Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2759/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədə xx.xx.1982-ci il təvəllüdlü X1 ölmüş elan edilməsinin ərizəçiyə nə məqsədlə lazım olduğu göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməlidir. Həmçinin məhkəməyə təqdim edilmiş ərizədə maraqlı şəxs olaraq Bakı şəhəri Xətai Rayon Qeydiyyat İdarəsi qeyd edilmişdir. Lakin hazırda belə adla bir orqan fəaliyyət göstərmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları iddia ərizəsində göstərilməlidir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, işdə iştirak edən şəxslərin adları iddia ərizəsində düzgün göstərilmədiyindən, onun məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi də mümkün olmayacaqdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəxsin ölmüş elan edilməsi faktının təsdiq olunmasının ona nə üçün lazım olmasını göstərməməsi və maraqlı şəxsin adını düzgün qeyd etməməsi ərizənin geri qaytarılması üçün əsasdır. Buna görə də ərizəçinin iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ödənilmiş dövlət rüsumu büdcədən ərizəçiya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-2759/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 13 mart 2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:45-də qurtardı. Protokol 13 mart 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2759/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2759/2023
13.03.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver