Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2614/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair "Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh arasında “daşınmaz əmlakın alqı-satqına dair bağlanmış AN-İ № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız sayılması və onun adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəməyə yazılı vəsatətlə müraciət edərək, hazırkı 2(011)-2614/2023 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin digər hakimi İlahə Abbasovanın icraatında olan 2(011)-3568/2023 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatında olan 2(011)-3568/2023 saylı işə birləşdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi 25 aprel 2023-cü il tarixli, 2(011)- 3568/2023 saylı qərardadla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatına qəbul edilmişdir. Həmçinin, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi də, Məhkəmənin (hakim Pərviz Zamanlı) xx.xx.2023cü il tarixli, 2(011)-2614/2023 saylı qərardadı ilə icraata götürülmüşdür. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) icraatında olan 2(011)-2614/2023 saylı iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatında olan 2(011)-3568/2023 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, cavabdehin nümayəndəsinin və vəkilinin icraatın birləşdirilməsi barədə yazılı vəsatəti olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatında olan 2(011)-3568/2023 saylı işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar üzrə mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız sayılması” tələbi barədə iddiasına dair 2(011)-2614/2023 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiası üzrə 2(011)-3568/2023 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2614/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2614/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver