Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-254/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, 87 saylı mənzilin təmirinə xərclənmiş 38.000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə qızı X1 Rəşad Məmmədhüseyn oğlu ilə nişanlanmışdır. Yaşamağa şərait olmadığından 2 il nişanlı qalmışlar. X4 bildirmişdir ki, pul yığıb ev alsın, amma 3 otağın təmiri onun tərəfindən edilsin, çünki ev alarsa təmir etdirməyə imkanı olmayacaq. Razılaşmışlar və sahəsi 147 kv.metr olan 3 otaq, dəhliz, mətbəxt, eyvan, 2 hamam-sanuzel onun tərəfindən təmir edilmiş və təmirə 38.000 manat pul sərf edilmiş, ustalara pulu o vermiş, materialları o almışdır. Artıq bu gün cavabdeh qızı ilə boşanmaq qərarına gəlmiş və onu evdən azyaşlı 2 uşağı ilə çıxarmağa çalışır. Hazırda nikahın ləğvi ilə bağlı iş Bakı şəhəri, Xətai rayon məhkəməsinin icraatındadır. Cavabdeh bildirir ki, ev onundur və qızı uşaqlarla birlikdə evi tərk etməlidir. Belə olan vəziyyətdə o da, təmirlə bağlı sərf etdiyi 38000 manatın Cavabdeh alınıb ona verilməsini tələb etməlidir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi iddia tamamı ilə əsassızdır. Mənzilin təmiri üçün çəkilmiş xərc Cavabdeh tərəfindən ödənilmişdir. Mənzilin təmir edilməsi ilə əlaqədar olaraq Cavabdeh İddiaçı hər-hansı bir borcu yoxdur. Əgər Məhkəmə iddianı əsaslı sayarsa onda iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddianın hüquqi əsası barədə hər-hansı bir hüquqi əsas göstərilməmişdir, iddiaçının isə iddiası 2009-cu il tarixə təsadüf etdiyindən 12 il müddət keçmişdir. Ona görə də, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, tərəflər arasında mənzilin təmiri ilə bağlı heç bir razılaşma olmamışdır. iddiaçı təmir-tikinti ilə məşğul olan şəxsdir və onun usta briqadası olmuşdur. Rəşadın atasına təklif etmişdir ki, mənzili onun briqadası təmir etsin. Mənzilin təmir xərcləri Cavabdeh tərəfindən qarşılanmışdır. Bundan başqa, iddiaçı bildirir ki, X.Məmmədov küçəsində yerləşən bir otaqlı mənzil Ataşov Anarın mülkiyyətindədir, lakin həmin mənzil 27.000 manat dəyərində dəyərləndirilməklə, sadəcə addan ada keçirilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilin təmiri ilə bağlı xərclənmiş pulun əvəzində 27.000 manat dəyərində olan mənzil iddiaçı tərəfə verilmişdir. Cavabdeh stomatoloqdur və yüksək gəlirə malik olan, aldığı mənzili özü təmir etdirmək imkanına malik olan şəxsdir. Göstərilənlərə əsasən iddianın həm əsassız olduğuna görə, həm də iddia müddəti ötürülməklə verildiyindən təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı bacısının həyat yoldaşıdır, Cavabdeh isə böyük bacısının oğludur. Heç biri ilə düşmənçiliyi yoxdur. Rəşadın atası təmirsiz mənzil almış və Vasif mənzili təmir elətdirmişdir. Məmmədhüseyn özü dəfələrlə evi özünün aldığını, Vasifin isə təmiri boynuna götürdünü, uşaqları bir yerə yığdığını etiraf etmişdir. Rəşad mənzilin təmirinə pul xərcləməyib. Mənzilin təmirinin əvəzinə İddiaçı heç nə verilməyib. Vasif öz pulu ilə mənzili təmir elətdirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mübahisəli mənzildə usta kimi işləmişdir. İddiaçı uzun müddətdir ki, tanıyır. Cavabdeh isə mənzili təmir edərkən tanımışdır. Həmin mənzildə söküntü, tikinti, santexnik, elektrik və s. işləri görülmüşdür. Mənzil təmirsiz olmuşdur. Bütün tikinti materiallarını Vasif özü alırdı. Mənzilin təmiri üçün İddiaçı əl haqqı kimi ustalara 15.000 manat pul vermişdir. Pulu hissə-hissə almışlar. Cavabdeh pul almamışlar. 2009-cu ildən əvvəl də Vasifin tapşırığına əsasən başqa mənzillərdə təmir işləri aparmışlar. Ustaların pulunu ev yiyəsi verirdi. Məsələn, mənzilin təmir olunması üçün müəyyən qiymət danışılırdı, həmin pul Vasifə verilirdi, o da öz növbəsində pulu onlara verirdi. Lakin sırf özünün pul verdiyi, qızının evinin təmirində olub. Nadir hallarda Rəşad və atası mənzilə baş çəkirdilər, lakin heç vaxt onlarla mənzilin təmiri ilə bağlı hesabat aparmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikah xx.xx.2009-cu il tarixdə Bakı Nikah evində bağlanmış və 2662 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 008 saylı arayışından görünür ki, Cavabdeh, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2945-ci məhəllədə yerləşən ev 66, giriş 2, 87 saylı mənzili (köhnə ünvanla 7-ci blok, 8-ci mərtəbə, 27 saylı mənzil) X7 almışdır. Qeyd olunan mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi üçün, xx.xx.2009-cu ildə, Cavabdeh və X14 MTK-ya ərizə ilə müraciət etmiş və mənzil hər iki tərəfin razılığı ilə xx.xx.2009-cu ildə Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********69 saylı arayışından görünür ki, Bakı şəhəri. Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 66, 87 saylı mənzil xx.xx.2017-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X8 qarşı “nikahın pozulması” barədə ilkin iddiası təmin, X3 Cavabdeh qarşı “alimentin tutulması” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, tərəflər arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2009-cu il tarixdə 2662 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X12 analarıının himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X3 xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8761/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 6453 manat pul vəsaitinin və 20 manat dövlət rüsumunu alınaraq iddiaçı X8 veriməsi qət edilmiş. İddia tələbi qalan hissədə, o cümlədən, ünvan 1 ünvanda yerləşən 87 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə ½ hissədə payının müəyyən edilməsi hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2066 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 130,6 m2 olan 87 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 32650 manat məbləğində (130,6 x 250) müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuş mübahisəsi halları ondan ibarət olmuşdur ki, Cavabdeh ilə X10 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmamışdan əvvəl tərəflərin qarşılıqlı razılaşmaları əsasında Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 66, 87 saylı mənzili öz vəsaiti hesabına əldə etmiş, mənzil X3 atası İddiaçı tərəfindən öz vəsaiti hesabına təmir olunmuşdur. Cavabdeh ilə X10 arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə şahid qismində dindirilmiş, iddiaçının qaynı, cavabdehin isə dayısı olan X5, həmçinin, mənzilin təmirində usta kimi işləmiş X6 ifadələrində iddia ərizəsində göstərilən xüsusatları tam olaraq təsdiq etmişlər. Şahidlərin qərəzli ifadə vermələri ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəyə əsasən isə ünvan 1 ünvanda yerləşən sahəsi 130,6 m2 olan 87 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 32650 manat məbləğində (130,6 x 250) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, hazırki iş üzrə iddiaçı öz qızının cavabdehlə uzun müddət ailə quraraq mübahisəli mənzildə yaşayacağına əsaslanaraq, həmin mənzili öz vəsaiti ilə təmir etdirmişdir. İş materillarından göründüyü kimi, İddiaçı artıq 2021-ci ildə qızı Aytac Ataşova ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulduqdan, qızının mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi tələbinə dair iddiası uğursuzluqla nəticələndikdən sonra hüququnun pozulduğunu bilmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı tərəfindən idda müddəti ötürülmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli, 10/2066 saylı ekspert rəyi nəzərə alınmaqla, İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, 87 saylı mənzilin təmirinə 32.650 manat məbləğində pul xərclənmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 88 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 25,80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri isə ödənilmiş tələbin məbləğinə münasib olaraq 43 manat hissəsi cavabdehə, 7 manat hissəsi iddiaçıya aid edilməklə onlardan tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, 87 saylı mənzilin təmirinə xərclənmiş 32.650 (otuz iki min altı yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsümunun 25,80 (iyirmi beş manat 80 qəpik) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinin 43 (qırx üç) manat hissəsi Cavabdeh, 7 (yeddi) manat hissəsi isə İddiaçı tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-254/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-254/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver