Məhkəmə qərarları › İş №2(011)-2792/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2792/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2792/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1975-ci ildə Ermənistan SSR Masis rayonunun Sarvanlar kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum qeydinin ata qrafasında X1, ana qrafasında isə X8 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistan SSR Masis rayonunun Sarvanlar kəndində anadan olmuşdur, 1988-ci ildə valideynləri ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. 1988-ci ildən ərizəçi Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Onun atası 1951-ci il təvəllüdlü X1, anası isə 1955-ci il təvəllüdlü X5r. Onların hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ərizəçinin atası vəfat etmişdir, anası isə onunla birlikdə yaşayır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı X4 ilə rəsmi nikaha girərək ailə qurmuşdur və bu nikahdan 30 yanvar 2009-cu il təvəllüdlü X9 anadan olmuşdur. Hal-hazırda ərizəçinin mərhum atası Nəsrəddin Əliyevin ölümündən sonra miras əmlakın qəbulu ilə bağlı ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin onun doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum haqqında akt qeydi Ermənistanda qaldığından o, yeni şəhadətnamə ala bilmir. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində doğulması barədə akt qeydinin bərpa edilməsi, həmin akt qeydində “ata adı” qrafasında X1, “ana adı” qrafasında X8, “milliyyət” qrafasında azərbaycanlı, həmçinin həmin akt qeydində “uşaq” qrafasında ərizəçinin adının Ərizəçi kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X8 öz izahatında bildirdi ki, ərizəçi onun oğludur. O, xx xxxxxx 1975-ci il tarixdə Ermənistanda anadan olmuşdur. 1988-ci ilin noyabr ayında onlar Azərbaycana köçmüşlər. Ərizəçi öz doğum haqqında şəhadətnaməsini itirmişdir. 2021-ci ildə onun yoldaşı vəfat etdikdən sonra əmlakla bağlı sənədlər lazım olanda şəhadətnamənin itdiyi onlara məlum olmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, ərizəçi onun qardaşının oğludur. O, 1975-ci ildə Ermənistanda anadan olmuşdur. Onun qardaşının ölümündən sonra sənədlər lazım olmuş, onlar ərizəçinin doğum haqqında şəhadətnaməsinin itdiyini bilmişlər. Bundan başqa ərizəçinin əkiz qardaşı və bacısı var. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 31 oktyabr 2003-cü il tarixdə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Onun doğumu qeydə alınsa da, doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizəçinin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş, məhkəməyə Ərizəçi adına sənədləşən fərdi uçot kartoçkasının surəti təqdim edilmişdir. Həmin kartoçkada ərizəçinin adı Ərizəçi, ata adı X1, ana adı X3 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış 23 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunun Sarvanlar kəndində doğulmasına dair akt qeydi bərpa edilməli, həmin akt qeydində “ata adı” qrafasında X1, “ana adı” qrafasında isə X3, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” Ərizəçi kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunun Sarvanlar kəndində doğulmasına dair akt qeydi bərpa edilsin, həmin akt qeydində “ata adı” qrafasında X1, “ana adı” qrafasında isə X3, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilsin, həmçinin həmin akt qeydində “uşaq” Ərizəçi kimi qeyd olunsun. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar