Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2471/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikası, Xətai rayonu, Vunq Tau küçəsi, 11 “a” saylı evin 86-cı mənzilində 1990-cı ildən daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1976-cı il oktyabrın 17-də Gürcüstan SSR Bolnisi rayonunun Bolnisi şəhərində anadan olmuş, həmin respublikanın Bolnisi rayonu İcraiyyə Komitəsinin VVAQ şöbəsində bu barədə doğum haqqında akt qeydləri kitabında 1976-cı il 25 oktyabr tarixli 316 nömrəli qeydiyyat aparılmışdır. Ərizəçi 1990-cı ilin yay aylarına kimi Gürcüstan SSR Bolnisi rayonunda yaşamış, 1990-cı ilin yayında Azərbaycana köçmüş və 1990-cı il sentyabrın 04-də Bakı şəhəri, Xətai rayonu, Vung Tau küçəsi 11 “a” saylı evin 86-cı mənzilinə qeydiyyata alınmış və həmin vaxtdan ailə üzvləri ilə birlikdə yaşamağa başlamış və hazırda da həmin ünvanda yaşayır. Bu hal qonşulara da məlumdur və bu onların tərtib etdikləri aktla öz təsdiqini tapır. Ərizəçi 1992-ci ildə Bakı şəhəri 82 nömrəli texniki peşə məktəbinə daxil olmuş, 1995-ci ildə orta təhsili başa vurmuş və tikişçi peşəsi üzrə tam kursu bitirmişdir. Yaşayış yeri üzrə şəxsiyyət vəsiqəsinin alınması üçün 2023-cü il mayın 17-də Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, 27 may 2023-cü il tarixli 3-13-55/2-M-19634/11 nömrəli məktubla ilk öncə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə mənsubiyyətin tanınması və təsdiqlənməsi üçün müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə etdiyi müraciətə 07 sentyabr 2023-cü il tarixli 18/2-M-64222 nömrəli məktubla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunduğu halda şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Məsələ ilə bağlı 2023-cü il avqustun 22-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə müraciət etmiş, sonuncu 29 avqust 2023-cü il tarixli 3-37/2-M-7533-26-1-08-22605/2023 nömrəli məktubla 1990-cı ildən hazırkı dövrə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edildikdən sonra vətəndaşlığa qəbul məsələsi barədə yenidən müracit etməyi tövsiyə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı ərizəçi və onun vəkili Vəkil ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək verilmiş sorğuya cavabla ərizəçinin ölkə sərhədlərinin giriş-çıxışı qeydə alınmaması nəzərə alınmaqla, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, əvvəlki məhkəmə iclasında verdiyi ifadə və şəxsin ərizəsinə münasibətinin nəzərə alınmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi xx xxxxxxx 1976-cı ildə Gürcüstan SSR, Bolnisi rayonu, Bolnisi şəhərində doğulmuşdur. İş materiallarında olan Gürcüstan Səfirliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx xxxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx xxxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi 1995-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. xx xxxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi 01 yanvar 2002-ci il tarixdən 11 mart 2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Xətai rayon MKTB 6 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 11 a saylı evin 86-cı mənzilində 04 sentyabr 1990-cı il tarixdən orada yaşamaqla pasport qeydiyyatındadır. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli aktdan görünür ki, ərizəçinin yaşadığı ünvanda qonşuları akt tərtib etmiş, onun 1990-cı ildən Azərbaycan Respublikası, Xətai rayonu, Vunq Tau küçəsi, 11 “a” saylı evin 86-cı mənzilində yaşadığını təsdiq etmişlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.10-1-ci maddəsinə görə, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarı: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlar əsasında məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxxx 1976-cı ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Onun Gürcüstan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Beləliklə, tərəflərin izahatı və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı tam sübuta yetirilir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2471/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2471/2024
19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver