun surətindən görünür ki, İnsan Resursları Komitəsinin 23 noyabr 2016-cı il tarixində keçirilən iclasında verilən qərarlara əsasən, İnsan Resursları Komitəsi Direktorlar Şurasına sadalanan - şəbəkə texnologiyaları, informasiya texnologiyaları, hüquq, satınalma, dövlət və tənzimləyici işlər, SƏTƏM - funksiyaların kənardan təmini və bütün müvafiq işçilərin öz törəmə şirkəti olan "xxxx" MMC-yə köçürülməsi təsdiq və tövsiyə edilmişdir. İş materiallarında olan 21 dekabr 2016-cı il tarixli 859 №-li Əmrin surətindən görünür ki, İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə (1 ştat/vəzifə) ehtiyac olmadığı üçün bu ştat/vəzifənin ləğv edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunması əmr edilmişdir. İş materiallarında olan Nikolai Beckers tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar 21 dekabr 2016-cı il tarixli 859 №-li Əmr verilmişdir, həmin əmrə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq İddiaçılə bağlanmış xx.xx.2010-cu il tarixli Əmək müqavilənin xx.xx.2017-ci il tarixindən etibarən ləğv edilməsi, 2 ay xəbərdarlıq müddətini gözləmədən Əmək müqaviləsinə xitam verilməsini istədiyi halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə 2 ay əmək haqqını 1 dəfəyə almaq hüququna malik olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 09 fevral 2017-ci il tarixli HR/181 №-li əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin Texnoloji departamentin X3 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli 612 saylı töhmət əmri ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 10 fevral 2017-ci il tarixli 186 №-li əmrinin surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının müayinəsinə dair verilən sənədə əsasən, İddiaçı öhdəsində İ qrup əlil ailə üzvü olduğundan və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Maddə 79 (6) əsas tutaraq onun tutduğu vəzifənin/ştatın ixtisar olunması barədə verilmiş xx.xx.2016-cı il tarixli 859 nömrəli əmrin ləğv edilməsi və İddiaçı verilən rəsmi xəbərdarlıq etibarsız sayılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli 001-SR-20 №-li Əmrin surətindən görünür ki, Cəmiyyətin Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis 1 ştat vahidinin ixtisar edilməsi, Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi, cəmiyyətin yeni strukturunun təsdiq edilməsi və 08 iyun 2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilmişdir. Əmr imzalandığı andan qüvvəyə minmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmiş “işçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında” 09 iyun 2020-ci il tarixə hesabatın surətindən görünür ki, sərbəstləşdiriləcək işçinin adı İddiaçı, ixtisaı, peşəsi Telekommunikasiya, tutduğu vəziə kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndisdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 09 iyun 2020ci il tarixli məktubdan görünür ki, sonuncuya Texnoloji departamentin X3 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi üzrə ştat vahidi 12 avqust 2020-ci il tarixindən etibarən ixtisara salınacağı və bununla əlaqədar olaraq, onunla bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə 12 avqust 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi, doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Xəstəlik vərəqəsinin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixi e-mail məktubunun surətindən görünür ki, Əliyev X1 vərəqəsinin surətini Cavabdeh MMC-yə e-mail vasitəsilə göndərmişdir. İş materiallarında olan Xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdən dörd sentyabr tarixinədək işdən azad edilmişdir, 5 sentyabr 2020-ci il tarixdə işə başlamalıdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli “boş iş yerlərinin təklif olunmasına dair” e-mailin surətindən görünür ki, İddiaçı boş iş yerləri haqqında məlumat ünvanlanmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 06 iyul 2020ci il tarixli “boş iş yerlərinin təklif olunmasına dair” məktubun surətindən görünür ki, sonuncuya hal-hazırda mövcud olan boş iş yerləri (4 vəzifə - marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) haqqında məlumat təqdim edilmişdir. İş materiallarından görünür ki, İnternal Communications (mailto:internalcommunications@azerconnect.azElektron ünvan ) tərəfindən xx.xx.2020-ci il tarixdə mərhələli şəkildə ofisə qayıtma başlığı 2020-ci ilin 4 may tarixindən ilk həftələrdə sosial məsafənin saxlanılması üçün mərhələli qayıtma prosesinin həyata keçirilməsinin planlaşdırılması ilə bağlı e-mail ünvanlanmışdır. İş materiallarından görünür ki, İnternal Communications (mailto:internalcommunications@azerconnect.azElektron ünvan ) tərəfindən xx.xx.2020-ci il tarixdə mərhələli şəkildə ofisə qayıtma başlığı altında, 4 may 2020-ci il tarixdə bütün ofislərdə iş rejiminin əvvəlki həftələrdə olduğu kimi davam etdiriləcəyi, həftənin müəyyən günlərində ofisdə, digər günlərində isə evdən çalışma formasının nəzərdə tutulduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, İnternal Communications (mailto:internalcommunications@azerconnect.azElektron ünvan ) tərəfindən xx.xx.2020-ci il tarixdə iş rejimi barədə mail ünvanlanmaqla, iyunun 21-dən iyulun 5-dək vətəndaşların hərəkətinə sms vasitəsilə icazə veriləcəyi, həmin müddət ərzində əməkdaşların evdən iş rejiminə davam edəcəyi bildirilmişdir. İş materiallarından görünür ki, İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq işə qayıtma tarixinin 01 oktyabr 2020-ci il olaraq təyin edildiyi bildirilmişdir. İş materiallarından görünür ki, İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq 2020-ci ilin oktyabr ayının 1-dən etibarən 50% əməkdaşın ofisdən çalışma rejiminə qayıtmasının planlaşdırıldığı, bu mərhələdə müəyyən günlərdə ofisdə, digər günlərdə isə evdə çalışma şəklində olmasının mümkün olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə mail ünvanlanaraq 19 oktyabr 2020-ci il tarixdən etibarən karantin rejimi sərtləşdirildiyindən, npvbəti qərar verilənədək təxminən 30% əməkdaşın ofisdən çalışma rejimində fəaliyyət göstərməsinin planlaşdırıldığı qeyd edilmişdir. İş materiallarından görünür ki, İnternal Communications tərəfindən xx.xx.2020-ci il tarixdə “evdən çalışma haqqında” başlığı ilə mail ünvanlanaraq rəhbərlik tərəfindən növbəti qərar verilənədək, əməkdaşların evdən çalışma rejimində fəaliyyət göstərməsinin planlaşdırıldığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “TƏBİB” X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin işçisi İddiaçı əmək qabiliyyətinin olmaması barədə təqdim etdiyi sənədlərin işçinin səhhətinin həqiqi vəziyyətini əks etdirmədiyi barədə əsaslı şübhələr yarandığı bildirilmiş, işçinin müvafiq xəstəlik vərəqələri əsasında işdən azad olunması faktının araşdırılması və nəticəsi barədə müraciət edənə məlumat verilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan “TƏBİB” X8 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 5 yanvar 2021-ci il tarixli 3 №-li məktubun surətindən görünür ki, sonuncunun müraciətinə cavab olaraq, İddiaçı məxsus əmək qabiliyyətinin olmaması vərəqələrinin araşdırıldığı və həqiqiliyi təsdiqləndiyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən “TƏBİB” X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncuya işçi İddiaçı son altı aydan artıq müddətdir ki, yəni 2020-ci ilin avqust ayından başlayaraq müvafiq tibb müəssisələri tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqələr əsasında uzun müddət işdən azad olunduğu bildirilmiş, yaranmış şübhələrin aradan qaldırılması məqsədilə işçinin növbəti müayinə üçün müraciəti olduqda, həmin tibbi müayinənin şirkətin nümayəndələrinin iştirakı ilə keçirilməsi tələb edilmişdir. İş materiallarında olan “TƏBİB” X8 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 11 mart 2021-ci il tarixli məktubun surətindən görünür ki, müraciətə əsasən, sonuncuya özəl şirkətin əməkdaşlarının tibb müəssisəsində keçirilən müayinədə iştirakı üçün heç bir əsasın olmaması, Dövlət tibb müəssisəsi tərəfindən verilmiş sənədi mübahisələndirilməsi üçün müvafiq məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, işdə başlamaı olduğu tarix 18 iyul 2021-ci ildir. İş materiallarında olan Cavabdeh MMC-nin 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 iyul 2021-ci il tarixindən etibarən xitam verilməsi və Cavabdeh MMCdə tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqq-hesab aparılması və istifadə edilməmiş əsas məzuniyyət günləri üçün 184 manat pul əvəzinin ödənilməsi, hazırki əmrin icrası ilə bağlı işlərin görülməsinin aidiyyəti idarəyə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 16 avqust 2021-ci il tarixli B022-T-21 №-li əmrə əsasən, İddiaçı işdən azad edilməsi barədə 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrin 16 avqust 2021-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 avqust 2021-ci il tarixli B041-T-21 №-li əmrə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə 30 avqust 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, İddiaçı orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı ******* saylı Əmək kitabçasının 10-cu bəndindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli Əmrə əsasən, Cavabdeh MMC-də Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə keçirilmişdir, 11-ci bəndindən görünür ki, 17 iyul 2021-ci il tarixli B018-T-21 №-li əmrə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1140/2 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 iyul 2021-ci il tarixindən etibarən xitam verilmişdir, 12-ci bəndindən görünür ki, xx.xx.2021-ci il tarixdə 11ci bənd etibarsız hesab edilmişdir, 13-cü bəndindən görünür ki, 30 avqust 2021-ci il tarixli B041-T-21 №-li əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “Xalq Bank” xx.xx.2021-ci il tarixli 78 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən son haqq hesab kimi 9706,23 manat ödənilmişdir. İş materiallarında olan “Xalq Bank” xx.xx.2021-ci il tarixli 95 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən son haqq hesab kimi 3507,85 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC-də kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsində işləmişdir və əmək haqqı oktyabr 2020-ci il üzrə xəstəliyə görə 1510,95 manat, faktiki ödənilmiş 1510,95 manat, noyabr 2020-may 2021-ci il tarixi üzrə 0 manat, iyun 2021 tarixi üzrə faktiki iş günləri 14, aylıq əmək haqqı 1245.27, xəstəlik 41.86, icbari sığorta 12.45, işsizlik sığorta haqqı 6.23, DSMF 110.53, iyul 2021 tarixi üzrə iş günləri 0, xəstəlik 251.15, faktiki ödənilmiş 9706.23 manat, avqust 2021 tarixi üzrə faktiki iş günləri 16, aylıq əmək haqqı 1293,79, məzuniyyət üzrə ödəniş və ya kompensasiya 3481.94, işdən çıxma müavinəti 3557.92, icbari tibbi sığorta 47.76, işsizlik sığorta haqqı 23.88, DSMF 449.57, faktiki ödəniliş 3507.85 manat olmuşdur. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən İddiaçı ünvanlanmış 20 dekabr 2022-ci il tarixli 04-2810 №-li məktubun surətindən görünür ki, sonuncunun müraciətinə əsasən, onun sığorta məlumat bazasında Könüllü tibbi sığorta müqavilələri üzrə Sığortalı qismində qeyd olunmadığı, sonuncu dəfə xx.xx.2018-xx.xx.2019-cu il dövrü ərzində Cavabdeh MMC tərəfindən sığorta olunan qismində sığortalandığı bildirilmiş, maraqlandıran digər məlumatları Cavabdeh MMC-yə müraciət edərək əldə edə biləcəyi qeyd edilmişdir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli MŞİH-00306 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməi barədə Arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının iştirakı ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, 12 saylı vəkil bürosuna 200 manat ödənilmişdir. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli Rəydən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixinə qədər ödənilməli olan əmək haqqının məbləği 11858,98 manat təşkil edir. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənilməyən aylar üzrə əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz ödənişin məbləği ümumilikdə 25252,46 manat məbləğində təşkil edir. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona ödənilməli olan son haqq-hesabın cəmi (9689,24 (184 gün məzuniyyət) + 1116,09 (14 gün ə/h) = 10805,33 manat təşkil edir. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B041-T-21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona ödənilməli olan son haqqhesab məbləği 7237,73 manat təşkil edir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə qədər olan məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı 936,87 manat məbləğində təşkil edir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1140, xx.xx.2011-ci il tarixli 1140/1 və xx.xx.2013-cü il tarixli 1140/2 №-li Əmək müqavilələrinə əsasən, İddiaçı müvafiq olaraq "xxxx" MMC-nin Texnoloji departamentində Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinə kommutasiya stansiyalarının idarə olunması və nəzarət üzrə mühəndis vəzifəsinə, Əməliyyat və texniki xidmət şöbəsinin Şəbəkənin idarə edilməsi bölməsinin Əsas əməliyyatlar yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə mühəndis vəzifəsinə, Əsas şəbəkə şöbəsində Əsas şəbəkə bölməsinin Şəbəkənin əsas əməliyyatları yarımbölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə işə təyin edilmişdir, əmək müqaviləsinin 4.2.1ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə hər ay 1325,30 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür, tərəflər arasında bağlanmış 1 №-li, 2 №-li, 3 №-li 5 №-li, 7 № dəyişikliklərə əsasən, əmək haqqı müvafiq olaraq 1445,78 manat, 1619,28 manat, 1700,24 manat, 1768,25 manat, 1778,96 manat müəyyən edilmişdir, 4 №-li Protokola əsasən, işçi 14 noyabr 2014-cü il tarixdən "xxxx" MMC-nin Texnoloji departamentin X3 şöbəsinin Əsas şəbəkə bölməsində kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsinə, 6 №-li Protokola əsasən, xx.xx.2016-cı il tarixdən Cavabdeh MMC-nin İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühədis vəzifəsinə keçirilmişdir, Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 859 №-li Əmrinə əsasən, iddiaçının tutduğu İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis vəzifəsi ləğv edilmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ixtisar olunmuşdur, iddiaçı bu barədə xx.xx.2016-cı il tarixli məktubla məlumatlandırılmışdır, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 186 №-li əmrinə əsasən, İddiaçı öhdəsində İ qrup əlil ailə üzvü olduğundan tutduğu vəzifənin/ştatın ixtisar olunması barədə verilmiş xx.xx.2016-cı il tarixli 859 nömrəli əmr ləğv edilmiş və ona verilən rəsmi xəbərdarlıq etibarsız sayılmışdır, Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli Memorandumuna əsasən, şəbəkə texnologiyaları, informasiya texnologiyaları, hüquq, satınalma, dövlət və tənzimləyici işlər, SƏTƏM bütün müvafiq işçilərin öz törəmə şirkəti olan "xxxx" MMC-yə köçürülməsi təsdiq və tövsiyə edilmiş, iddiaçı "xxxx" MMC-yə köçürülməmiş, Cavabdeh MMC-nin işçisi olaraq qalmışdır, Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli 001-SR-20 №-li Əmrinə əsasən, iddiaçının tutduğu Cəmiyyətin Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə baş mühəndis ştat vahidinin ixtisar edilməsi, onun əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi, cəmiyyətin yeni strukturunun təsdiq edilməsi və xx.xx.2020-ci il tarixindən qüvvəyə minməsi əmr edilmişdir, bu barədə Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq tutduğu ştat vahidinin xx.xx.2020-ci il tarixindən etibarən ixtisara salınacağı və əmək müqaviləsinə 12 avqust 2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi, iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmiş, habelə xx.xx.2020-ci il tarixində mövcud olan boş iş yerləri (4 vəzifə - marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) haqqında məlumat təqdim edilmişdir, iddiaçı bu təkliflərlə razı olmamışdır, "xxxx" MMC tərəfindən (İnternal Communications mailto:internalcommunications@azerconnect.azElektron ünvan ) tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müəssəsidə iş rejimi ilə bağlı e-maillər ünvanlanmışdır, İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək işə çıxmamışdır, cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli B018-T- 21 №-li əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında (işə gəlməmək səbəbi ilə) xx.xx.2021-ci il tarixindən etibarən xitam verilməsi, son haqq-hesab aparılması və istifadə edilməmiş əsas məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur, həmin əmr Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli B022-T-21 №-li əmrlə qüvvədən düşmüş hesab edilmişdir, buna əsas iddiaçının xəstəliklə əlaqədar bülletendə olmasıdır, Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixli B041-T-21 №-li əmrlə iddiaçının əmək müqaviləsinə xx.xx.2021ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh MMC-də tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, İddiaçı orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxma müavinətinin bir dəfəyə ödənilməsi, aidiyyəti idarə tərəfindən qeyd edilmiş işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə son haqq hesab kimi 9706,23 manat, xx.xx.2021-ci il tarixdə 3507,85 manat ödənilmişdir, iddiaçı "xxxx" MMC tərəfindən ünvanlanmış e-maillərə əsasən xx.xx.2020 - xx.xx.2021-ci il tarixlərdə işə çıxmamışdır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, tərəflər arasında mübahisəli hallar, əmək müqaviləsinin ləğv olunmasına dair xx.xx.2020-ci il tarixli bildirişin etibarlı olub-olmaması, xx.xx.2020 - xx.xx.2021-ci il vaxtlarda iddiaçıya əmək haqqı ödənilməməsi və son-haqq-hesabın da buna uyğun olaraq düzgün hesablanıbhesablanması, iddiaçının işə çıxmadığı dövrün işəgötürənin göstərişi əsasında olubolmaması barədədir. Bununla belə, işdən çıxarma barədə xx.xx.2021-ci il tarixli, B041-T- 21 nömrəli əmrin ləğv edilməsinə əsas olan, iddiaçının işə çıxmadığı xx.xx.2020 xx.xx.2021-ci il dövrü üçün üzrlü səbəblər, habelə cavabdeh tərəfindən iddiaçının son haqq-hesabına dair borcun olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iş materialları və cavabdehin etirafı ilə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilərkən xx.xx.2020-ci il tarixli məktubla lazımi qaydada xəbərdarlıq edildiyi, onun iş axtarmasına imkan yaradılması məqsədilə əmək haqqı saxlanılmaqla, 9 həftə ərzində hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, cavabdeh tərəfindən müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun olaraq 4 vəzifə üzrə (marketinq kommunikasiyaları üzrə rəhbər, Bakı üzrə pərakəndə satış və diller kanallarına dəstək üzrə bölmə rəhbəri, satış və xidmətlər üzrə mütəxəssis, pərakəndə satış üzrə mütəxəssis) iş təklif edilməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Məhkəmə, iddiaçının “uzun müddət keçdiyindən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun artıq öz etibarlılığını itirməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliklə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, on ildən çox əmək stajı olan işçinin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli olması nəzərdə tutulmuş, işəgötürən qanunverciliyin bu tələbinə əməl etmiş, işçinin azı 9 həftə əvvəldən xəbərdar etmiş, qanunvericiliklə xərdarlıqdan bu müddət keçdikdən sonra əmək müqaviləsinə həmin gün (9 həftə müddətinin bitdiyi gün) və ya qanunla nəzərdə tutulan üzrlü səbəb halları istisna olmaqla digər müddət (1 ay, 1 il və s.) ərzində xitam verilməli olmasına dair imperativ norma nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən xəbərdarlığı etibarlı hesab etməklə əmək müqaviləsinə xitam verməkdə qanun pozuntusuna yol verməmişdir. Məhkəmə, iddiaçının “işəgötürənin ona qarşı qərəzli olması səbəbindən işdən azad edilməsi” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, əvvəla, iddiaçı işəgötürənin ona qarşı qərəzli olduğundan onu işdən azad etdiyini bildirsə də, qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir ki, bu hüquqla da işşəgötürənin qanunvericiliyin tələbləri gözləməklə ştat vahidinin ixtisar olunması əsası ilə işçinin əmək müqaviləsinə xitam verməsi işəgötürənin işçiyə qarşı qərəzli olması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, işçinin “xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək rəhbərliyin göstərişinə əsasən işə çıxmaması və bu müddət ərzində əmək haqqının ödənilməməsi” barədə dəlillərinə münasibət isə qeyd edir ki, işçi qeyd olunan tarixlərdə işə çıxmamasının əsası kimi “rəhbərliyin göndərdiyi e-mailləri” göstərsə də, iş materiallarından iddiaçının qeyd edilən müddətdə işə çıxmamasının işəgötürən Cavabdeh MMC-nin göstərişi əsasında olması müəyyən olunmur. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, işəgötürən Cavabdeh MMC olmasına baxmayaraq, işçi onun törəmə şirkəti olan "xxxx" MMC-nin göstərişlərini (e-maillər) rəhbər tutmaqla, qeyd edilən dövrdə işə çıxmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, işçi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işəgötürən Cavabdeh MMC-nin hər hansı bir göstərişi, habelə üzrlü səbəb olmadan işə çıxmadığından, həmin dövr üzrə ona əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsindən asılı edilmiş əmək haqqının, habelə buna uyğun son haqq-hesabın hesablanması məsələsi də işəgötürənin mülahizəsindən asılıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.2.1-ci bəndinə əsasən, işəgötürən əsas əmək funksiyasının yerinə yetirilməsinə görə işçiyə əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür) və bu müddət ərzində onun tərəfindən işçiyə əmək haqqının ödənilməməsi qanunvericiliyə və tərəflər arasında bağlanmış əmək müqaviləsinə zidd hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin ə bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcələnin 158-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının və həmin əmək haqqına hesablanmış 1 faizin ödənilməsi, son haqqhesabın ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə hazırki iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan, tərəflərdən dövlət rüsumu alınmamalı, iddiaçının digər məhkəmə xərclərindən azad olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, B041-T-21 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-nin İKT departamentinin X3 şöbəsinə Kommutasiya stansiyasının əsas əməliyyatları üzrə əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün ödənilməli olan, lakin ödənilməmiş 11858,98 manat əmək haqqı məbləğin, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh MMC-dən iddiaçıya xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün ödənilməyən aylıq əmək haqqlarının gecikdirilməsi səbəbindən hər gecikdirilmiş günə görə faiz məbləği olmaqla, ümumilikdə 25289,78 manat tutularaq ona ödənilməsi, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli B018-T-21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 1131 manat məbləğində son haqq-hesabın ona ödənilməsi, xx.xx.2021-ci ildən - xx.xx.2021-ci il tarixinə qədər olan məcburi işburaxma müddəti üçün 948,24 manat əmək haqqının ödənilməsi, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, B041-T- 21 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verərkən düzgün hesablanmayan qalan 3741,55 manat son haqq-hesabın ona ödənilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; hüquqi yardıma görə ödənilmiş 200 manatın və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manatın ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat İddiaçı tutularaq “X2” MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı, Kod: 201218, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, m/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-24/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-24/2023
16.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver