Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2761/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus cehiz əşyalarının mənzildən cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı onun və övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqları 5 (beş) il müddətinə saxlanılmaqla həmin evə köçürülmələri barədə ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh “cavabdehə məxsus cehiz əşyalarının mənzildən cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsində yerləşən 17 saylı evin 141 saylı mənzildən qarşılıqlı iddia tələbi üzrə cavabdehə məxsus olan 1 ədəd paltar dolabı (dəhliz üçün), 1 ədəd oturacaqlı ayaqqabı dolabı (dəhliz üçün), 1 ədəd elektron kamin (dəhliz üçün), 1 ədəd 12 şamdanlı çilçıraq (dəhliz üçün), 2 ədəd 1 lampalı kiçik çilçıraq (dəhliz üçün), 1 ədəd mətbəx mebel dəsti, 1 ədəd “Hotpoint Ariston” markalı qabyuyan (mətbəx üçün), 1 ədəd qaz sobası (mətbəx üçün), 1 ədəd “De Dietrich” markalı aspirator, 1 ədəd “Javel” markalı qaz peçi, 1 ədəd “Hitachi” markalı soyuducu (mətbəx üçün), 1 ədəd “Hotpoint Ariston” markalı mikrodalğalı soba (mətbəx üçün), 1 ədəd mətbəx masası, 6 ədəd oturacaq (mətbəx üçün), 1 ədəd yumşaq divan (mətbəx üçün), 1 ədəd 15 şamdanlı çilçıraq (mətbəx üçün), 2 ədəd pərdə (mətbəx üçün), 1 ədəd “Hotpoint Ariston” markalı paltaryuyan maşın, 1 ədəd yemək masası (qonaq otağı üçün), 10 ədəd oturacaq stul (qonaq otağı üçün), 2 ədəd yumşaq divan (qonaq otağı üçün), 2 ədəd kreslo (qonaq otağı üçün), 1 ədəd orta ölçülü masa (qonaq otağı üçün), 2 ədəd kiçik ölçülü masa (qonaq otağı üçün), 1 ədəd “Sony” markalı televizor (qonaq otağı üçün), 1 ədəd 15 şamdanlı çilçıraq (qonaq otağı üçün), 2 ədəd pərdə (qonaq otağı üçün), 1 ədəd paltar dolabı (yataq otağı üçün), 1 ədəd iki-yerli çarpayı (yataq otağı üçün), 1 ədəd yumşaq oturacaq (yataq otağı üçün), 1 ədəd güzgülü kamod (yataq otağı üçün), 1 ədəd 8 şamdanlı (yataq otağı üçün) çilçıraqdan ibarət cehiz əşyaların qarşılıqlı iddia tələbi üzrə cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması, 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia tələbi üzrə cavabdehdən tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının ikinci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Tərəflərin iddia ilə məhkəməyə müraciət etmək üçün ödədikləri dövlət rüsumları da tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi geri qaytarısın. İlk iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə birlikdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus cehiz əşyalarının mənzildən cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Qarşılıqlı iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2761/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2761/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver