Məhkəmə qərarları › İş №2(011)-2608/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2608/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2608/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sayət-Nova kəndində anadan olması faktının müəyyən edilməsi və ata qrafasında X6, ana qrafasında isə X5 göstərilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X1 və anası X9 ailə qurmuşlar. O, onların ailə ittifaqından xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X1 xx.xx.2005-ci il tarixdə, anası X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hazırda doğum haqqında şəhadətnaməni arxiv sənədlərindən əldə edə bilmir. Doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurumu doğum haqqında şəhadətnamənin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi sonradan məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunun Sayət-Nova kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və ata qrafasında X6, ana qrafasında isə X5 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Ərizəçi qızıdır. Anası Ərizəçi Ermənistan Respublikasında 25 dekabr tarixində anadan olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən məhkəməyə məktub ünvanlanaraq, işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı oluduğundan təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZ İİ № 305267 saylı, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21.1.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il 970 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ İ № 170959 saylı, xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il 1195 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 nikahı xx.xx.1995-ci il tarixində bağlanmışdır. Nikah haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sayət-Nova kəndində anadan olduğu qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. Ərizəçi xx.xx.1970-cı il tarixində Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olmuşdur. X2r.. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sayət-Nova kəndində anadan olmuş, X1, anası isə X10 olmuşdur. Odur ki, ərizəçinin doğumun qeyd edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi Qasımova (əvvəlki soyadı Abbasova) Məhbubə Bahadur qızının ərizəsi təmin edilsin. X4 xx xxxxxx 1970-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sayət- Nova kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. X4 doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında X1, anası X3 qeyd edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar