Məhkəmə qərarları › İş №2(011)-255/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-255/2023

25.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-255/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi X8, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinin bərpası və ödənilməmiş zərərin məbləğinin ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı İddiaçı mərhum əri (ailə başçısı) X4 iş zamanı baş vermiş xəsarətlə əlaqədar ölməsi nəticəsində 2020-ci ilin fevral ayından ödənilməmiş zərərin əvəzinin cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən İddiaçı ödənilməsinin və ailə başçısının itirilməsi ilə əlaqədar İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR- ın Cavabdeh tərəfindən dayandırılmasının bərpa edilməsinin və İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR-ın “Neftqaztikinti“ Trestinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçının mərhum əri X9 xx.xx.1990-cı il tarixdə Azneft İB-nın “Azərdəniztikinti” İdarəsində “quraşdırıcı" vəzifəsində işlədiyi iş zamanı suda boğularaq, “bədənin bir çox hissəsində sümüklərinin sınması“ xəsarəti almaqla vəfat etmişdir. Bu barədə Azneft İB-nin “Azərdəniztikinti" İdarəsinin xx.xx.1990-cı il tarixli, 01/329 saylı protokoluna əsasən iddiaçıya hüquqi varisi olaraq idarənin gəlir fondundan ailənin maddi vəziyyətinin yaxşılaşdırılması üçün 5-ci dərəcəli quraşdırıcının əmək haqqının 80%-i məbləğində maddi köməklik əvəzinə təqaüd təyin edilməsi qərara alınmışdır. Və həmin tarixdən həmin təqaüd iddiaçıya 2020-ci ilin fevral ayına kimi ödənilmiş, lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası MM-nin 1121-ci maddəsinin tələblərindən irəli gələn müddəaları əsas gətirməklə təqaüdün verilməsi dayandırılmışdır. Buna səbəb kimi cavabdeh iddiaçının İİ-ci qrup əlillik üzrə pensiya almağı olması bildirilmişdir. İddiaçının mərhum ərindən üç uşağı dünyaya gəlmiş və sonuncu övladı mərhum ərimin ölümündən bir ay öncə dünyaya gəlmişdir. Bundan başqa iddiaçıya xx.xx.2007-ci il tarixdən “ürək çatışmamazlığı” xəstəliyi əsasında İİ-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Və hər il əlilliyin dərəcəsinin təyin edilməsinin uzadılması ilə bağlı cavabdehə sənədlər təqdim edirdi və bunun nəticəsində cavabdeh tərəfindən iddiaçıya təqaüdün verilməsi qərara alınırdı. Lakin sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli müraciətinin əsasında ona xx.xx.2022-ci il tarixdən yenidən əlillik dərəcəsi saxlanılmaqla müddəti uzadılması əsasında zərərin ödənilməsinin dayandırılmasının Azərbaycan Respublikası MM-nin 1121 -ci maddəsinin tələblərinə əsasən ödənc almaq hüququmun olmadığı əsas gətirilərək müraciətin təmin edilməsinin mümkün olmadığı cavabdehin xx.xx.2022- ci il tarixli məktubunda göstərilmişdir. Cavabdehin imtinası hesab edirəm ki. əsassızdır. Bunu onunla əsaslandırıram ki, cavabdeh mən iddiaçının Azərbaycan Respublikası MM-nin 1121 -ci maddəsinin tələblərinə əsasən ödəm almaq hüququmun olmadığı əsas gətirməsini, mən iddiaçının əlillik dərəcəmin alınması və yenidən artırılması olmuşdur İddiaçının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə görə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X9 “AZNEFT” İB-nin “Azərdənizneftİnşaat” Trestində işlədiyi zaman xx.xx.1990-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. “Azərdənizneftİnşaat” Trestinin xx.xx.1990-ci il tarixli 64 nömrəli əmri ilə X1 arvadı İddiaçı ərizəsinə əsasən ailə başçısını itirdiklərinə görə aşağıda göstərilən ailə üzvlərinə xx.xx.1985-ci il təvəllüdlü qızı X7 16 yaşına çatanadək, xx.xx.1986-cı il təvəllüdlü oğlu X10 16 yaşına çatanadək, xx.xx.1990-cı il təvəllüdlü oğlu X11 16 yaşına çatanadək və işləməyən arvadı İddiaçı X11 8 yaşına çatanadək, ümumilikdə 137 rubl 32 qəpik məbləğində zərərin əvəzin ödənilməsi qərara alınmışdır. Təhsil alan ailə üzvlərinə ailə başçısının itirilməsi ilə bağlı dəymiş zərərin maddi kompensasiya onlar 18 yaşına çatanadək ödənilməli idi. Eyni zamanda kompensasiyasının İddiaçı adına ödənilməsi qərara alınmışdır. xx.xx.1994-cü il tarixində “Azərdənizneftinşaat” Trestinin 1 nömrəli Tikinti Quraşdırma İdarəsinin X6 iclasında X16nun ailəsinə 5-ci dərəcəli quraşdırıcının əmək haqqının 80 faizi səviyyəsində hər ay ailə başçısının itirdiyinə görə idarənin gəlir fondunun hesabına təqaüdün təyin edilməsi qərara alınmışdır. Daha sonra “Azərdənizneftinşaat” Trestinin xx.xx.2004-cü il tarixli 180 nömrəli, xx.xx.2005-ci il tarixli 156 nömrəli, xx.xx.2006cı il tarixli 12 nömrəli, xx.xx.2007-ci il tarixli 08 nömrəli, xx.xx.2008-ci il tarixli 08 nömrəli əmrlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları”ın 3.4 və 3.5-ci bəndlərinə əsasən müəssisədə əmək haqqının kütləvi artımı ilə əlaqədar İddiaçı Mirzəməmməd qızına uşaqların 18 yaşına çatanadək aylıq ödənclərin məbləği artırılmış və ödənclərin İddiaçı Mirzəməmməd qızının plastik kartına ödənilməsi qərara alınmışdır. Daha sonra Trestin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları”ın 3.4 və 3.5-ci bəndlərinə əsasən müəssisədə əmək haqqının kütləvi artımı ilə əlaqədar İddiaçı Mirzəməmməd qızına İİ qrup əlil kimi xx.xx.2008-ci il tarixli 31 nömrəli sərəncama əsasən ödənilməsi xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək hər ay 549,44 manat, xx.xx.2008-ci il tarixli 32 nömrəli sərəncamına əsasən 549,44 manat, xx.xx.2011-ci il tarixli 02 nömrəli sərəncama əsasən xx.xx.2012-ci il tarixinədək 715,99 manat, xx.xx.2012-ci il tarixli 01 nömrəli sərəncama əsasən xx.xx.2012-ci il tarixinədək 737,73 manat, xx.xx.2013-cü il tarixli 6 nömrəli sərəncama əsasən xx.xx.2014-cü il tarixinədək 870,47 manat, xx.xx.2014cü il tarixli sərəncama əsasən xx.xx.2015-ci il tarixinədək 870,47 manat zərərə görə ödəncin ödənilməsinə sərəncam verilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli SOCAR/15- 25000/01/İNK-12-000185 nömrəli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə təyin edilmiş müavinətlərin davam etdirilməsi” haqqında əmrinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixinədək müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı ikinci dərəcəli əlliliyi təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə aktından çıxarışa əsaslanaraq istehlak qəzası nəticəsində həlak olmuş “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialının keçmiş işçisi 4-cü dərəcəli konstruksiya-quraşdırıcı X3 əlil həyat yoldaşı İddiaçı 870,47 manat məbləğində ödənilən müavinətin müddəti xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılmasına sərəncam verilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli SOCAR/15-25000/01/İNK-12- 000185 nömrəli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə təyin edilmiş müavinətlərin davam etdirilməsi” haqqında əmrinə əsasən İddiaçı müavinət ödənilmişdir. Müavinətin ödənilməsi müddəti xx.xx.2016-cı il tarixində başa çatdığına görə İddiaçı Mirzəməmməd qızı yenidən müayinədən keçmiş və müayinə aktına əsasən növbəti müayinə müddəti xx.xx.2021-ci il tarixinə təyin olmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2022-ci il tarixində İddiaçı Mizəmməd qızının ikinci dərəcəli əlil olduğu, əlilliyin müddəti xx.xx.2027-ci il tarixinədək müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən İddiaçı ödəncin verilməsi ilə bağlı müraciəti, onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar ödənc almaq hüququ olmadığına görə təmin edilməmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X1 vəfatı ilə əlaqədar ailə başçısının itirilməsi ilə bağlı kompensasiyanın təyin edilməsi zamanı qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 289 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrinin yerinə yetirərkən xəsarət almış və ya sağlamlığına zərər dəymiş işçi və qulluqçulara müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydaları”nın 1-ci bəndinə əsasən müəssisə, idarə və təşkilatlar əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və ya sağlamlığına zərər dəymiş işçi və qulluqçulara dəymiş və təşkilatın təqsirindən həmin təşkilatın ərazisi və ya onuna kənarında baş vermiş zərərə görə maddi məsuliyyət daşıyırlar. Həmin Qaydaların 5-ci bəndinə əsasən zərərçəkmişin öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququna ölənin himayəsində olmuş əmək qabiliyyəti olmayan və ya onun ölümü gününə ondan maddi təminat almaq hüququna malik olan şəxslər, ölənin ölümündən sonra doğulan uşağı, eyni zamanda işləmədiyi və ölənin 8 yaşına çatmayan uşaqları, bacı-qardaşları və ya nəvələrinə baxan valideynlərindən biri, əri (arvadı) və ya digər ailə üzvü. Həmin Qaydaların 18-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar olaraq zərərə görə kompensasiya almaq hüququna malik olan şəxslərə zərərin ödənilən məbləğləri işçi vəfat etdiyi gündən, lakin, zərərin ödənilən məbləğini almaq hüququ əldə etdiyi gündən tez olmayaraq ödənilir. Həmin Qaydaların 19-cu bəndinə əsasən ailə başçısının itirilməsi ilə bağlı dəymiş zərərə görə kompensasiya almaq hüququ olan şəxslərə ödənişlər: - yetkinlik yaşına çatmayanlara – 16 yaşına çatanadək ( təhsil alanlara – 18 yaşına çatanadək); - yaşı 60-dan çox olan kişilərə və yaşı 55-dən çox olan qadınlara – ömürlük; - əlillərə - əmək qabiliyyətini itirdikləri müddət ərzində; - ölən ailə başçısının 8 yaşına çatmayan uşaqları, bacı-qardaşları, nəvələrinə baxan və işləməyən valideyni, əri (arvadı) və ya digər ailə üzvünə - uşaq 8 yaşına çatanadək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrinin yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəbdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları”na görə vəfat etmiş ailə başçısının 16 yaşına çatmamış uşaqlarına qardaşlarına, bacılarına, nəvələrinə qulluq edən və işləməyən valideynə, ər-arvada və yaxud ailənin başqa üzvlərinə zərər zərərin əvəzi uşaq 16 yaşına çatanadək nəzərdə tutulmuşdur. İddiaçı əlliyi müəyyən edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 19 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.1-ci bəndinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Həmin aktın 3.2-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə ödənclər mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququ əldə etdiyi gündən tez olmayaraq verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin Məcəllənin 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Həmin Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, mərhum X9 vəfat etdiyi vaxtda, yəni 1990-cı ildə onun himayəsində olmuş və işləməyən arvadı İddiaçı ailə başçısının itirilməsi ilə bağlı dəymiş zərərə görə ödənci almaq hüququ o, mərhumun 8 yaşına çatmayan uşaqlarına baxdığına görə yaranmış və ödəncin aparılması oğlu X11 8 yaşına çatanadək, yəni 1998-ci il tarixinədək nəzərdə tutulmuşdur. Daha sonra qanunvericilikdə edilən dəyişiklərə görə həmin müddət uşaq 16 yaşına çatanadək, yəni 2006-cı ilədək uzadılmışdır. Lakin, həmin dövrdə İddiaçı əlilliyi müəyyən olunmamışdır. 2008-ci ilin aprel ayında, yəni mərhum X9 vəfat edəndən 18 il, X11 isə 16 yaşına çatandan 2 il sonra İddiaçı İİ dərəcələri əlil olduğu müəyyən edilmişdir. İddiaçı bu hala istinad edərək, onun əlil olduğuna görə də ailə başçısını itirilməsi ilə bağlı dəymiş zərərə görə ödənc almaq hüququnun olduğunu iddia edir. Lakin işin hallarında göründüyü kimi, sonuncunun əlilliyi müəyyən edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə bu cür ödənci almaq hüququna ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər, və ya işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri malik olmuşdur. Həmin qanunvericiliyə görə ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə zərərin əvəzi qulluq etdikləri on dörd yaşına çatanadək ödənilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının məhrum həyat yoldaşı X5 vəfatı ilə bağlı ailə başçısını itirdiyinə görə əlliyi ilə bağlı zərərin əvəzini almaq hüququ yaranmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı İddiaçı mərhum əri (ailə başçısı) X4 iş zamanı baş vermiş xəsarətlə əlaqədar ölməsi nəticəsində 2020-ci ilin fevral ayından ödənilməmiş zərərin əvəzinin cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən İddiaçı ödənilməsinin və ailə başçısının itirilməsi ilə əlaqədar İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR- ın Cavabdeh tərəfindən dayandırılmasının bərpa edilməsinin və İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR-ın “Neftqaztikinti“ Trestinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı İddiaçı mərhum əri (ailə başçısı) X4 iş zamanı baş vermiş xəsarətlə əlaqədar ölməsi nəticəsində 2020-ci ilin fevral ayından ödənilməmiş zərərin əvəzinin cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən İddiaçı ödənilməsinin və ailə başçısının itirilməsi ilə əlaqədar İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR- ın Cavabdeh tərəfindən dayandırılmasının bərpa edilməsinin və İddiaçı zərərin əvəzinin ödənilməsinin cavabdeh SOCAR-ın “Neftqaztikinti“ Trestinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar