Məhkəmə qərarları › İş №2(011)-2556/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2556/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2556/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Hüseynova (İsmayılova) Məsmə Həsən qızının doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan Respublikasın, Masis rayonu, Zəhmət kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1957-cı ildə Ermənistanın Masis rayonun Zəhmət kəndində anadan olmuşdur. xx.xx.1980-ci ildə ailə həyatı quraraq həyat yoldaşının soyadını qəbul etmiş, İsmayılova soyadından Hüseynova soyadına keçmişdir. 1988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçmüşlər. Hal-hazırda o, Ermənistanın Masis rayonun Zəhmət kəndindən məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 37, mənzil 103-də məskunlaşaraq öz ailəsiylə birlikdə yaşayır. 1988-ci ildə yaşadıqları yurd-yuvadan çıxarkən didərgin düşmüş və sənədləri evlərindən götürə bilməmişdir. Artıq məlum səbəblərə görə Ermənistanın Masis rayonun Zəhmət kəndinə gedə bilmir və bu səbəbdən də doğum haqqında şəhadətnamənin sürətini ala bilmir. O, təkrar doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, ona imtina edilərək bildirilmişdir ki, adiyyəti üzrə məhkəməyə müraciət etsin. Mərhum atası X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və mərhum anası X1 isə xx.xx.1985-ci il tarixdə Ermənistanın Masis rayonun Zəhmət kəndində vəfat etmişdir. Ərizəçi və onun vəkili və nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasinda səlahiyyətli nümayəndəsinin iştrakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 bildirdi ki, ərizəi onun bacısıdır, vəsiqədə doğulduğu gün və ay qeyd edilməsə də, hər il 24 dekabrda ərizəçiyə ad günü qeyd edirlər. Məhkəmə iclasında şahid X10 izahat verərək əlavə olaraq bildirdi ki, ərizəçinin bacısıdır, atası, anası və digər qohumları deyiblər ki, Məsmə yeni il bayramına 1 həftə qalmış dünyaya gəlib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, 716-05/15 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarına əsaslanaraq imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür. Bu səbədən, ərizəçinin doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Hüseynova (İsmayılova) Məsmə Həsən qızına məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndidir. İş materiallarında olan Xətai RPİ tərəfindən məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus fərdi uçot kartoçkasında qeyd edilmiş məlumatlar əsasında müəyyən edilir ki, Ərizəçi doğulduğu yer Ermənistan Respublikası, doğulduğu tarix, XX.XX.1957-ci il, atası X7, anası X2r. Ərizəçinin doğulduğu gün və ay barədə ona məxsus rəsmi sənədlərdə dəqiq tarix göstərilməsə də, məhkəmə baxışında izahat vermiş şahidlər onun 1957-ci ilin dekabr ayında doğulduğunu, dəfə lərlə həmin tarixdə onun ad günü məclisində iştirak etdiklərini bildirdilər. Habelə, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş və özünün ad gününün qeyd edildiyi iddia etdiyi fotoşəkildən görünür ki, həmin fotoşəkil xx.xx.2021-ci il tarixdə çəkilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Hüseynova (İsmayılova) Məsmə Həsən qızı xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Hüseynova (İsmayılova) Məsmə Həsən qızının xx.xx.1957-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndində doğulmasının qeyd edilməsi faktı təsdiq edilsin. Doğum haqqında şəhadətnamədə Hüseynova (İsmayılova) Məsmə Həsən qızının atası X7, anası X3 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar