Məhkəmə qərarları › İş №2(011)-260/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-260/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-260/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı X4 cavabdehlər Cavabdeh və X7 qarşı “müqavilənin ləğvi və mənzilin qaytarılması edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və mənzilin qaytarılması edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzilə dair bağlanmış 04.07.2017-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyul ayında nəvəsinin müalicəsi üçün pul axtaran zaman müxtəlif şəxslərə müraciət etmiş, bu zaman İbrahimov Ramin adlı şəxs Cavabdeh borc ala biləcəyini, lakin girov olaraq ailəsinə məxsus evin lazım olduğunu demişdir. 14.000 manat müqabilində evi girov qoymaq barədə razılığa gəlmişdir. Ramin onu Cavabdeh ilə tanış etmişdir. Girov qoymaq məqsədilə aralarında mənzilin AN-1 No ******* saylı 04.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh ona notariat idarəsinin içərisində 14.000 manat vermişdir. Müqavilədə göstərilən 51474,43 manat ona bank vasitəsilə verilməmişdir. Daha sonra cavabdehə 1 il ərzində ayda 450 dollar, sonra yarım il 400 manat ödəmişdir. Beləliklə cavabdehin verdiyi 14.000 manat tam qaytarılmış, müqavilədə göstərilən 51474 ona verilməmişdir. Bundan başqa Cavabdeh X9 adlı şəxslə cinayət əlaqəsinə girərək 26.09.2019-cu il tarixdə kredit müqaviləsi ilə 77.000 manat alaraq onun əsasında ona məxsus evi özgəninkiləşdirmişlər. Ayaz Məmmədov uzun müddət evə dair ödəmələri etməyi yoldaşını məcbur etmişdir. Beləliklə ona 04.07.2017-ci il tarixli müqavilə əsasında ödənilməli olan pul ödənməmiş, həmçinin bir qrup şəxs olaraq fıktiv alqı-satqı edərək 77.000 manat bank vəsaitini mənimsəmişlər. Prosesin gedişində X10 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək İddiaçı onunla əvəz olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil birgə nikah dövründə alınmasına və İddiaçı ilə birgə mülkiyyəti olmasına baxmayaraq, onun adına qeydiyyatdan keçmidir və alqı-satqı müqaviləsi də onun adından etbarnamə əsasında yoldaşı tərəfindən imzalanmışdır. İddiaçı ərizə verərək özünün X10 ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən əsl olmayan tərəf əsl iddiaçı X10 ilə əvəz olunmuşdur. Daha sonra iddiaçı X10 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 cavabdeh qismində cəlb olunmasını, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzilə dair AN-1 No ******* saylı 04.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzilə dair cavabdehlər arasında bağlanmış 27.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin ona qaytarılması barədə qətnamə çıxanlmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyib izahat verərək göstərmişdir ki, mülki iş üzrə 16.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iş materiallarında olan 04.07.2017-ci il tarixli, MUĞ 319725 nömrəli çekdəki imzanın onun tərəfindən icra edildiyini inkar etdiyinə görə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın nəticəsində məhkəməyə təqdim edilən 06.01.2022-ci il tarixli, 4/1866 nömrəli ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, sözügedən çekdəki imza İddiaçı tərəfindən icra olunmuşdur. Həmçinin 06.02.2022-ci il tarixdə iddiaçının vəkili tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim edilmişdir. Nə həmin ərizədə, nə də ki, iddia ərizəsində göstərilənlər öz təsdiqini tapmır. İddiaçının irəli sürdüyü dəlillər mülahizələrdən ibarətdir. Bununla yanaşı iddiaçı hər dəfə məhkəməyə yeni və əsassız ərizələr təqdim edərək işi yubadır, həm məhkəmənin, həm də tərəflərin vaxtını alır. Odur ki, mülki iş üzrə 08.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasınının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh X9 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh nümayəndəsinn izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Alıcı Cavabdeh və satıcı X10 arasında bağlanmış 04.07.2017-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzil alıcının mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, mənzildə qeydiyyatda olan İddiaçı həmin mənzilin satılmasına razı olduğunu bildirmişdir. X1 əvəzindən etibarnamə əsasında İddiaçı tərəfindən imzalanmışdır və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-855 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən "xxxx" ASC-nin 2 saylı şöbəsinə ünvanlanmış 04.07.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəh., Yasamal ray., Telnov küç., ev 10, mən.9-də qeyd olan X6 ilə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 51474.43 manat məbləğində pulun 1474.43 manat vergi çixildıqdan sonra müvafiq müqavilə təsdiq edildikdən sonra qalan 50000 satıcı - X10 adından ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ39MUGA**********00001 AZM65 saylı Depozit hesabına qəbul olunması xahiş edilmişdir. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin 2 saylı şöbəsinin 11.10.2021-ci il tarixli cavab məktubdan və ona əlavə olunmuş 04.07.2017-ci il tarixli, MUĞ 319725 nömrəli çekdən görünür ki, İddiaçı qeyd olunan 50000 manat məbləğində pulu imza etməklə almışdır. Məhkəmənin 16.11.2021-ci il tarixli qərardadı ilə 04.07.2017-ci il tarixli MUĞ 319725 nömrəli çekdəki “çekdə göstərilən məbləği aldım” sözlərinin qarşısındakı imzanın İddiaçı tərəfindən icra olunmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 06.01.2022-ci il tarixli, 4/1866 saylı ekspert rəyinə əsasən 04.07.2017-ci il tarixli, MUĞ 319725 nömrəli çekdəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X9 və satıcı Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX HDQHDƏDR tərəfindən 06.07.2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinə əlavə edilmiş ərizələrin surətindən göründüyü kimi, mənzildə qeydiyyatda olan İddiaçı həmin mənzilin satılmasına və ipotekaya qoyulmasına razılığı, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya [məhkəmə yolu ilə) razılığı və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı və qeydiyyatdan çıxmağı barədə öhdəliyi notarial qaydada təsdiqlənmiş və notariat işinə əlavə edilmişdir. Beləliklə işin məhkəmə baxışında araşdırılmış halları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzilin mülkiyyətçisi X10 olmuş, həmin mənzili 51474.43 manata Cavabdeh satılmışdır. Müvafiq vergilər ödənildikdən sonra qalan 50000 manat məbləğində pul iddiaçının arvadı, onun adından etibarnamə əsasında hərəkət edən İddiaçı ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh və X10 arasında bağlanmış 04.07.2017-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eləcə də, kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X9 və satıcı Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qanunsuz və əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 06.01.2022-ci il tarixli, 4/1866 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 126 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı X4 cavabdehlər Cavabdeh və X7 qarşı “müqavilənin ləğvi və mənzilin qaytarılması edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat iddiaçı X2 tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən alındığı (təqdim olunduğu) gündən 1 ay müddətinə Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar