Məhkəmə qərarları › İş №2(011)-2519/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2519/2024

05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2519/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Bakı ASAN Xİdmət X6 maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi mərhum həyat yoldaşı X3 xx.xx.1963-cü il tarixində Vedi rayonunda anadan olduğuna dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizə Ərizəçi mərhum X3 həyat yoldaşı olmuşdur. X14 xx.xx.1963-cü il tarixində Ermənistan rayonu, Vedi rayonu, Şidli kəndində doğulmuşdur. O, Bakı şəhərində yaşamış, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orada qalmış və itirilmişdir. Hazırda Ərizəçi vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Bunun üçün ondan mərhumum doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Əirzəçi mərhumun doğum haqqında şəhadətnaməsini əldə etmək üçün 1 saylı “ASAN Xidmət” X2 müraciət etmiş, lakin məhrum həyat yoldaşı Almədətov Almədətin doğum akt qeydinin aşkar edilmədiyinə görə sənədin təqdim etməkdən imtina edilmişdir. Bu səbəblə də mərhumun doğum akt qeydinin aparıldığına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 1 saylı Bakı ASAN Xİdmət X9 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, X8 xx.xx.1963-cü il tarixində Vedi rayonunda anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 380523 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan V-ЖГ seriyalı 402408 nömrəli “Nikahın bağlanılması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə Əmirova (Almədətova) Alidə Ağasəlim qızının nikahları xx.xx.1990-ci il tarixində bağlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2024-cü il tarixli 3-16- 5/8-50/24 nömrəli məktubdan görünür ki, Ərizəçi əri X3 doğum haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum qardaşının yoldaşı idi. Qardaşı xx.xx.1963-cü il tarixində Ararat rayonun Şidli kəndində anadan olmuşdur. Anası 1940-cı il təvəllüdlü, azərbaycanlı X5, atası isə 1932-ci il təvəllüdlü azərbaycanlı X13 olmuşdur. O, qardaşının doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itdiyindən məlumatı yoxdur. Lakin özünün də doğum haqqında şəhadətnaməsi Ermənistandan köçən zaman itirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun mərhum qardaşının arvadıdır. X7, onun doğma qardaşıdır. X1 xx.xx.1963-cüi il tarixində Ermənistanın Vedi rayonunda anadan olmuşdur. Onun atası X13, anası isə X5 olmuşdur. Atası da, anası da milliyətcə azərbaycanlı olmuşdurlar. Qardaşının doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itdiyindən məlumatı yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarından da görünür ki, ərizəçi mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, faktın müəyyən edilməsi isə ərizəçinin vərəsəlik hüququnun həyata keçirilməsi baxımından hüquqi əhəmiyyətli olduğundan, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Digər tərəfdən mərhum X3 doğumunun qeydə alınmasına dair faktın müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1963-cü il tarixində Ermənistanın Vedi rayonunda doğulduğu, atasının milliyyəti azərbaycanlı olan X13, anasının isə milliyyəti azərbaycanlı olan X5 olduğu şahidlərin ifadələri və işin digər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 xx.xx.1963-cü il tarixində Ermənistanın Vedi rayonunda doğulmasının qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında –X13, milliyyəti azərbaycanlı, ana qrafasında – X5, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar