Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2706/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək tələbində göstərmişdir ki, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.20254-cü il tarixdə X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi əvəzinə səhvən 69-cu maddənin 3-cü hissəsinə əsasən xitam rəsmiləşdirilmiş və elekron imza vasitəsilə imzalanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəlişin edilməsi ilə bağlı ona köməklik göstərilməsini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinə müraciət etmişdir. Onun müraciətinə Xətai Rayon Sukanal İdarəsidə baxılmış və iddiaçının xahişinin həlli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfində xx.xx.2024-cü il tarixdə cavab məktubu göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam maddəsinin dəyişdirilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Müraciətdə qeyd olunan məsələnənin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər. İddiaçı məhkəmə üçün lazımi sənədləri toplamaq üçün ilk əvvəl mediasiya təşkilatına müraciət etmişdir. Tərəf 13 saylı Mediasiya Təşkilatında iştirak etmədiyi üçün ona arayış və ödədiyi pulun qəbzi təqdim edilmiş və izah olunmuşdur ki, bundan sonra məhkəməyə müraciət edə bilər. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəlişin edilməsi, öhdəliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 "xxxx" ASC Xətai Rayon Sukanal İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia tələbində qeyd etdiyi hallar həqiqəti əks etdirir. Belə ki, İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi arasında 03 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 06 mart 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi əvəzinə səhvən 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam rəsmiləşdirilmiş və elektron imza vasitəsilə imzalanmışdır. Bu səbəbdən iddianın təmin edilməsinə etirazları yoxdur. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş Əmək müqaviləsinin ləğv edilməsi haqqında 06 avqust 2024-cü il tarixli, 122-k nömrəli əmrin surətindən görünür ki, İddiaçı – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidməti üzrənin qəza-bərpa işləri üzrə çilingəri ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 06 avqust 2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 3 il 2 ay 1 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən "xxxx" ASC-də 3 il 2 ay 1 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 0,9 misli miqdarının 26 təqvim gününə düşən hissəsinin bir dəfəyə ödənilməsi, 03 iyun 2023-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxx0002X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC Xətai rayon Sukanal idarəsini işçisi İddiaçı ilə (FİN xxxxxxx) 03 iyun 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə 06 avqust 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi əvəzinə səhvən 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam rəsmiləşdirilmiş və elektron imza vasitəsilə imzalanmışdır. İddiaçı (FİN xxxxxxx) 06 avqust 2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişində düzəliş edilməsinə müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsinin rəhbərliyinə ünvanlanmış 23 sentyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, “Əmək və Məşğulluq” altsisteminə İddiaçı adına daxil edilmiş xitam əmrində xitam əsasının dəyişdirilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamə”yə əsasən Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə xitam maddəsinin dəyişdirilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra bu məcəlləyə istiad olunacaq) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 2 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 3 (4-1-ci hissə). Əmək Məcəlləsinin 3-cü maddəsi müəyyən edir ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, İşəgötürən isə — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş Əmək müqaviləsinin ləğv edilməsi haqqında 06 avqust 2024-cü il tarixli, 122-k nömrəli əmrə əsasən İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi arasında 03 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 06 avqust 2024-cü il tarixdən ləğv edilmişdir. Lakin cavabdeh tərəfindən 06 mart 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi əvəzinə səhvən 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam rəsmiləşdirilmiş və elektron imza vasitəsilə imzalanmışdır. İşin bu faktiki halı cavadeh tərəfindən etiraf edilmişdir, həmçinin nümayəndə qeyd etmişdir ki, bildirişə düzəlişin ediməsi onların texniki imkanları xaricində olduğundan məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara, işin faktiki hallarına və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 06 avqust 2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə “İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi arasında 03 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 06 mart 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir kimi” düzəliş edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilsin. X2 06 avqust 2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə “İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 Xətai Rayon Sukanal İdarəsi arasında 03 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir kimi” düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2706/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2706/2025
14.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver