Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2490/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İlqar qızının Cavabdeh qarşı – “yaşayış sahəsindən istifadə hüququnun tanınması,mənzilə köçürülmə, razılaşmanın tanınması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı İlqar qızının Cavabdeh qarşı – cavabdeh- X12 məxsus: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küşəsi, ev 8, mənzil 35, iddiaçı- İddiaçı İlqar qızının və üç yetkinlik yaşına çatmamış övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X6 istifadə hüquqlarının tanınması, hər dördünün həmin mənzilə köçürülmələri və cavabdeh X14 ilə X15 ilə istifadə hüququnun barədə razılaşmanın əldə edilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023 tarixli 2(011)-493/2023 nömrəli mülki iş üzrə iddiaçı X10 cavabdehlər İddiaçı İlqar qızma və üç yetkinlik yaşına çatmamış övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X7 qarşı ünvanı ünvan 1ilmiş hesab olunması barədə iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh iddiaçının keçmiş əri iş üzrə maraqlı şəxs X3 bacısıdır.Maraqlı şəxs X11 ilə 2007-ci il ildə ailə nikahı qeydə alınmışdır. Həmin nikah Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021 tarixli qətnaməsilə pozulmuşdur. Nikahdan olan üç yetkinlik yaşına çatmamış övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X13 iddiaçının yanında qalması və ataları X1 uşaqların saxlanılması üçün alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. 2007-ci ildə toydan sonra, iddiaçı hazırda mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küşəsi, ev 8, mənzil 35 köçürülmüşdür. Mənzil Məhsətinin adına olsada faktiki olaraq ataları İmran tərəfindən oğlu Xosrov üçün alınmışıdr. Ərinin atası İmran və iki oğlu Xosrov və Heydər polis işçiləri olduqlarından öz adlarına daşınan və daşınmaz əmlaklarını rəsmiləşdirməmişdirlər. Bu ailənin aşağıda qeyd olunan ünvanlarda yaşayış və qeyri yaşayış olaraq daşınmaz əmlakları vardır:Bakı şəh., Xətai rayonu, Ukrayna dairəsi, 259-cu blok,10-cu mərtəbə, 27 və 27 saylı iki yeni tikilmiş mənzillər; “Richam” adı altında fəaliyyət qöstərən obyekt; “Kontakt Home” adı altında fəaliyyət göstərən obyekt; ünvan 3 ünvanda yerləşən mənzil; Şərur rayon Dəmirçi kəndində yerləşən mühtəlif ünvanlarda yerləşən 2 fərdi ev; Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzil; Bakı şəh., Binəqədi rayon keçmiş K.Marks küçəsində yerləşən mənzil; Bakı şəh., Xətai r-n, Polad Həşimov küçəsində mənzil; Abşeron rayon Masazır qəsəbəsi, daş karxanası kimi iddiaçıya məlum olan bütün bu əmlaklar Həsənov İmranın göstərişi ilə müxtəlif insanların - keçmiş qaynanası, keçmiş baldızı və sair insanların adına rəsmiləşdirilmişdir. Mübahisəli mənzil: 2007-ci ildə toy keçirilmişdir və həmin tarixdən iddiaçı mübahisəli mənzilə (gəlin kimi) mülkiyyətçinin ailə üzvü kimi köçürülmüş və birgə təssərüfat aparmaqla yaşayırdı. Birgə nikahdan üç uşaq xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X13 dünyaya qəlmişdir. Cavabdeh və qohumları elçiliyə gələrkən vəd etmişdirlər ki, Xosrov ilə iddiaçı nikah bağladıqdan sonra, ona məxsus hazırda mübahisəli mənzilə cehizlə köçüb və onun ailə üzvü kimi daimi onun mənzilində yaşasın. İddiaçı mübahisəli mənzilə köçmüş X11 isə qanunla nəzərdə tutulan formada iddiaçını və birgə nikahdan olan uşaqlarını qeydiyyata salmışdır. Uşaqlar doğulmuş və mübahisəli mənzil darısqallıq etməsi səbəbindən iddiaçı keçmiş əri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Ukrayna dairəsində keçmiş qaynanasının adına olmuş mənzildə yaşamış, sonra ünvan 6 ünvanda yerləşən fərdi evdə 3 övladı ilə və X11 yaşamışdır. Hazırda yuxarıda göstərilən yaşayış sahələri kirayə verilir. Həmçinin mübahisəli mənzil kirayə verilir. Əvvələr kirayə pulunu iddiaçı almış, hazırda isə İmran alır. Hazırda cavabdeh iddiaçını və uşaqlarını mənzilə daxil olmaqa qoymur. İddiaçı həmçinin qeyd edir ki, başqa yaşayış yeri yoxdur. Tərəflərin izahatları İddiaçı İlqar qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə teleqram ilə müraciət edərək səhhətində yaranmış narahatçılığa görə məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-493/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X2, X4 və X6 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küşəsi, ev 8, 35 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə iddia tələbi rədd edilmiş, bu qətnamə cavabdehlər İddiaçı, X2, X4 və X6 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küşəsi, ev 8, 35 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Həmin qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, 35 saylı mənzili 13 dekabr 2003-cü il tarixdən iddiaçı Cavabdeh tam mülkiyyətindədir. Cavabdeh İddiaçı 2007-ci ildən iddiaçının qardaşının arvadı olmuş, 2021-ci ildə onların arasındakı nikah pozulmuşdur. İş materiallarında olan sənədlərə əsasən, cavabdeh İddiaçı və onun övladları mübahisəli mənzildə yaşamır. Lakin onlar hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx.xx.2008-ci tarixli qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılğı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Digər tərəfdən qeyd edilən Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. 19.3-cü maddəsinə görə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, işin həqiqi halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı İlqar qızı cavabdehin qardaşı X11 ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 3 övladları doğulmuş, nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Nikahda olduqları müddətdə iddiaçı müvəqqəti olaraq cavabdehə məxsus mənzildə yaşamışdır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-493/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh- cavabdehlər İddiaçı, X5, X4 və X6 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, 35 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə iddia tələbi rədd edilmiş, həmin qətnamə cavabdehlər İddiaçı, X5, X4 və X6 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, 35 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdehin qardaşı X11 arasında yaranan ailə hüquq münasibətləri 2007-ci ildə yarandığından və həmin tarixdə mübahisəsi olunan mənzildə yaşamağa başladığından mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. İddiaçı cavabdehin qardaşının keçmiş arvadı olmaqla, cavabdehin ailə üzvü deyildir. Həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından iddiaçının mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, 29 avqust 2008-ci il təvəllüdlü X8, 07 dekabr 2009-cu il təvəllüdlü X9 və 20 yanvar 2012-ci il təvəllüdlü X13 həmin dövrdə iddiaçının yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideyni mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehə münasibətdə ailə üzvü olmadığından, iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı İlqar qızının Cavabdeh qarşı – X12 məxsus: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küşəsi,ev 8, mənzil 35 ünvanına İddiaçı İlqar qızının və üç yetkinlik yaşına çatmamış övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X6 istifadə hüquqlarının tanınması, hər birinin həmin mənzilə köçürülmələri və cavabdeh X10 X15 ilə istifadə hüququ barədə razılaşmanın əldə edilmiş hesab olunması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2490/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2490/2023
12.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver