Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2694/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktin müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X1 uşaqlıqdan onurğanın döş tipli skoliozu xəstəliyinə tutulması ilə əlaqədar 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının tanınmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ərizəçinin oğlu X2 uşaq yaşlarından skalioz xəstəliyinə tutulmuş və xəstəliyi ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 2 saylı Uşaq Poliklinikasında 18 yaşı tamam olana kimi müəlicə almış və 18 yaşı tamam olandan sonra isə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində müalicəni davam etdirmişdir. Bu barədə müvafiq sənədlərin Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş, lakin komissiya tərəfindən ərizəçinin oğluna pensiya təyin edilərkən onun uşaqlıqdan onurğanın skaliozu xəstəliyinə tutulması səbəbindən əlil olması və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı tanınmamışdır. Daha sonra ərizəçi qeyd edilən faktın tanınması üçün 30.01.2021-ci il tarixə ərizə ilə əvvəlcə özünun, 09.08.2021-ci il tarixli ərizə ilə isə oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiklərinə baxmayaraq Agentlik tərəfindən ərizəçinin oğlunun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olmasının tanınmasında imtina edilmişdir. Məhkəhmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Bu səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizə, son nəticədə, şəxsin əlilliyinin səbəbinin və müddətinin müəyyən edilməsi ilə bağlı olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən isə şəxsin əlilliyi səbəbi, dərəcəsi və müddətinin müəyyən edilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, ərizənin yolvərilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə izah edir ki, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi ilə bağlı, həmçinin əlilliyin qiymətləndirilməsi barədə qərardan narazı qalan şəxs Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada məhkəməyə verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi X1 uşaqlıqdan onurğanın döş tipli skoliozu xəstəliyinə tutulması ilə əlaqədar 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının tanınmasına dair ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə izah olunsun ki, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi ilə bağlı, həmçinin əlilliyin qiymətləndirilməsi barədə qərarla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət edə bilər. Qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiiyi gündən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2694/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2694/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver