Məhkəmə qərarları › İş №2(011)-2646/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2646/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2646/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümatəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 16050 manat pulun tutulaqraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2542/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx” LTD MMC cavabdehlər İddiaçı, Azərbaycan Respublikası X9 Komitəsinə və Azərbaycan Respublikası X9 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Hərrac Protokollarının, Müəssisənin (obyektin) Alqı-Satqı müqavilələrinin etibarsız hesab edilməsi, Dövlət Reyestrində aparılmış Qeydiyyatın və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək xx.xx.2018-ci il tarixli 10/02 və 10/03 nömrəli Hərrac protokolları və Azərbaycan Respublikası X9 Komitəsi ilə İddiaçı arasında bağlanılmış Müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı xx.xx.2018-ci il tarixli ******* nömrəli və RX seriyalı xx.xx.2018ci il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13818/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apelyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Ali məhəkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-2432/2020 saylı Qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirlmədən qüvvəsində saxlanılmışdır. Tərəfindən sahəsi 8.2 kv.m olan qeyri-yaşayış sahəsinə görə 2600 manat, sahəsi 43.8 kv.m olan qeyri-yaşayış sahəsinə görə isə 13450 manat olmaqla cəmi 16050 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X9 Komitəsinin nümayəndəsi X10 iddianı qismən qəbul edərək bilidirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış sahələri xx.xx.2018-ci il tarixli, 3886 və 3890 nömrəli alqısatqi müqavilələrinə əsasən İddiaçı tərəfindən özəlləşdirilmiş, iddiaçı qeyd edilən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi zamanı 16050 manat ödəmişdir. Həmin vəsaitin 25%-nin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin, qalan 75%-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülmüşdür. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyri-yaşayış sahələrinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 16050 manat vəsaitin 25 %-i AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və 75 %-i Azərbaycan Respublikası Maliyyə Nazirliyindən geri qaytarılaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hebir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2432/2020 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2542/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx” LTD MMC cavabdehlər İddiaçı, Azərbaycan Respublikası X9 Komitəsinə və Azərbaycan Respublikası X9 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Hərrac Protokollarının, Müəssisənin (obyektin) Alqı-Satqı müqavilələrinin etibarsız hesab edilməsi, Dövlət Reyestrində aparılmış Qeydiyyatın və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək xx.xx.2018-ci il tarixli 10/02 və 10/03 nömrəli Hərrac protokolları və Azərbaycan Respublikası X9 Komitəsi ilə İddiaçı arasında bağlanılmış Müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı xx.xx.2018-ci il tarixli ******* nömrəli və RX seriyalı xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13818/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apelyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Ali məhəkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-2432/2020 saylı Qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirlmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətinin İddiaçı ünvanladığı dekabr 2020-ci il tarixli, **********01 saylı məktubundan göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı ödənilmiş 16050 manatın geri qaytarılmasına dair iddiaçının müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, qeyd edilən əmlakların özəlləşdirilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin ona qaytarılması məhkəmə qərarında qeyd edilməmişdir. Eyni zamanda, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti döviət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olması bildirilmişdir. Beləliklə, işin qeyd olunan məhkəmə instansiyalarında müəyyən olunan halları ondan ibarət olmuşdur ki, xx.xx.2018-ci il tarixdə Komitə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 26 ünvanında yerləşən və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan “istifadəsiz qeyri-yaşayış sahələri”nin özəlləşdirilməsi ilə bağlı qərar verilmiş, həmin ünvanda yerləşən zirzəminin 8.2 kv.m. hissəsi 2600 manata, 43,8 kv.m. hissəsi 13450 manata hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 10/02 nömrəli və 10/03 nömrəli hərraclar keçirilmiş, hərraclarda İddiaçı qalib gəlmiş, xx.xx.2018-ci il tarixdə onunla Komitə arasında “Müəssisənin (obyektin) alqı-satqı müqavilələri” bağlanmış, xx.xx.2018-ci il tarixdə isə əmlaklara dair çıxarışlar verilmişdir. Keçirilmiş hərracın nəticələri və alqı-satqı müqavilələri etibarsız hesab edilmiş və verilmiş çıxarışlar ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edllmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumlann ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalardaxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmiakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinln ödənilməsl məqsədi ilə X9 Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövİət X8 üzrə Dövlət Komitəsinin (X9 Xidmətinin) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsində müəyyən ediimişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı iiə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş xx.xx.2018-ci il tarixli, 3886 və 3890 saylı alqı-satqı müqavilələrinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin təiəblərinə əsasən həmin əqddən əldə olunən vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respubiikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxsiər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respubiikasının səlahiyyətlərini onun hüquqi şəxsiər olmayan orqanları həyata keçirirlər. Bu baxımdan konkret əqd üzrə hüquq münasibətlərində dövlətin səlahiyyətlərini hansı orqanının həyata keçirilməsindən asılı oimayaraq, etibarsız əqd üzrə dövlət büdcəsinə ödənilmiş vəsait həmin pulu ödəmiş şəxsə qaytarılmalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlərə restitusiyanın tətbiqi tərəflərin hər hansı təqsirli hərəkətərinin olub-olmamasından asılı edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qeyriyaşayış sahələrinə görə ödənilmiş 16050 manat məbləğində pulun 25 %-i, yəni 4012,50 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətindən, 75 %-i, yəni 12037,50 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 26 ünvanında yerləşən qeyriyaşayış sahələrinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 16050 (on altı min əlli) manat pulun 25 %-i, yəni, 4012,50 (dörd min on iki manat 50 qəpik) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətindən, 75 %-i, yəni, 12037,50 (on iki min otuz yeddi manat 50 qəpik) manat hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar