Məhkəmə qərarları › İş №2(011)-2416/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2416/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2416/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələblərinə etiraz etmişdir. Bundan başqa o bildirmişdir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Nizami rayonunun ərazisindədir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, Azemis Eleketron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 ərizəsində cavabdeh təşkilatının ünvanını Xətai rayonunun ərazisində qeyd etmişdir. İddiaçının öz qeydiyyat ünvanı Sabunçu rayonunun ərazisində yerləşir. O, işin Nizami rayon Məhkəməsində baxılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hüquqi şəxsə və onun törəmə müəssisəsinə qarşı yönəldilən iddialar aidiyyəti üzrə hüquqi şəxsin olduğu yer üzrə məhkəməyə verilməlidir. Beləliklə, iş üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə ünvan 6i Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə ünvan 6i Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar