Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2701/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının katibliyi, iddiaçı İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə açıq iclasda iştirak baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iddiaçı xüsusi mülkiyyətində, ailə üzvlərinin isə qanuni istifadəsində olan yaşayış sahəsinə - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi tikilisinin iddiaçıya aid hissəsinə görə ədalətli kompensasiyanın –həmin evin Cavabdeh MMC tərəfindən söküləcəyi yerdə həmin tikinti şirkəti tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasında bir ədəd 2 və ya 3 otaqlı mənzilin verilməsi, mənzil təhvil verilənədək hər ya 700 manat aylıq kompensasiya məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslandığı dəlillər: İddiaçı ünvan 2 ünvanında yerləşən 0,0208 ha ölçülü torpaq sahəsində yerləşən 176,5 kv.m. ölçülü fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biridir. İddiaçının əmlakın 48/384 hissəsi, yəni 1/8 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı və ailə üzvləri (iddiaçının himayəsində olan X4, həyat yoldaşı X6, övladları X8 və X7) həmin ünvanda qeydiyyatdadırlar. Hal-hazırda söküntütikinti işləri ilə bağlı olaraq məcburiyyət qarşısında qalıb bağ evinə köçmüşdürlər. Məlumatına görə, Yasamal rayonu Balabala Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, köhnə tipli yaşayış evlərinin və qeyri yaşayış sahələrinin yerləşdiyi ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə müvafiq səlahiyyətli orqanlar tərəfindən Cavabdeh MMC-yə verilmişdir. Eləcə də, ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə yalnız ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa catdırıldıqdan sonra, yaxud onlara müvafiq kompensasiyalar ödənildikdən sonra icazə verilmişdir. İndiyə kimi, iddiaçı ilə nə danışıq aparan olub, nə də əlaqə saxlayan olmamışdır. Halbuki iddiaçının mülkiyyət hüququ var, bu hüquq dövlətin və qanunvericiliyin qoruması altındadır. Neçə müddət idi ki, iddiaçı xəstə idi, məhəlləyə gələ bilmirdi. Bu günlərdə məhəlləyə getdiyi zaman ərazinin artıq hasarlandığını və söküntü işlərinin aparıldığının şahidi olmuşdur. İddiaçı 2023-cü ilin dekabr ayının əvvəllərində cavabdeh hüquqi şəxsə ərizə ilə müraciət edərək, xüsusi mülkiyyət hüququnun nəzərə alınaraq, iddiaçı ilə müqavilə bağlanmasını və şərtlərin müəyyən edilməsini, iddiaçıya müvafiq kompensasiyanın ödənilməsini xahiş etmişdir. Eləcə də, məktubda bildirmişdir ki, iddiaçı mülkünün –tikilinin və yerləşdiyi torpaq sahəsinin 1/8 hissəsinin bazar qiyməti ilə kompensasiyanın ödənilməsini istəyir. İddiaçı ilə 3 gün müddətində əlaqənin saxlanılmasını və danışıqlara dəvət edilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, mülkiyyət hüququnun itirilməsinin əvəzi olaraq iddiaçı ədalətli kompensasiya ödənilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən söküləcəyi yerdə həmin Tikinti Şirkəti tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının ailəsi ilə birlikdə iddiaçıya bir ədəd 2 və ya 3 otaqlı təmirli mənzil, yaxud 33,8 kv.m-lik əmlak payı hissənin 300 manatdan dəyəri – 101,400 manat ödənilməlidir. Mülkiyyətçi olaraq iddiaçının razılığı alınmadan tikinti şirkətinin evin ərazisini harasa alması və buranı sökməyə başlaması tamamilə əsassızdır. Əvvəla ona görə ki, iddiaçının tikili və torpaq sahəsi üzərində mülkiyyət hüquqları vardır. Bu hüquqlar münahisələndirilmədən, qanunvericiliklə müəyyən edilmiş əsaslarla itirilmədən, yaxud itirilmiş hesab edilmədən iddiaçının evdən çıxarılması yolverilməzdir və bununla bağlı hər hansı hərəkət də qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında cavabdeh şirkət tərəfindən iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsaslarına yaranmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 12/384 hissədə Bunyat-zadə Sahib Eynulla oğlunun, 48/384 hissədə Bunyat-zadə Rəşad Adil oğlunun, 48/384 hissədə İddiaçı, 12/384 hissədə Cavabdeh MMC-nin, 96/384 hissədə X2, 12/384 hissədə isə Bünyat-zadə Sərxan Eynulla oğlunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 217 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarını rəhbər tutaraq, Cavabdeh MMC-nin müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6 –cı maddələrini ,Azərbaycan Respublikası Dövlət Şəhərsalam və Arxitektura Komitəsinin 17 iyul 2020-ci il tarixli, xx/xx-2763 nömrəli və 24 avqust 2020-ci il tarixli xx/xx- 3355 nömrəli razılaşma məktublarını, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 153 nömrəli, xx.xx.2019-cu il tarixli 251 nömrəli və xx.xx.2019-cu il tarixli 372 nömrəli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 29150 nömrəli ekspertiza rəyini nəzərə alaraq Yasamal Rayonu, Balabala Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə Cavabdeh MMC-y müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmiş, ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə icazə verilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı aşkar edilmişdir ki, iddiaçı və digər mülkiyyətçilərə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ətrafında olan evlər sökülsə də, qeyd edilən evin söküntü işlərinə başlanmamışdır. Evin qapısı kilidli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddiaçının həmin evdə yaşamadığını bildirmişdir. Evin qapısı kilidli olduğuna görə, evə daxil olub, evin içərisində müayinənin aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllə Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Maddə 17. Ərazi planlaşdırılmasının təyinatı 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə Nazirlər Kabinetinin Qərarını rəhbər tutaraq, onun icrası məqsədi ilə həmin rayonun Yasamal Rayonu, Balabala Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə Cavabdeh MMC-y müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncama əsasən, ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə icazə verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən ərazilərdə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədi ilə mövcud tikililərin sökülməsinə, yalnız Cavabdeh MMC tərəfindən həmin ərazidə yerləşən ünvanlarda sakinlərin qarşılıqlı razılaşma müqaviləsində əsasən köçürülməsi başa çatdıqdan sonra icazə verilmişdir. Bu cür razılaşma əldə edilmədiyincə sakinlərin mülkiyyətində olan əmlakın sökülməsi və ya əmlakın məhv edilməsinə qanunvericilik yol vermir. Digər tərəfdən məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı iddiaçının paylı mülkiyyətində olan evin hasara alınmadığı və həmin ev üzrə söküntü işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə onun xüsusi mülkiyyətində, ailə üzvlərinin isə qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi tikilisinin iddiaçıya aid hissəsinə görə ədalətli kompensasiyanın ödənilməsi ilə bağlı məsələ tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə bağlamaq yolu ilə həll edilməli olduğu halda, bu cür müqavilənin bağlamaq vəzifəsinin cavabdehin üzərinə məhkəmə tərəfindən qoyulması üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iddiaçı xüsusi mülkiyyətində, ailə üzvlərinin isə qanuni istifadəsində olan yaşayış sahəsinə - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi tikilisinin iddiaçıya aid hissəsinə görə ədalətli kompensasiyanın –həmin evin Cavabdeh MMC tərəfindən söküləcəyi yerdə həmin tikinti şirkəti tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasında bir ədəd 2 və ya 3 otaqlı mənzilin verilməsi, mənzil təhvil verilənədək hər ya 700 manat aylıq kompensasiya məbləğinin ödənilməsi tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iddiaçı xüsusi mülkiyyətində, ailə üzvlərinin isə qanuni istifadəsində olan yaşayış sahəsinə - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi tikilisinin iddiaçıya aid hissəsinə görə ədalətli kompensasiyanın –həmin evin Cavabdeh MMC tərəfindən söküləcəyi yerdə həmin tikinti şirkəti tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasında bir ədəd 2 və ya 3 otaqlı mənzilin verilməsi, mənzil təhvil verilənədək hər ya 700 manat aylıq kompensasiya məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2701/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2701/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver