Məhkəmə qərarları › İş №2(011)-2614/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2614/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2614/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan övladlarının Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 17 saylı evin 9 saylı mənzilinə dair istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, keçmiş ailə üzvü olan İddiaçı onun mülkiyyətində olan mənzilin yaşayış hissəsindən istifadə hüququna və yaşama hüququna xitam barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 19.03.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun və 2003-cü il təvəllüdlü X1 və 2009-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzilinə dair istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi, qarşılıqlı iddia üzrə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 19.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı, MH seriyalı №0110449 nömrəli çıxarışa əsasən, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilinə yaşama və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 12 avqust 2004-cü ildə tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, həmin ildən mənzilə köçərək orada yaşayır, birgə nikahdan 2 övladları var, 2003-cü il təvəllüdlü X3 və 2009-cu il təvəllüdlü X4, o, ailə üzvləri ilə birgə ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadırlar, hazırda əşyaları həmin mənzildədir, daimi yaşayış yerləri yoxdur, Cavabdeh tərəfindən heç bir səbəb olmadan yaranan söz-söhbətlər ailədə narazılıqlara gətirib çıxarmışdır, buna səbəb Cavabdeh onu döyməsi olmuşdur, o da yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmışdır, lakin cehiz və qızıl əşyaları ona verilməmişdir, sözügedən mənzil onun yeganə yaşayış yeridir, onun başqa yeri yoxdur, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması və 2003-cü il təvəllüdlü X3 və 2009-cu il təvəllüdlü X2 İddiaçı yanında qalması qət edilmişdir, maddi vəziyyəti çox ağır olduğuna görə yaşayış yeri tapa bilmir, yetkinlik yaşına çatmayan övladları ilə birgə acınacaqlı vəziyyətə düşmüşdür, bu səbəbdən hesab edir ki, Cavabdeh tərəfindən onun və övladlarının mübahisəli mənzilə köçürülməsi qanunamüvafiqdir, bununla yanaşı İddiaçı müvafiq məbləğdə kompensasiya verilsə köçürülmə ilə razıdır, amma bu məbləğ hazırki dövrün tələblərinə uyğun olmalıdır, cavabdehin təklif etdiyi 5000 manat bu məqsədlə çox azdır. Sonda L.N.Mansurova ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh keçmiş ailə üzvü olmuşdur, onlar nikaha daxil olan 2002-cü il tarixdən mübahisəli mənzildə birgə yaşayıb, bir təsərrüfat aparmışlar, onlar ailə qurduqdan sonra 2004-cü ildə nikaha daxil olmuşlar, mənzil 2002-ci ilə qədər kirayə müqaviləsi əsasında Təyyarın atasının adına olmuşdur, onun vəfatından sonra isə 2002-ci ildən İcra Hakimiyyətinin sərəncamı əsasında həmin mənzil kirayə müqaviləsi bağlanmaqla Cavabdeh adına rəsmiləşdirilmiş, 14.12.2007-ci il tarixdən isə onun adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir, İddiaçı 9 aprel 2020-ci il tarixinədək həmin mənzildə yaşayıb və heç vaxt oradan qovulmayıb, hətta İddiaçı valideyni, qardaşları rayondan Bakıya gələndə günlərlə, həftələrlə ona məxsus həmin mənzildə yaşamışlar və o, heç vaxt buna görə onları günahlandırmamışdır, lakin 9 aprel 2020-ci il tarixində, heç bir ciddi səbəb olmadan İddiaçı onun barəsində polisə şikayət etmiş, 2 azyaşlı övladını da götürüb, kirayədə yaşayan bacısının evinə getmişdir, bugünədək də orda yaşayır, heç kim təminat verə bilməz ki, İddiaçı sözügedən mənzilə köçəndən sonra yenidən Cavabdeh polisə şikayət etməyəcək, İddiaçı şərləmə əməllərini davam etdirərək ona mənəvi və fiziki təsirlər göstərəcək, çünki Cavabdeh ağır epilepsiya xəstəsidir və 1-ci qrup əlildir, bununla əlaqədar ona daim qayğı göstərən birinə ehtiyacı var, ona görə də o, yenidən ailə həyatı qurmaq niyyətindədir, onun səhhətinin pisləşdiyi vaxtda İddiaçı onun həyatına qəsd etməsini nəzərə alaraq onunla bir mənzildə yaşaması mümkün deyil, ona qarşı inamı tamamilə itmişdir, hətta ondan şübhələnir, çünki ətrafında tanımadığı, şübhəli insanlar var ki, gecə yarıları saatlarla onlarla nəyinsə müzakirəsini aparır və soruşduqda bu barədə Cavabdeh düzgün məlumatlar vermir, İddiaçı iddia ərizəsində Cavabdeh onun cehiz və qızıl əşyalarının olduğunu və həmin əşyaların ona verilmədiyini bildirir, lakin həmin cehiz əşyasının adını, qızıl əşyasının nədən ibarət olduğunu qeyd etmir və həmin əşyaların olmasını təsdiqləyən şəxsləri göstərmir, çünki onun qeyd etdiyi faktlar yalandır, Cavabdeh elektrik işini bilirdi, bu səbəbdən xəstə olsa da, həmin mənzilin təmir işlərini özü edib, əgər İddiaçı iddiası təmin olunarsa Cavabdeh səhhəti pisləşəcək, bu səbəbdən kompensasiya təklifini edərək bildirdi ki, mənzilə köçürülmə olmaması üçün 5000 manat ödəyə bilər. Sonda S.S.Abbasov ilkin iddia tələbinin rədd, qarılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.12.2020-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh və İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadırlar İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3365/2020 saylı 29.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 12 avqust 2004-cü il tarixdə 821 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, 10 oktyabr 2003-cü il təvəllüdlü X1 və 27 sentyabr 2009-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 10 oktyabr 2003-cü il təvəllüdlü X1 və 27 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 02.08.2013-cü il tarixli, 079891 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ümumi xəstəlik səbəbi ilə 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 18 dekabr 2020-ci il tarixində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinə ünvanladığı 7115 nömrəli məktubun surətindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin 02.12.2020-ci il tarixli, 757 saylı göndərişinə əsasən, xx.xx.1976-cı təvəllüdlü Cavabdeh 18.12.2020-ci il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona üzvi (epilepsiya nəticəsində yaranmış) kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu, yaddaş və intellektin enməsi ilə F07 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində istifadədə olan 0,0672 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 64,73 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 603 nömrəli reyestr kitabının 55422 nömrəli vərəqində, 14.12.2007-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə ünvanladığı 06.05.2021-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, 9 saylı mənzil Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyəti Başçısının 15.06.2002-ci il tarixli m-511 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki 17 saylı evin, yaşayış sahəsi 46,73 kv.m olan 3 otaqlı, 9 saylı mənzilin kirayə müqaviləsi Cavabdeh ilə bağlanmış və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilərək ailə tərkibi 6 nəfər olmaqla Cavabdeh mənzilin kirayəçisi hesab olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 89 saylı Mənzil Kommunal İstismar Sahəsinin 04.12.2007-ci il tarixli 373 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh M.Rüstəmov küçəsindəki 17 nömrəli, 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 46,73 kv.m sahəsi olan 3 otaqlı, 9 nömrəli mənzildə yaşayır və orada daimi qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil 2007-ci ildən tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, İddiaçı onun razılığı əsasında ailə üzvü olaraq həmin mənzilə 2002-ci ildən etibarən köçmüşdür, tərəflərin birgə nikahdan 10.10.2003-cü il təvəllüdlü X3 və 27.09.2009-cu il təvəllüdlü X4 doğulmuşdur, onlar mübahisəli mənzildə pasport qeydiyyatındadırlar, tərəflər arasında nikaha 2020-ci il tarixdə xitam verilmişdir, ailə münaqişəsi zəminində İddiaçı 2020-ci ilin aprel ayında öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzili tərk edərək getmişdir, iddiaçı hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması və mənzildən istifadə edə bilməməsi Cavabdeh yaratdığı maneələrlə əlaqədardır. İddiaçının və onun uşaqlarının mənzildən istifadə hüququnun itirilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2002-ci il tarixdən yarandığından və o, Cavabdeh ailə üzvü hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsinə mane olan hallar Cavabdeh tərəfindən yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, nə qədər ki, İddiaçı və onun uşaqlarının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, onların həmin mənzildən ədalətli kompensasiya ödənilmədən çıxarılması tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il, 11.07.2014-cü il və 30.11.2018-ci il Qərarları). Konstitusiya Məhkəməsinin digər bir mövqeyinə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il və 27.05.2008-ci il Qərarları). Konstitusiya Məhkəməsinin digər bir mövqeyinə görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 2001-ci il 27 iyul tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə. Hüseynov və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29.01.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, 9 saylı mənzilə İddiaçı və azyaşlı övladları 10.10.2003cü il təvəllüdlü X3 və 27.09.2009-cu il təvəllüdlü X2 istifadə hüququ tanınmalı, onlar həmin mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı, 10.10.2003-cü il təvəllüdlü X3 və 27.09.2009-cu il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 17 saylı evin, 9 saylı mənzilinə istifadə hüquqları tanınsın. İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları 10.10.2003-cü il təvəllüdlü X3 və 27.09.2009-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, 9 saylı mənzilinə köçürülsünlər. Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar