Məhkəmə qərarları › İş №2(011)-2498/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2498/2025

07.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2498/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m2 olan daşınmaz əmlakdan Cavabdeh və üçüncü şəxslər çıxarılmaqla əmlakın boşaldılması və İddiaçı2, İddiaçı1 və İddiaçı3 təhvil verilməsi barədə və hər bir iddia üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manatın cavabdehdən tutularaq hər bir iddiaçıya 400 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m2 olan daşınmaz əmlakın 1/4 hissəsinin alqı-satqısına dair X3 ilə xx.xx.2024-cü il tarixli AN - İ seriya və ******* nömrəli, İddiaçı2 ilə xx.xx.2024-cü il tarixli AN -1 seriya və ******* nömrəli, İddiaçı1 ilə xx.xx.2024-cü il tarixli AN -1 seriya və ******* nömrəli və İddiaçı3 ilə xx.xx.2024-cü il tarixli AN - İ seriya və ******* nömrəli müqavilələr bağlamışdır. Müqavilələr əsasında İddiaçı3, X3, İddiaçı2 və İddiaçı1 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət edərək hər birinə fərdi yaşayış evinin 1/4 hissəsinə mülkiyyət hüququnu təsdiq edən **********, **********, **********, ********** qeydiyyat nömrəli və **********60-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış əldə etmişlər. Lakin Cavabdeh fərdi yaşayış evini boşaldaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və e-2(011)-8789/2024 nömrəli mülki iş üzrə iddiaçı X2 təhvil verməmişdir. Bildirmişlər ki, fərdi yaşayış evinin boşaldılaraq iddiaçılara təhvil verilməsi haqqında qətnamə qəbul edilməlidir. İddia ərizələri əsasında e-2(011)-8789/2024 saylı və 2(011)-2498/2025 saylı mülki işlərin icraatı başlanılmışdır. İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə vəsatətlə müraciət edərək, e-2(011)- 8789/2024 nömrəli mülki işin icraatda olan 2(011)-2498/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan həmin mülki işlər birləşdirilməlidir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. AR Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, mülki işlər üzrə tərəflər və iddia predmetləri eynidir, həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(011)-2498/2025 saylı mülki iş X1 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair e- 2(011)-8789/2024 saylı mülki işə birləşdirilsin. 2(011)-2498/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar