Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2543/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının, X5, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmamış əmək haqqı 49499,39 manat, cavabdehin təqsiri üzündən gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz hesablanmaqla 841710,0 manat məbləğində ödəncin, ümumilikdə 891209,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X3 Elmi-Tədqiqat İnstitutunda 1999-2015-ci illəri əhatə edən dövr ərzində iqtisadiyyat və maliyyə məsələləri üzrə direktor müavini, 2015-ci il tarixindən 21 iyun 2018ci il tarixədək dövr ərzində Maliyyə və mühasibat uçotu söbəsinin müdiri-baş mühasib vəzifəsində işləmişdir. AR Prezidentinin 22 may 2018-ci il tarixli 89 nömrəli Fərmanına əsasən KTİETİ X14 X19 çevrilmişdir. ATM 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinsə əsasən İnstitutun işçilərinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinin tələblərinə uyğun olaraq bağlanmış əmək müqavilələrinə üçüncü şəxs tərəfindən xitam verilmişdir. Həmin vaxt iddiaçı əmək qabiliyyətini müvəqqəti olaraq itirməklə, Təbriz şəhərində stasionar müalicədə olmuşdur. Bu günədək onun ambulator müalicəsi davam edir. 2009-ci ildən o, şəkərli diabet xəstəsi olmaqla 2-ci dərəcə ağır formada əlildir. 2018-ci ildə KTİETİdə şöbə müdiri işləyən zaman aylıq vəzifə maaşı – 563,00 manat həcmində, ATM-də isə 1875,00 manat həcmində olub. Sonra olan əmək haqqı artımları haqqında onun məlumatı yoxdur. 2017-ci ilin dekabr ayında büdcədən kənar hesab üzrə iddiaçıya hesablanmış 4373,62 manat əmək haqqı 2017-ci ilin dördüncü rübün təqdim olunmuş fərdi uçot hesabatında öz əksini tapmamışdır. Bu barədə Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filiala müraciət etmişdir. 2017-ci ilin dekabr ayında 4373,62 manat əmək haqqı öz əksini tapmayıb. "xxxx"dan xx.xx.2021-ci il tarixdə əmək haqqının ödəniş kartı üzrə çıxarışa əsasən hesablanmış 4373,62 manat əmək haqqına qarşı xx.xx.2017-ci il tarixdə 3580,00 manat ödəniş olmuşdur. Eyni zamanda, 2018-ci ilin bülletendə olduğu dövrdə sosial arayışda göstərilən əmək ödənişi növləri 02.2018-987,46 manat məzuniyyət, 03.2018-445 manat xəstə olduğu üçün maddi yardım, 04.2018-332,90 manat Novruz Bayramı üçün mükafat, yəni iş günü olmayan ödənişlərdən ibarətdir. 2018-ci ildə X14 X21 tərəfindən iddiaçıya hesablanmış və ödənilmiş məzuniyyət haqqının, xəstəlik vərəqələri xərclərinin, işdən çıxarılma müavinətinin düzgün hesablanmaması və işdən çıxarılan zaman xəstə olduğu vaxtların 81 günün xəstəlik vərəqələri xərclərinin, məcburi iş buraxma nəticəsində istifadə etmədiyi altı illik məzuniyyətin hesablanıb ödənilməməsi nəticəsində əmək hüquqları kobud şəkildə pozulmuşdur. - 2017-ci ilin dekabr ayında büdcədən kənar hesab üzrə iddiaçıya hesablanmış 4373,62 manat əmək haqqı, fərdi uçot hesabatında öz əksini tapmamışdır və sosial arayışda qeydə alınmamışdır. Bu hesablandıqda (4373,62x25%=1093,40:72) – 15,18 manat pensiya deməkdir. - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilin orta əmək haqqı çıxarılmadan son ayın əmək haqqı götürülən məzuniyyət hesablanıb və ödənilib, - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövrün orta əmək haqqı çıxarılmadan, xəstəlikdən qabaqkı iki ayın əmək haqqı çıxarılıb (14.02-xx.xx.2018) – 84 günlük xəstəlik vərəqələri xərci ödənilib, - işdən çıxarılma müavinəti hesablanarkən 2018-ci ilin yanvar və fevral ayının əmək haqqından istifadə olunub. İddiaçı xx.xx.2018-cci il tarixdə növbəti əmək məzuniyyəti götürüb, xarici dövlətə müalicəyə getmək üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müvəqqəti əmək qabiliyyətini itirdiyi üçün, fevral 2018-ci ildə işdə olmamışdır. Fevral 2018-ci il tarixdəki əmək haqqı məzuniyyət və xəstəlik vərəqələri xərclərinə aiddir, həmin tarixə iş günü olmadığı üçün əmək ödənişi hesab olunmur, fevraldan qabaqkı iki ayın 12.2017 və 01.2018 ayların orta əmək haqqı götürülməli idi. İddiaçı xarici ölkədən müalicədə olduğu üçün işdən çıxarıldığı xx.xx.2018-ci il tarixində bilmişdir, bu barədə ona rəsmi bildiriş, xəbərdarlıq və əmrin sürəti göndərilməyib. İşdən çıxarılan gündən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan xəstəlik vərəqələri xx.xx.2018-ci il tarixdə ATM-nin mühasibatlığına verilib, lakin bu günədək hesablanıb ödənilməyib. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək istifadə olunmayan altı illik məzuniyyətin kompensasiya ödənişi olmayıb. İddiaçı Aqrar Tədqiqatlar İnstitutunun xx.xx.2018-ci il tarixli 01 nömrəli əmri ilə Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri – baş mühasib vəzifəsindən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11331/2029 nömrəli qətnaməsi ilə həmin əmr ləğv edilmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, “2(011)-2543/2025 saylı iş üzrə 10 oktyabr 2024-cü il tarixində İddiaçı tərəfindən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral aylarına aid olan orta illik əmək haqqının,əmək məzuniyyətinə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və işdənçıxarma müavinətlərinə aid hesablanmaların düzgün hesablanmaması barədə qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması ilə verilən əmək münasibətləri ilə bağlı iddia ərizəsində heç bir yazılı və maddi sübutlara əsaslanmadan,sənədləri saxtalaşdırmaqla dövlət büdcəsinin vəsaitinin mənimsənilməsinə cəhd etməklə ehtimallara əsasən göstərilən hallar aşağıda yazılı sübutlar əsasında qeyd edilən faktiki hallara əsasən əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli Fərmanının tələblərinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Elmi Tədqiqat İnstitutu (bundan sonra – İnstitut) X21 statusu olan X12 (bundan sonra – Mərkəz) çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İddiaçı 2018-ci il 12 fevral tarixinə qədər İnstitutunda (bundan sonra – İnstitut) Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri – baş mühasib vəzifəsində işləyərək əmək funksiyalarını yerinə yetirmişdir. İddiaçı əmək funksiyalarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna 2017-ci ilin dördüncü rübünə aid maliyyə hesabatını özü imzalayaraq təqdim etmişdir. İddiaçı 2017-ci ilin dekabr ayında büdcədənkənar hesab üzrə alınmış 4373,62 manat məbləğində pul vəsaitinə aid olan sənədi mühasibatlıq sənədlərinə aid olan qovluğa qoymayaraq, həmin ilin dördüncü rübünə aid olan maliyyə heasabatına daxil etməmişdir. İddiaçı əmək məzuniyyəti vaxtı üçün ödənilən orta əmək haqqına və əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətə aid olan hesabatları özü tərtib etmişdir. Bu barədə həmin dövrə aid olan mühasibatlıq sənədlərinin içərisində İddiaçı əlyazma üsulu ilə işlədiyi hesabatlar mövcuddur (bu faktiki halları təsdiq edən yazılı sübutlar əlavə olunur). İddiaçı həmin hesabatlarda 2017-ci ilin dekabr ayında büdcədənkənar vəsait üzrə aldığı 4373,62 manat məbləğində pul vəsaitini qeyd etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 saylı qərarı ilə təsdiq edilmiş bir saylı əlavəyə aid olan “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”nın tələblərinə əsasən bayram günləri verilən mükafatlar, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanan zaman nəzərə alınmayan ödənişlərdir. Belə ki, yuxarıda qeyd edilən normativ hüquqi aktın tələblərinə əsasən İddiaçı məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən bayram günlərinə görə aldığı mükafatlar və 2017-ci ilin dekabr ayında aldığı maddi yardım şəklində 1536 manat məbləğində ödəniş nəzərə alınmamalıdır (bu faktiki halı təsdiq edən Qərar əlavə olunur). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Yuxarıda qeyd edilən hüquq normasının tələblərinə zidd olaraq İddiaçı iddia ərizəsinə əlavə etdiyi cədvəldə həm 12 təqvim ayının orta əmək haqqını düzgün hesablamamış, həm də 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 11-ə yox,12-yə bölməklə orta aylıq əmək haqqının məbləğini tapmalıydı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti düzgün hesablanaraq ödənilmişdir (bu faktiki halı təsdiq edən sənədin surəti əlavə olunur). Bu Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Yuxarıda qeyd edilən hüquq norması yalnız Mərkəzdə işləyən işçilərə şamil olunur. İddiaçı 21 iyun 2018-ci il tarixindən Mərkəzdə işləmir. Buna görə də, İddiaçı əmək məzuniyyəti verilə bilməz. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı bu halı 2018-ci ilin yanvar və sentyabr aylarında bilirdi. Belə ki, İddiaçı 2018-ci ilin yanvar ayında əmək məzuniyyətinə çıxan zaman İnstitutda Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri – baş mühasib vəzifəsində işləyirdi. Özünə əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqını özü hesablamış və bu barədə yuxarıda qeyd edildiyi kimi müvafiq dövlət orqanlarına maliyyə hesabatları vermişdir.İddiaçı bankda olan hesabına 25 sentyabr 2018ci il tarixində Mərkəz tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən əmək stajına uyğun olaraq 1359,82 manat məbləğində işdənçıxarma müavinəti,əmək qabiliyətinin müvəqqətyi itirilməsinə görə 2486,57 manat məbləğində pul vəsaitləri ödənilmişdir (bu faktiki halları təsdiq edən sənədlərin surətləri əlavə olunur). Bu barədə onun tərəfindən 2018-ci ilin sentyabr, oktyabr, noyabr aylarında müxtəlif dövlət qrumlarına müraciətlər göndərilmiş, hər dəfə isə ona yazılı sübutlar əsasında yuxarıda qeyd edildiyi kimi sifarişli poçt göndərişi vasitəsi ilə cavab göndərilmişdir (bu faktiki halları təsdiq edən çoxlu sayda yazılı sübutları təqdim edə bilərik).Bundan əlavə,2019-cu ilin aprel ayından bu günə qədər aparılan çoxlu sayda məhkəmə proseslərində İddiaçı tərəfindən dəfələrlə yuxarıda qeyd edilən iddia barədə ərizələr verilsə də,Onun iddiası təmin edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normasının tələblərinə əsasən İddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.Belə ki, İddiaçı tərəfindən iddia ərizəsində irəli sürülən yuxarıda qeyd edilən hallar barədə olunan maliyyə əməliyyatlarının tarixindən,yəni 2017-ci iln dekabr, 2018-ci iln yanvar,fevral aylarından 6 (altı) ildən artıq müddət keçmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın əsassız olduğuna görə iddianın rədd edilməsini xahiş etdi. O, həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünə görə də iddianın rədd edilməsini xahiş etdi. İşin halları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 1512/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Kənd Təsərrüfatı Nazirliyinin X6rşı “əmrin ləğv edilməsi, işə bərpa" tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1512/2019 saylı mülki iş üzrə qəbul etdiyi 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 baş mühasib vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1396/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməainin 3(011)-3654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Cavabdehi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11331/2019-002 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Cavabdehi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən MN ******* nömrəli, 09 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 2000 manat məbləğində pul vəsaiti İddiaçı ödənilmiş, lakin qurumda həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar “baş mühasib” vəzifəsi olmadığından və tələbkar tərəfindən ona təklif edilən uyğun vəzifələrin qəbul edilmədiyindən həmin hissədə icra sənədinin icrası mümkün olmamışdır. Odur ki, X14» X18 əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 3(011)- 3654/2024 nömrəli qərarının verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdehinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Elmi-Tədqiqat İnstitutu (SUN: **********4) tərəfindən daxil olmuş İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə İddiaçı "xxxx" ASC-nin Binəqədi filialındakı **********0104 nömrəli hesabına xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2018-ci il dövrləri əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ümumilikdə 1852.86 ( bir min səkkiz yüz əili iki manat 86 qəpik ) məbləğində müavinət köçürülmüşdür. Əlavə olaraq bildirilmişdir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də göstərilən qaydada həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Elmi-Tədqiqat institutunun (SUN: **********4; VÖEN: **********) “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin “Sığorta” (Hesabat)-Baxış altsistemində 2017-ci ilin İV rübün hesabatında dekabr ayı üçün fərdi şəxsi hesabda 4373,62 manat (dörd min üç yüz yetmiş üç manat altmış iki qəpik) qazanc öz əksini tapmayıb. Məlumat üçün bildirilmişdir ki, əmək qabiliyyəti müvəqqəti itirilən dövrdə vahid rüblük hesabatlarda İddiaçı aid qazanc aşkarlanıb. Həmçinin, əmək qabiliyyəti itirilən dövrdəki olan qazanclar barədə sığortaedən tərəfindən əlavə məlumat verilməlidir. Haqqhesab sığortaedən tərəfindən “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilərkən çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib. Bu səbəbdən ödənilmiş müavinət Dövlət Sosial Müdafiə Fondu X16 Sosiai Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına geri qaytarılmalı və düzəliş olunub yenidən sığortaedən tərəfindən “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Elmi-Tədqiqat İnstitutu” (VÖEN: **********; SUN **********4) tərəfindən müraciətdə ifadə edilən dövrləri əhatə edən (21 iyun 2018 - 14 oktyabr 2018-ci il) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmədiyi məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci i! tarixii 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 114-1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Fondun yerli qurumunun vahid əlaqələndirmə mərkəzinə məktubla müraciət etməlidir. Yuxanda qeyd olunanlardan əlavə olaraq bildirılmişdir ki, İddiaçı 1 iyun 2021 -ci il tarixli **********8 nömrəli ilkin müraciəti Filial tərəfindən 22 iyun 2021-ci il tarixdə **********0 nömrəli məktubla cavablandırılrmşdır. Cavab məktubunda sığortaedən tərəfindən nəzərə alınmayan iş günlərinin haqq-hesab cədvəllərinə düzgün daxil edilməməsi və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə fərdi şəxsi hesabda gəlirin olması səbəbindən ödənilmiş müvafiq müavinətin geri qaytarılması istənilmişdir. Əsasnamənin 119-cu və 123-cü bəndlərinə əsasən müəssisənin müdriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi, və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Müraciətdə əmək müqaviləsinə “21 iyun 2018-ci il” tarixdə xitam verilməsini ifadə edildiyini nəzərə alaraq bildirmişlər ki, Əsasnamənin 9-cu bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Yekun olaraq bildirilmişdir ki, ilkin müraciətə əsasən yanlış ödənilmiş vəsait xəzinə hesabına geri qaytarıldıqdan və sığortaedən tərəfindən müraciətdə ifadə edilən dövrləri (21 iyun 2018 - 14 oktyabr 2018-ci il) əhatə edən haqq-hesab cədvəlləri qanunvericiliyə uyğun olaraq müvafiq altsistemə daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılması mümkün olacaqdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X14 büdcə təşkilatı deyildir. Mərkəz X21 statusunda fəaliyyət göstərməklə sərbəst gəlir mənbələrinə malik olduğundan, sözügedən məhkəmə qərarının icrasını öz fəaliyyətindən əldə olunan daxilolmalar hesabına təmin edə bilər. Göstərilənləri nəzərə alaraq qüvvədə olan qanunvericiliyə Əsasən fərdi əmək mübahisələri işçi ilə işəgötürən arasında tənzimlənməli, məhkəmə qərarının icrası ilə əlaqədar prosessual hərəkətlər isə həmin qərarla cavabdeh (borclu) kimi tanınan qurum tərəfindən həyata keçirilməlidir. Müraciətdə X8 baş mühasib ştat vahidinin ixtisar edilməsi məsələsi ilə bağlı isə bildirilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 89 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin Mərkəzin təsisçisinin “X21lər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini, o cümlədən Mərkəzin strukturunun təsdiq edilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta hadisəsi baş verdiyi zaman məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlər tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş haqq-hesab cədvəlləri emal edilərək ödəniş həyata keçirilir. Yaranmış zərurətlə əlaqədar olaraq, sığortaedən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Elmi-Tədqiqat İnstitutu (SUN: **********4) tərəfindən müvafiq altsistemə göndərilmiş haqq-hesab cədvəllərinə baxış keçirilmişdir. Bu zaman aşağıdakı xəstəlik vərəqələri əsasında təyin olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin ödənişə göndərildiyi müəyyən edilmişdir: xx.xx.2018-xx.xx.2018-ci ildə olan dövr ərzində 154,32 manat, xx.xx.2018- xx.xx.2018- ci ildə olan dövr ərzində 387,26 manat, xx.xx.2018xx.xx.2018- ci ildə olan dövr ərzində 566,88 manat, xx.xx.2018-xx.xx.2018- ci ildə olan dövr ərzində 744,4 manat təşkil edir. Müvafiq altsistemə 30 iyun 2018-ci il tarixdən sonrakı dövrə aid hər hansı müavinət sənədi göndərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətdə yer alan ilk suala cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq olunmuş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 2-ci hissəsinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onu vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Müraciətdə yer alan 2-ci suala cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsasnamədə dəyişiklik edilməsi barədə” 19 avqust 2022- ci il tarixli 320 nömrəli Qərarı qəbul edilənədək qüvvədə olan Əsasnamənin 28-ci hissəsinin redaksiyasına və 30-cu hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin son 12 təqvim ayındakı əməkhaqqından (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) hesablanır və əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsasnamədə dəyişiklik edilməsi barədə” 19 avqust 2022-ci il tarixli 320 nömrəli Qərarı qəbul edildikdən sonra müvafiq dəyişikliklərə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin son 12 təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Eyni zamanda həmin Qərarla Əsasnamənin 30-cu hissəsi də qüvvədən salınmışdır. Müraciətdə yer alan 3-cü suala (habelə birinci sualın ikinci hissəsinə) cavab olaraq bildiriilmişdir ki, işçinin əmək müqaviləsi qüvvədə olduğu dövrə aid xəstəlik vərəqələri üzrə müavinət ödənilmədən, işçinin əmək müqaviləsinə xitam verilirsə, bu zaman ödənilməmiş müavinət Əsasnamədə müəyyən olunmuş ümumi qaydalar əsasında hesablanaraq ödənilir. Müraciətdə yer alan 4-cü suala cavab olaraq bildirilmişdir ki, Əsasnamənin 9-cu hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. Müraciətdə yer alan 5-ci (sonuncu) suala cavab olaraq bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.11 -ci maddəsinə əsasən sığortaolunanın fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün) sığortaedən. tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmiş məcburi dövlət sosial sığortasına dair dövri hesabatlar əsasında öz əksini tapmalıdır. Həmin Qanunun 9.2.1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11 -ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə İqtisadiyyat Nazirliyinə bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu madäəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Bununla bağlı olaraq diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü və 72.5-ci maddələrinə əsasən sığortaedənin hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili
1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər.
Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.
7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.
9. Əmək qabiliyyətini müvəqqəti itirmə sığortaolunanın işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət sığortaolunan işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən hallara görə rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh müəssisədə 1999-cu il tarixdən əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə daxil olmuş, 25 may 2001-ci il tarixdən Azərbaycan X2 baş mühasibi vəzifəsinə təyin edilmişdir. 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, müxtəlif instansiya məhkəmələrində müvafiq qərarlar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 baş mühasib vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X14 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçı tam ödənilməyən əmək qabiliyyətinin müvvəqəti itirilməsinə görə müavinət, ödənilməmiş məzunyyət haqqı, cavabdehin təqsiri üzündən əmək haqqının gecikdirilmiş hər günü üçün azı bir faizi məbləğində ödənc, istifadə edilməmiş məzunyyət haqqının ödənilməsi tələbi ilə hazırki iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının 2018-ci il üzrə məzuniyyət haqqının, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və işdənçıxarma müavinətinin hesablanaraq ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbə dair yetərli və mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia qeyd edilən tələblərə münasibətdə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddianın İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövr ərzində müavinətin hesablanaraq ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsini tələb etdiyi dövr tərəflər arasında məhkəmə çəkişmələrinin getdiyi dövrü əhatə edir. Əsasnamənin 9-cu bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11331/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X9 baş mühasib vəzifəsinə bərpa edilməsi qət edilsə də iddiaçı ona təklif edilən uyğun vəzifələrin qəbul etmədiyindən bu günədək işə bərpa edilməmişdir. Odur ki, iddiaçı işə bərpa edilmədiyi üçün iddia İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövr ərzində müavinətin hesablanaraq ödənilməsi hissəsində də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı əmək qabiliyyətinin müvvəqəti itirilməsinə görə müavinətin, məzunyyət haqqı və işdənçıxarma müavinətinin ödənilməyən hissəsinin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunuvericliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ən geci xx.xx.2019-cu il tarixdən öz hüquqlarının pozulmasını bilirdi. Hazırki iddia ərizəsi isə 2025-ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı aşkar şəkildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının məcburi işburaxma nəticəsində altı illik məzuniyyətin hesablanaraq ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 2000 manat məbləğində pul vəsaiti İddiaçı ödənilmiş, lakin qurumda həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar “baş mühasib” vəzifəsi olmadığından və tələbkar tərəfindən ona təklif edilən uyğun vəzifələrin qəbul edilmədiyindən iddiaçının işə bərpa edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi müddət ərzində məzuniyyət hüququ yaranmadığından həmin illərə görə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ona ödənilməsini tələb etməyə də hüququ yoxdur. Beləliklə iddia iddiaçının məcburi işburaxma nəticəsində altı illik məzuniyyətin hesablanaraq ödənilməsi tələbinə dair hissəsı də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məzuniyyətin ödənilməsi ilə bağlı münasibətlər davam edən münasibətlər olduğundan həmin tələbə münasibətdə iddia müddəti tətbiq edilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmamış əmək haqqı 49499,39 manat, cavabdehin təqsiri üzündən hesablanmış əmək haqqının hər günü üçün 1 faiz hesablanmaqla 841710,0 manat məbləğində ödəncin, ümumilikdə 891209,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova