Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2453/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı nümayəndəsi X14, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Telman oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq verilməsi və çıxarışın ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən və cavabdeh tərəfindən zəbt edilmiş mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı mənzil iddiaçıya satılmışdır. Bu barədə iddiaçıya 14 yanvar 2013-cü il tarixli 195 saylı maliyyə arayışı və həmin tarixdə 258 saylı çıxarış da verilmişdir. 2016-cı ildə X11 iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı mənzilin iddiaçıya satılması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona verilməsi barədə qətnamə qəbul ediliməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə N.R.Məhərrəmovun iddiası təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində işə baxılaraq 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnamə ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, göstərilən iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək N.R.Məhərrəmovun iddia tələbi təmin edilməmişdir. N.R.Məhərrəmov tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli 2(102)-9095/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsində işə baxılaraq 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ona satılmış mənzilin boşaldılaraq istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Göstərilən qətnamədən guya hüquqları pozulan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sabir Allahverdi oğlu Fərəcov apellyasiya şikayətləri vermiş, lakin Bakı Apellyasiya Məhkəməsində işə baxılaraq 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən narazı qalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sabir Allahverdi oğlu Fərəcov kassasiya şikayətləri vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(102)- 4639/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın əsaslandırma hissəsində göstərilmişdir ki, Sabir Allahverdi oğlu Fərəcova məxsus mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə həmin binanın 12-ci mərtəbəsində yerləşir. Mübahisə məhkəmə instansiyalarında baxıldığı dövrdə mənzili 13-cü mərtəbədə yerləşən Sabir Allahverdi oğlu Fərəcov İddiaçı məxsus olan 12-ci mərtəbədəki mənzili qanunsuz olaraq zəbt etmiş və sonradan zəbt etdiyi mənzili Cavabdeh satmışdır. Nəticədə iş üzrə icra sənədi icra olunarkən binada sonradan inşa edilmiş mərtəbənin, həmçinin nəqliyyat vasitələrinin dayanacağı kimi nəzərdə tutulan, lakin sonradan qeyri-yaşayış sahəsi hesab edilən zirzəmi hesabına mərtəbələrdə dəyişiklik olduğu səbəbindən onun mənzilinin həmin binanın 11-ci mərtəbəsində yerləşdiyi bildirilərək və analoji mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Lakin sonradan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli 2(102)-1436/2021 saylı qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 11-ci mərtəbəsində yerləşən, iddiaçıya təhvil verilən mənzil X2 məxsusdur və sonuncu həmin mənzilə köçürülərək 2013-cü ildən orada yaşayır. Bu səbəbdən iddiaçı 11-ci mərtəbədə yerləşən və ona təhvil verilən, əslində isə X2 məxsus mənzili boşaltmalı olmuşdur. İddiaçı icra məmurunun hərəkətləri barədə şikayət ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 02 avqust 2022-ci il tarixli 8(011)-681/2022 saylı qərardadı ilə şikayəti təmin edilmiş, Xətai rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, qətnamənin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi Xətai rayon icra şöbəsinin icra məmuruna həvalə edilmişdir. Göstərilən qərardaddan Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru tərəfindən şikayət verilmiş, təkrarən şikayətə baxan Bakı şəhəri Xətai rayon məhkəməsi özünün 02 avqust 2022-ci il tarixli 8(011)-681/2022 saylı qərardadını ləğv etmişdir. Hazırda 11-ci mərtəbədə yerləşən mənzildə X6, 12-ci mərtəbədə yerləşən mənzildə isə cavabdeh yaşayır. İddiaçı isə mənzili ola-ola kirayədə yaşamağa məcbur olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X21 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edib, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən və Cavabdeh tərəfindən zəbt edilmiş mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Telman oğlu iddia tələbini qəbul etməyib, iddia tələbinə qarşı etirazında və çıxışında qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 13-cü mərtəbədə olan 2 otaqdan ibarət, 79 saylı mənzil "xxxx" MMC ilə Fərəcov Sabir Allahverdi oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli 336 saylı Payçı müqaviləsinə əsasən sonuncuya satılmış, mənzilin pay dəyəri tam ödənildikdən sonra xx.xx.2012-ci il tarixli 1/01 saylı maliyyə arayışı verilmişdir. Həmin mənzil Fərəcov Sabir Allahverdi oğlunun mülkiyyətində olmuş və Fərəcov Sabir Allahverdi oğlu ilə Mehman Həsənov arasında Bakı şəhəri 40 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli İlkin müqaviləyə əsasən sonuncuya satılmış, daha sonra həmin mənzilə dair Sabir Fərəcovun adına DƏDRX-dən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmiş, həmçinin DƏDRX tərəfindən həmin mənzilə dair Texniki Pasport tərtib edilmiş, bundan sonra həmin mənzil Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Mehman Həsənovun adına rəsmiləşdirilmiş və sonuncunun adına DƏDRX-dən çıxarış verilmiş, bundan sonra müvafiq müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və hazırda həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən (xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) çıxarış verilmişdir (TexnikiPasportun və DƏDRX-dən çıxarışın surəti əlavə olunur). Beləliklə, cavabdeh həmin mənzilin qanuni mülkiyyətçisidir. Həmin mənzil Mehman Həsənov tərəfindən tam təmir edilmiş və hazırda həmin mənzildə mülkiyyətçi kimi cavabdeh və ailə üzvləri yaşayır. Bina “"xxxx" MMC-yə məxsus olmuş, həmin MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən inşa edilmiş, hazırda çoxmənzilli binanın idarə edilməsi üçün bina sakinləri tərəfindən yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən idarə olunur. Cavabdeh ailəlikcə Xocalı rayonu, Kərkicahan qəsəbəsindən məcburi köçkündür, bir qardaşı birinci qrup əlildir, atası isə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinin əməkdaşları çoxsaylı polis əməkdaşlarının və Təcili tibbi yardım avtomobilin tibb personalı ilə birlikdə qəflətən cavabdehin mülkiyyətində olan həmin mənzilə gələrək, onlara ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarmağa cəhd etmiş, onlara hədə-qorxu gəlmişlər. Həmin vaxt icra məmuruna həmin mənzilin cavabdehin mülkiyyətində olması barədə DƏDRX-dən çıxarış təqdim edildikdən sonra, icra məmuru tərəfləri Xətai rayon İcra şöbəsinə dəvət edilmişdir. Məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən: hakim İlahə Abbasova) 2(011)-6609/2018 nömrəli, 16 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı 79 saylı mənzil boşaldılaraq, İddiaçı verilməsi vəzifəsi borclu "xxxx" MMC-yə həvalə edilməlidir. Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlanılması haqqında qərar və müvafiq bildiriş borcluya, qərar və məlumatın surətləri isə digər tərəflərəgöndərilmişdir (icra məmuru Toğrul Baxşəliyev, xx.xx.2020-ci il tarixdən icra məmuru Vüsal Umarov). Bununla bağlı Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında fəaliyyət göstərən "xxxx" MMMC-yə sorğu verilmişdir. 28 oktyabr 2020-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının FHNnin TTNDA-in X1 Baş İdarəsinin Dövlət baş ekspertizasında Layihə 02 fevral 2007-ci il tarixdə, 7383 №-li Rəy təsdiqlənmişdir. Rəydən görünür ki, bina zirzəmi, kürsülü, 12 mərtəbə+ texniki mərtəbədən ibarət olmalıdır. "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A ünvanında inşa olunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasında olan əmlaklarını "xxxx" MMC ilə aralarında 16 noyabr 2005-ci il tarixli, Birgə təsərrüfat fəaliyyəti haqqında təsdiqlənmiş müqaviləyə əsasən 1-ci blok, 13cü mərtəbə, 75,46 kv.m. sahəsi olan mənzil kimi Fərəcov Sabir Allahverdi oğlu ilə 02 aprel 2011-ci il tarixdə, 336 №-li payçı müqaviləsi bağlamış və 06 yanvar 2012-ci il tarixli, 1/01№-li Maliyə Arayışında təsdiqləyib təqdim etmişdir. "xxxx" MMC-nin rəhbərləri 12+texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır. Hal-hazırda Fərəcov Sabir Allahverdi oğluna 1-ci blok, 12+ texniki mərtəbədə ayrılan 75,46 kv.m-lik sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 №-ilə qeyd olunmuşdur. Tərəflər arasında çoxsaylı məhkəmə qərarları mövcuddur. Belə ki, işin mübahisəsiz halıdır ki, qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Fərəcov Sabir Allahverdi oğlunun mülki iddiası təmin olunmuş və həmin hökmlə Sabir Fərəcovun mülkiyyətinə Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan mənzil verilmişdir. Bu hal hazırkı şikayətə əlavə edilən və qanuni qüvvədə olan Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən: məruzəçi hakim Qail Məmmədov) 1(103)-285/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarındakı anlaşılmazlığın həll edilməsi barədə xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir (qərarın nəticə hissəsində qeyd edilib). Bundan başqa, qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91 saylı, xx.xx.2014-cü il tarixli hökmü və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli 2(011)- 4702/2016 saylı qətnaməsi məhz Xətai rayon İcra şöbəsi tərəfindən icra olunaraq Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil Sabir Fərəcova verilmişdir. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin (sədrlik edən hakim Şəhriyar Əliyev) 2(011)-5260/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil xx.xx.2011-ci il tarixli, 336 saylı müqavilə əsasında Fərəcov Sabir Allahverdi oğluna satılmış, həmin mənzilin Fərəcov Sabir Allahverdi oğluna verilməsi vəzifəsinin "xxxx" MMC-nin işini davam etdirən “AENT-E MMC-yə həvalə olunması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə qərara alınmış, həmin binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı, 79 saylı mənzil isə İddiaçı satılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qeyd edilən mənzilin boşaldılaraq İddiaçı verilməsi vəzifəsinin "xxxx" MMCyə həvalə edilməsi qət edilmişdir, iddiaçıya məxsus mənzil binanın 13-cü mərtəbəsində, üçüncü şəxs İddiaçı məxsus mübahisələndirilən mənzil isə binanın 12-ci mərtəbəsində olmaqla fərqlənirlər və eyni deyil. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən: hakim Sənan Hacıyev, məruzəçi hakim Elşad Şamayev,) 2(102)- 4639/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5260/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokunda Fərəcov Sabir Allahverdi oğluna məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil”. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən: məruzəçi hakim Şeyda Məhərrəmova) 2(103)-3340/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsində isə göstərilmişdir ki, “bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, Fərəcov Sabir Allahverdi oğluna (hazırda X9) məxsus və İddiaçı məxsus mənzillər fərqli mənzillərdir və fərqli mərtəbələrdə yerləşir. Xüsusilə nəzərə alınmalıdır ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Bundan başqa, həmin icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin müvafiq sorğusuna "xxxx" MMMC-nin 15/2020 saylı, xx.xx.2020-ci il tarixli məktubunun (arayışının) surətindən görünür ki: "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşaolunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasında olan əmlaklarını "xxxx" MMC ilə aralarında xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında təsdiqlənmiş müqaviləyə əsasən 1- ci blok, 13-cü mərtəbə, 75,46 kv.m sahəsi olan mənzil kimi Fərəcov Sabir Allahverdi oğlu ilə xx.xx.2011- ci il tarixdə 336 saylı payçı müqaviləsi bağlanmış və xx.xx.2012-ci il tarixli 1/01 saylı Maliyyə arayışı təsdiqlənib təqdim edilmişdir. "xxxx" MMC 12 + texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır.Halhazırda Fərəcov Sabir Allahverdi oğluna 1-ci blok, 12 + texniki mərtəbə 13-cü mərtəbə kimi ayrılan 75,46 kv.m sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 nömrə ilə qeyd edilmişdir”. Onu da bildiririk ki, Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx-2838/16 saylı məktubu (sorğusu) əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Ağentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu qarşısında rəy verilməsi üçün suallar qoyulmuş və həmin orqan tərəfindən xx.xx.2016-cı il tarixli rəy verilmişdir. Həmin rəydə ekspertlər qarşısında rəy verilməsi üçün qoyulmuş suallar və cavablar belədir: “1-ci sual - Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunmuş binanın 1-ci mərtəbəsihansı mərtəbədədir? Cavab - binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir. Belə ki, binanın mərtəbələriniaşağıdan yuxarıya doğru sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmişdir. 2-ci sual - Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunmuş binanın zirzəmisi 1-cimərtəbə sayıla bilərmi? Cavab - binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə sayıla bilməz”. Həmin rəylə müəyyən olunmuş (dəqiqləşdirilmiş) 1-ci mərtəbədən hesablandıqda da (aşağıdan yuxarıya doğru sayanda da), hazırda cavabdeh - Cavabdeh mülkiyyətində olan mənzilin 13-cü mərtəbədə yerləşdiyi müəyyən edilir. Həmçinin Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 8(011)- 320/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzildir. Fərəcov Sabir Allahverdi oğlu tərəfindən Cavabdeh satılmış və sonuncunun qanuni mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzillə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzil eynilik təşkil etmir. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki: “Məhkəmə hesab edir ki, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 1-ci blokunda 13-cü mərtəbədə yerləşən 79 saylı mənzil əvvəllər Fərəcov Sabir Allahverdi oğluna məxsus olduğundan və hazırda Cavabdeh qanuni mülkiyyətində olduğundan, həmin mənzilin 13-cü mərtəbədə, İddiaçı məxsus mənzilin isə binanın 12-ci mərtəbəsində yerləşdiyi iş materiallarında olan sübutlarla və qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edildiyindən, həmin mənzillər eyni mənzil olmadığı müəyyən edilir”. Beləliklə, göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 13-cü mərtəbədə olan2 otaqdan ibarət 79 saylı mənzil Sabir Fərəcova məxsus olmuş, həmçinin binanın 1-ci blokunda Sabir Fərəcova məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil, eyni zamanda həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə Sabir Fərəcova, həmin şəxs tərəfindən 2018-ci ildə Mehman Həsənova satılmış, hazırda isə cavabdeh - Cavabdeh mülkiyyətindədir. Qeyd olunan icra sənədinin təmin olunması məqsədilə Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tələbkarın mənzilə köçürülməsi təyin edilmiş, həmin tarixdə sözügedən ünvanı müəyyən etmək üçün Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanına baxış keçirilmiş, baxış keçirilərkən binanın layihəsinə əsasən zirzəmi, kürsülü mərtəbədən sonra yaşayışın 12-ci mərtəbəsinə baxış keçirilərkən həmin mərtəbədə mənzillərin nömrələri 71dən başlayaraq 77-də bitdiyi, sözügedən 79saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin layihəsinə əsasən yaşayışın 13-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuş, həmçinin sözügedən yaşayış binasına baxış keçirilərkən müxtəlif mərtəbələrdə sakinlərin mənzillərə dair müqavilələrinə baxış keçirilmiş, sözügedən 79 saylı mənzilin yerləşdiyi mərtəbədə liftlə üzbəüz olan 82 saylı X5 məxsus mənzil barədə Məhkəmə Ekspertiza Mərkəzinin rəyində və Ali Məhkəmənin qərarından həmin mənzilin 13–cü mərtəbədə yerləşməsi qeyd edilmişdir. Növbəti mənzildən çıxarılma təyinatı xx.xx.2022-ci il tarixə təyin olunmuş və həmin tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m olan iki otaqlı mənzil İddiaçı təhvil verilmiş və bu barədə akt tərtib olunaraq icra işi materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X21 ərizə ilə Xətai rayon icra şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ərizə ilə müraciət edərək icra sənədinin tam şəkildə icra edildiyini və bununla bağlı əməyi keşənlərə təşəkkür etdiyini bildirmiş, hər hansı bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində “İcra haqqında” AR qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Bakı Şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmiş və qərar məlumat üçün xx.xx.2022-ci il tarixli məktubla tərəflərə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə əvvəlki akta qeyd edilmiş Hüseynova Zəminəyə məxsus əmlaklar sözü gedən mənzildən çıxarılaraq onun yaxın qohumu, yəni bacısı X3 tam təhvil verilmişdir. Sonradan Xətai Rayon Məhkəməsinin 8(011)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 11-ci mərtəbəsində X4 məxsus 72 saylı mənzilin tələbkar İddiaçı təhvil verilməsi ilə bağlı Xətai Rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi Xətai Rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilmişdir. Həmin qərardaddan Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən şikayət verilmiş, Xətai Rayon Məhkəməsinin 8(011)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmuru tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 8(011)- 681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilənlərlə yanaşı o da nəzərə almalıdır ki: - mübahisəli mənzilin yerləşdiyi Bakı şəhəri, Gəncə prospekti, 2935 A məhəllədə "xxxx" MMC-yə məxsus olan yüksəkmərtəbəli çoxmənzilli ofis və yaşayış binası "xxxx" MMC-yə məxsus olmuş və "xxxx" MMC-yə məxsus olan həmin binadakı əmlakların "xxxx" MMC-nin alqı-satqı etməsi üçün səlahiyyətlərini təsdiq edən sənəd yoxdur; mübahisəli mənzilə dair Sabir Fərəcova ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 336 saylı müqavilə, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqavilədən 2 il əvvəl bağlanmışdır; -İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixli 47 saylı müqavilə bağlandığı, yəni xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-nin buna səlahiyyəti olmamışdır, belə ki, həmin tarixdə bina "xxxx" MMC tərəfindən inşa və idarə olunurdu; - həmin bina "xxxx" MMC tərəfindən 26 may 2013-cü il tarixdən idarə olunmağa başlanmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləni "xxxx" MMC tərəfindən imzalamış X10 buna səlahiyyəti olmamışdır, yəni o, heç vaxt "xxxx" MMC-nin qanuni təmsilçisi olmamışdır, həmin vaxt "xxxx" MMC-nin qanuni təmsilçisi X15 olmuşdur. Odur ki, iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nümayəndəsi X24 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov izahatında bildirdi ki, məhkəmə qərarına əsasən İddiaçı Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokun 12-ci mərtəbəsinə köçürülmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nümayəndəsi və Xətai Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" şirkətinin 14 yanvar 2013-cü il tarixli 258 saylı daxili mülkiyyət haqqında çıxarışından görünür ki, Gəncə prospekti, 2935 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada İddiaçıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru icraçı X17 ilə “payçı” İddiaçı arasında 14 yanvar 2013-cü il tarixdə bağlanmış 47 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, icraçı Bakı şəhəri, Gəncə prospekti, 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan izolə olunmuş 2-otaqdan ibarət mənzili pay kimi “payçı”ya verməyi, “payçı” müqavilədə göstərilmiş müqavilə üzrə ümumi sahənin dəyəri hər kvadrat metrni 550 manat olmaqla 41503 (qırx bir min beş yüz üç) manat məbləği tamamilə icraçıya ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. 14 yanvar 2013-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 47 saylı müqavilənin, 195 saylı maliyyə arayışının və 258 saylı daxili çıxarışın əslini almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 yanvar 2013-cü il tarixli 195 saylı maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı mənzilin müqavilə üzrə dəyəri tam ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli 2(102)-1436/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(103)-5718/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 8(011)-320/2022 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ciil tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzildir. Fərəcov Sabir Allahverdi oğlu tərəfindən Cavabdeh satılmış və sonuncunun qanuni mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzillə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzil eynilik təşkil etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli 2(102)-9095/17 saylı qərarının surətindən görünür ki, iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası təmin edilərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı 79 saylı mənzilin boşaldılaraq İddiaçı verilməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 8(011)-681/2022 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon icra şöbəsinin icra məmurlarının hərəkətindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, qətnamənin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi Xətai rayon icra şöbəsinin icra məmuruna həvalə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 8(011)-681/2022 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadından Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş şikayət təmin edilmiş, qərardad ləğv edilərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon icra şöbəsinin icra məmurlarının hərəkətindən İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin və Fərəcov Sabir Allahverdi oğlunun apellyasiya şikayətləri təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsi "xxxx" MMC-yə və Fərəcov Sabir Allahverdi oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(102)-2245/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı iş üzrə qətnaməsindən Fərəcov Sabir Allahverdi oğlunun nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadı ləğv edilərək, 2(102)-2245/2020 saylı mülki iş kassasiya baxışından çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli 2(103)- 3340/2021 saylı qətnaməsinin surətindən görünür ki, maraqlarına toxunan şəxs X8 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(102)-4639/2020 saylı qərarının surətindən görünür ki, üçüncü şəxslər Fərəcov Sabir Allahverdi oğlu və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 8(011)-680/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli 8(011)-598/2022 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizlik) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə, mənzil 79 üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 dekabr 2021-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən 79 saylı mənzilin sahibi Fərəcov Sabir Allahverdi oğludur. Mənzil haqqında məlumatda otaqların sayı 2, yerləşdiyi mərtəbə 13, ümumi sahəsi 67.9 kv.m., yaşayış sahəsinin isə 35.8 kv.m. olduğu qeyd olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(011)-5260/2019 saylı qətnaməsinin surətindən görünür ki, Fərəcov Sabir Allahverdi oğlunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. "xxxx" MMC-nin sədri A.Qocayev tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 28 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Ələsgəroğlu "xxxx" MMCnin rəhbərləri 12+ texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır. Hal-hazırda Fərəcov Sabir Allahverdi oğluna 1-ci blok, 12+ texniki mərtəbədə ayrılan 75,46 kv.m-lik sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 nömrə ilə qeyd olunmuşdur. "xxxx" MMC-nin əmlakına AENT-E MMC tərəfindən bağlanmış payçı müqavilələri qanunsuzdur ona görə ki, heç bir səlahiyyətini təsdiq edən rəsmi sənəd bu günə qədər mövcud deyildir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Xətai Rayon İcra Şöbəsi və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən səxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 1-ci blokunda 13-cü mərtəbədə yerləşən 79 saylı mənzil əvvəllər Fərəcov Sabir Allahverdi oğluna məxsus olduğundan və hazırda Cavabdeh qanuni mülkiyyətində olduğundan, həmin mənzilin 13-cü mərtəbədə, İddiaçı məxsus mənzilin isə binanın 12-ci mərtəbəsində yerləşdiyi iş materiallarında olan sübutlarla və qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edildiyindən, həmin mənzillər eyni mənzil deyil. Beləliklə, göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən yaşayış evinin 1ci blok, 13-cü mərtəbədə olan2 otaqdan ibarət 79 saylı mənzil Sabir Fərəcova məxsus olmuş, həmçinin binanın 1-ci blokunda Sabir Fərəcova məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil, eyni zamanda həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə Sabir Fərəcova, həmin şəxs tərəfindən 2018-ci ildə Mehman Həsənova satılmış, hazırda Cavabdeh qanuni mülkiyyətindədir. Bunu təsdiq edən xx.xx.2021-ci il tarixli Çıxarışda mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki 2(102)-4639/2020 saylı, xx.xx.2020ci il tarixli qərarında göstərilmişdir ki, tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5260/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokunda Fərəcov Sabir Allahverdi oğluna məxsus mənzil binanın 13-cü mərtəbəsində,İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil”. Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında Qərarından görünür ki, Tələbkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəh., Xətai ray., Gəncə pr. 2935A ünvanında yerləşən binanın 1-ci girişinin, 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m. olan 2 otaqlı 79 saylı mənzil İddiaçı təhvil verilmişdir. Bununla bağlı İddiaçı nümayəndəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Xətai Rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə təşəkkür ərizəsi ünvanlanmışdır. Məhkəmə həmçinin iddianın “mənzildən çıxarılma” tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, “çıxarışın ləğv edilməsi”nə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən və cavabdeh tərəfindən zəbt edilmiş mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2453/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2453/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver