Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2590/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında bağlanmış 408 saylı, 13 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında bağlanmış 408 nömrəli, 13 yanvar 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X1 ilə alıcı İddiaçı arasında 04 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır. İddiaçı tərəfindən obyektin dəyəri tam şəkildə ödənilmiş və buna dair kassa orderi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli, 2(005)-441/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunması mərhələsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında 13 yanvar 2016-cı il tarixli, 408 nömrəli müqavilə əsasında qeyriyaşayış sahəsi sonuncuya satılmışdır. İcra məmurunun 27 dekabr 2021-ci il tarixli məktubuna və 17 fevral 2022-ci il tarixli vəkil sorğusuna AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan onlara məlum olmuşdur ki, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında 13 yanvar 2016-cı il tarixli, 408 nömrəli müqavilə əsasında qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır. Göründüyü kimi 04 iyun 2008-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması və obyekt üzərində hüquqları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınmışdır. Hüseyn-zadə Çingiz Muxtar oğlu "xxxx" MMC ilə bağlamış olduğu 408 saylı, 13 yanvar 2016-cı il tarixli müqavilə bağlandığı zaman iddiaçı ilə MTK arasında daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, qeyri-yaşayış sahəsi müqavilə əsasında iddiaçının sahibliyinə verilmişdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş və məhkəmə qətnaməsinin icrasına çətinlik yaratmaqla hüquqları pozulmaqda davam edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iş üzrə iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən ona 200 kv.metrlik sahənin təhvil verilməli olmasını əsas gətirərək və bu sahənin məhz cavabdehin istifadəsində olması səbəbilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının müraciətinə əsas Nərimanov Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsinin icrası zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyi olmuşdur. Qeyd edilən rəydə "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi hal-hazırda Hüseyn-zadə Çingiz Muxtar oğlunun mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili izahat verərək qeyd etmişdir ki, bundan öncəki məhkəmə iclaslarında keçirilmiş məhkəmə ekspertizaları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.metrlik qeyri-yaşayış sahəsinin 3 saylı binanın birinci mərtəbəsinin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-441/2018 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-170/2020 saylı mülki iş materialları tələb edilmiş, və istinad edilən mülki iş materiallarından hazırkı işin araşdırılmasında zəruri olan sənədlərin nüsxələri götürülərək mülki iş materiallarına əlavə edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-170/2022 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan 200 kv.metrlik qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumat təqdim olunmadığından tərəflər arasında bağlanmış 04 iyun 2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.metrlik qeyri-yaşayış sahəsinin 3 saylı binanın 1-ci mərtəbəsinin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırma zamanı iddiaçı tərəfdən müqavilədə qeyd edilən əmlakın harada yerləşməsi ilə bağlı plan-sxem və digər zəruri məlumatın məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı tərəf belə bir sənədlərin onlarda mövcud olmadığını qeyd etmişlər. Ona görə də məhkəmə hazırkı icraatda iş üzrə ekspertizanın təyin edilməsini zəruri hesab etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehə məxsus sahənin iddiaçıya müqavilə üzrə satılan sahə ilə eynilik təşkil etməsi ilə bağlı iddiaçı tərəf mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının "xxxx" MMC ilə Çingiz Hüseyn-zadə arasında bağlanmış müqavilənin onun müqaviləsindən sonra bağlanması və bu səbəbdən etibarsız olması ilə bağlı dəlilini araşdıraraq aşağıdakı halları müəyyən etmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində cavabdehin müqaviləsinin 2016-cı il tarixdə bağlandığını, onların müqaviləsinin 2008-ci il tarixdə bağlandığını, belə olan halda cavabdehin müqaviləsinin etibarsız olması ilə bağlı izahatlar vermişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-441/2018 saylı mülki iş materialları təhlil edilmiş və müəyyən edilmişdir ki, cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında 14 yanvar 2008-ci il tarixdə alğı-satqı müqabiləsi əsasında alıcı Bakı şəhəri, F.Bayramov küçəsi 115 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 566 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini almış, onun dəyəri olaraq satıcıya ümumi 873.000 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin nümayəndəsinin və eyni zamanda cavabdehin Çingiz Hüseyn-zadənin vəkili və nümayəndəsinin izahatları ilə müəyyən edilmişdir ki, 2016-cı il tarixdə Hüseyn-zadə Çingiz Muxtar oğlu özünə məxsus qeyriyaşayış sahəsini bölmək məqsədilə "xxxx" MMC-yə müraciət etmiş, onunla müqavilələr bağlamışdır. İstinad olunan müqavilələr əsasında Çingiz Hüseyn-zadə ona aid ünvanın 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair 2 fərqli Çıxarış əldə etmişdir. Çıxarışların birində qeyri-yaşayış sahəsi 360.5 kv.m, digərində isə 169.1 kv.m olmaqla göstərilmişdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehə məxsus 13 yanvar 2016-cı il tarixli müqavilənin etibarsızlığı ilə bağlı məhkəmə araşdırması zamanı hər hansı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı - ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında bağlanmış 408 saylı, 13 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında bağlanmış 408 nömrəli, 13 yanvar 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2590/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2590/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver