Məhkəmə qərarları › İş №2(011)-2685/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2685/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2685/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Məhərləmov (Məhərrəmov) Sülfəddin Əbdüləzim oğlunun doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə soyad hissəsində "Məhərrəmov", ad hissəsində "Sülfəddin", "Doğum tarixi" qrafasında "xx.xx.1956-cı il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası Amasiya rayonu", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata adı" qrafasında "X2", "Ana adı" qrafasında "X7" yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə Ermənistanın Amasya rayonunun Əzizbəyov kəndində anadan olmuş, valideyinləri- X1 və anası X7 ona doğum haqqında şəhadətnamə almışdırlar. Şəhadətnamə alınarkən soyadı “Məhərrəmov" kimi qeyd edilmişdir. Lakin hal-hazırda şəxsiyyət vəsiqəsində Ərizəçi Obdüləzim oğlu kimi qeyd edilmişdir. Hazırda Ermənistanın Amasya rayonunun Əzizbəyov kəndindən məcburi köçkün kimi Bakı şəhəri. Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 15, 57 saylı mənzildə məskunlaşaraq öz ailəsi ilə birlikdə yaşayır. 1988-ci ildə sənədlərini götürə bilməmişdir. Məlum səbəblərə görə Ermənistanın Amasya rayonunun Əzizbəyov kəndinə gedə bilmir və doğum haqqında şəhadətnaməmin təkrar sürətini ala bilmir. X1 xx.xx.2007-ci il tarixdə, anası X7 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəşinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə imtina edərək bildirilmişdir ki, xx.xx.1956-cı ildə Ermənistanın Amasya rayonunun Əzizbəyov kəndində doğum akt qeydi açıldığından Bakı Şəhər Maraqlı şəxsndə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır və doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəmyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X8 ifadə verərək ərizəçinin öz ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etdiklərini göstərdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan, Amasya rayonunda anadan olmuşdur. ünvan 1ov küçəsi, ev 15, 57 saylı mənzil ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 2810 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi Ermənistanın Amasya rayonunun Əzizbəyov kəndindən qaçqın kimi qeydiyyata alınmışdır İ-SL seriyalı, 257180 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında nikah xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasya rayonunun Əzizbəyov kənd sovetində bağlanmış və 6 nömrə ilə qeyd olunmuşdur. Şəhadətnamədə ərizəçinin doğum tarixi “xx.xx.1956-cı il”, soyadı “Məhərrəmov” kimi qeyd edilmişdir. ZJ seriyalı, 198622 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 arasında nikah xx.xx.1954-cü il tarixdə Ermənistanın Amasya rayonunun Əzizbəyov kənd sovetində bağlanmış və 1 nömrə ilə qeyd olunmuşdur. AZ-İ seriyalı, 269213 saylı və 826164 saylı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrə əsasən müəyyən olunur ki, ərizəçinin bacısının və oğlunun soyadları “Məhərrəmov” kimi qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 634-05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən ollduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri və konsulliq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərbası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Kifayət qədər zəruri sənədlər təqdim edə bilmədiyi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsiz tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan, Amasya rayonunun Əzizbəyov kəndində anadan olması faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Məhərləmov (Məhərrəmov) Sülfəddin Əbdüləzim oğlunun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə soyad hissəsində "Məhərrəmov", ad hissəsində "Sülfəddin", "Doğum tarixi" qrafasında "xx.xx.1956-cı il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası Amasiya rayonu", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata adı" qrafasında "X2", "Ana adı" qrafasında "X7" yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar