Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2776/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Şəxiyyət vəsiqəsindəki məlumatlara əsasən ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Masis rayonunun Dostluq kəndində doğulmuşdur.
2. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/7-A- 132/2025 saylı məktubla onun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətindən imtina edilmişdir.
3. xx.xx.2004-cü il tarixdə ərizəçiyə məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol keçəsi, 7q, 43 saylı mənzildə yanğın baş vermiş, bu barədə xx.xx.2004-cü il tarixdə Xətai rayon DYTX tərəfindən akt tərtib edilmişdir. Aktda ərizəçiyə məxsus ev əşyaları ilə bərabər onun özünə və ailə üzvlərinə məxsus sənədlərin də yandığı qeyd edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi onun xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Masis rayonunun Dostluq kəndində doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın nüəyyən edilməsi, ata qrafasında X3, ana qrafasında X7 göstərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx.xx.1963-cü ildə Ermənistan SSR, Masis rayonu, Dostluq kəndində azərbaycanlı ailəsində doğulmuşdur. Ailədə 9 uşaq olmuşlar. Məlum hadisələrlə əlaqədar qaçqın düşərək Bakı şəhərinə köçmüş və işləmək üçün Rusiya Federasiyasına getmiş və lazımı hüquqi sənədləri də özü ilə aparmşdır. Özündən asılı olmayan səbəbdən doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda ata-anasından qalan mülklə bağlı ona doğum haqqında şəhadətnamə lazımdır.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, o, ərizəçinin xalası oğludur. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistanın Masis (Zəngibasar) rayonunun, Qaraqışlaq, indiki Dostluq kəndində anadan olmuşdur. Ərizəçinin X1, anası Abbasova (qızlıq soyadı Eminova) Gülşən Nağı qızıdır. Əizəçinin atası Şərur rayonun Aralıq kəndində, anası isə Zəngibasar rayounun Qaraqşılaq (Dostluq) kəndində anadan olmuşdur. Ərizəçinin hər iki valideyni Bakı şəhərində ölümşlər, hər ikisinin dəfnində iştirak etmişdir. Ərizəçinin evində yanğın hadisəsi baş vermişdir, ona görə də onlara məxsus sənədlər yanmışçdır.
10. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, ərizəçi onun xalası oğludur. O, xx.xx.1963-cü il tarixdə Ermənistanın Masis rayonunun Dostluq (Qaraqışlaq) kəndində anadan olmuşdur. X1, anası isə X6r. Ərizəçi ilə eyni kənddə yaşamışlar, bir məktəbə getmişlər. Ərizəçinin ata-anasını görmüşdür, onların hər ikisi Bakı şəhərində rəhmətə getmişlər.
11. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçi ərinin xalası oğludur. O, xx.xx.1963-cü il tarixdə Ermənistanın Masis rayonunun Dostluq kəndində anadan olmuşdur. X14, anası isə Gülşən xanımdır. Hər ikisini tanıyır və onlar Bakı şəhərində ölmüşlər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
15. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
17. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin doğum haqqında şəhadətnamənin alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/7-A- 132/2025 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür.
18. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixdə ərizəçiyə məxsus mənzildə yanğın hdisəsi baş vermiş, bu barədə Xətai rayon DYTX tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli aktda ərizəçiyə məxsus sənədlərin yandığı qeyd edilmişdir.
19. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
20. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasında doğulmuşdur.
21. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası Masis rayonunun Dostluq kəndində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməli, ərizəçiyə veriləcək doğum haqqında şəhadətnamədə onun X1, anası isə X7 qeyd edilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası Masis rayonunun Dostluq kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atası qrafasnda X3, anası X7 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış eleltron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı