Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2555/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X3 iştirakı ilə Ərizəçi, Maraqlı şəxs olmaqla, mirasın qəbul edilməsi faktının müəyən edilməsi barədə tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X6 miras qalmış Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin onun payında olan hissəsini onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinə X13 məxsus hissısinin onun tərəfindən miras kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, onun mərhum əri- X18 02.01.2017-ci il tarixdə Ucar rayonunda ölmüşdür, o, əm Bakıda rəsmi qeydiyyatda olduğu evdə, həm də Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X18 və X3 ümumi birgə mülkiyyətindədir, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçiləri onun mərhum əri və mərhum ərinin bacısı, yəni baldızıdır, o, həyat yoldaşı vəfat etdikdən sonra həmin miras əmlakı faktiki qəbul etmiş etmiş və o ünvanda yaşmağa davam etmişdir, lakin vərəsəlik şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsna qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində müraciət etməmişdir, buna görə də, o, 31.05.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsna müraciət etsə də, notariusun eyni tarixli qərarı ilə miras əmlakın qəbul edilməsi ilə bağlı müddət ötürüldüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir, halbuki o göstərilən müddəti ötürməmiş, mərhum ərindən qalmış miras əmlaka öldüyü gündən faktiki sahiblik etmiş və əmlakı idarə etməyə başlamışdır, bununla da, mirası qəbul etdiyini mübahisəsiz olaraq nümayiş etdirmişdir, məhkəməyə təqdim etdiyi Ucar rayon Bələdiyyəsinin 04.02.2021-ci il tarixli 02 nömrəli arayışdan göründüyü kimi həmin əmlakın torpaq və əmlak vergisi onun tərəfindən ödənilmişdir, bundan başqa o, həmin evdə yaadığından evin kommunal xərclərini də ödəmişdir, sadəcə olaraq həmin ödənişləri terminallar vasitəsi ilə həyata keçirdiyindən ödənişlər mərhum ərinin adından həyata keçirilmiş və lazım olmayacağını düşünərək qəbzləri özündə saxlamamışdır, göstərilənlərə əsasən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinin zəruri olduğunu hesab edir. Sonda, Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X14 maraqlı şəxs qismində izahat verərək bildirmişdir ki, o, ərizəçinin baldızıdır, yəni ərizəçinin mərhum həyat yoldaşının bacısıdır, ərizəçinin müraciət etdiyi əmlak olan Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsi onun və mərhum qardaşı X10 ümumi birgə mülkiyyətində olmuşdur, o, həmin əmlakın digər pay üzrə mülkiyyətçisidir, ərizəçi həqiqətən də, həmin göstərilən fərdi yaşayış evində yaşayır və orada təsərrüfat idarə edir, ərizəçi həmin evin və torpaq sahəsinin kommunal və digər xərclərində də iştirak edir, Ərizəçi həmin əmlaka faktiki sahiblik edir, Ərizəçi həmin əmlaka dair vərəsəlik hüququ barədə şəhadətnamə üçün notariusa müraciət etdiyini və həmin notariusun şəhadətnamənin verilməsindən imtina etdiyini bilir, ərizəçi həmin əmlaka faktiki sahiblik etdiyindən, ərizəçinin mərhumun qardaşının payı olan hissəni miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsinə etiraz etmir. Sonda D.M.Əliyeva qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər maraqlı şəxs Ucar rayon Notarat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.10.1978-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər 20-ci Sahə VVAQ söbəsi tərəfindən verilmiş İİ-JQ seriyalı 272645 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X11 18.10.1978-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 26211 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 06.01.2017-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 02.01.2017-ci il tarixdə Ucar rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.01.2017-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X18 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 21 dekabr 2016-cı il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 16.12.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.12.2016-cı il tarixdə 1674 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ucar rayon notariat ofisinin 31.05.2020-ci il tarixli 155 saylı qərarından görünür ki, 02.01.2017-ci il tarixdə vəfat etmiş X6 qalan Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi 31.05.2020-ci il tarixli ərizəsinə baxaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən miras əmlakın qəbul etməklə bağlı müddət ötürüldüyündən notariat hərəkətindən imtina edilmişdir. İş materiallarında olan 16.09.1985-ci il tarixdə Ucar rayonunun VVAQ söbəsi tərəfindən verilmiş Xİ-JQ seriyalı 298250 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 08.08.1979-cu il tarixdə Ucar rayonunda doğulmuşdur. Onun atası X18, anası Ərizəçidır. İş materiallarında olan 25.06.2005-ci il tarixdə Sədət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı 165186 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X19 25.06.2005-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.06.2006-cı il tarixdə 1475 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan X2 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X12 atası X10 02.01.2017-ci il tarixdə öldükdən sonra mirası nədə və harada ifadə edilmsindən aslı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququnun rəsmiləşdirmək niyyətində deyildir, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarında olan 25.09.1981-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər Kirovski rayon VVAQ söbəsi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 461602 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 16.06.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X18, anası Ərizəçidır. İş materiallarında olan 20.12.2008-ci il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 464179 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X1 ilə X15 20.12.2008-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.12.2008-ci il tarixdə 449 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan X7 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X8 atası X10 02.01.2017-ci il tarixdə öldükdən sonra mirası nədə və harada ifadə edilmsindən aslı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququnun rəsmiləşdirmək niyyətində deyildir, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Məhkəmə tərəfindən mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X18 və onun bacısı X3 ümumi birgə mülkiyyətindədir, K.M.Əliyev 02.01.2017-ci il tarixdə Ucar rayonunda ölmüşdür, ərizəçi mərhumun arvadı olmaqla onun vərəsəsidır, onların birgə nikahdan 2 uşaqları dünyaya gəlmişdir, ərizəçi ərinə məxsus Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini miras əmlakı kimi ərinin ğlümündən dərhal sonra idarə etməyə faktiki başlamış və həmin mənzildə yaşamasını davam etdirməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə” dair 26.10.2020-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ötürülmüş müddət bərpa olunmaqla, Ərizəçi Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin əri X10 mülkiyyətində olan payına dair mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ucar şəhəri, X27 küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin X13 məxsus payı üzrə miras əmlakının Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2555/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2555/2021
19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver