Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2793/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci il tarixdə doğulduğu faktının qeydə alınması və qeyd edilən tarixdə doğulduğu ilə əlaqədar doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1957-ci il tarixdə Basarkeçər rayonunun, Yuxarı Zağalı kəndində doğum faktının müəyyən edilməsi və şəhadətnamədə ata qrafasının qarşısında X3, ana qrafasının qarşısında X1 qeyd olunması və milliyətinin azərbaycanlı olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 1957-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur, anadan oduqdan bir müddət sonra bilinən səbəblərdən həmin rayondan ailəsi ilə birlikdə məcburi olaraq köçkün olmuş və Gədəbəy rayonuna yerləşmişdirlər, köçdükləri zaman özü uşaq olmuşdur və məcburi köçdüklərindən özünə məxsus olan hər hansı əhəmiyyətli sənədi özləri ilə götürmək imkanları olmamışdır, buna görə də şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1957–ci il kimi qeyd edilmişdir, odur ki, anadan olduğu gün və aya dair hər hansı məlumat və bununla əlaqədar doğum haqqında şəhadətnaməsi də olmamışdır, lakin valideynlərinin və yaxın qohumlarının dediklərinə əsasən, bilir ki, 1957-ci ilin yanvar ayında anadan olmuşdur, həmçinin 1972-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur, bununla əlaqəli ona verilən hərbi biletdə doğum günü olaraq xx.xx.1957-ci il qeyd edilmişdir, hazırda təqaüdə çıxma yaşı çatmışdır, bununla əlaqəli olaraq müraciətində ona təvəllüdünün dəqiq yazılmasının lazım olduğu bildirilmişdir, bu səbəbdən doğum tarixinin – doğum gününün və ayının dəqiq qeyd olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Maraqlı şəxs mülki işin çoxluğu ilə əlaqədar işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** saylı AR vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi doğulduğu yer və tarix Ermənistan, Vardenis rayonu, XX.XX.1957 kimi qeyd edilmişdir. İş materiallarında olan NZ ******* saylı Hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi doğum tarixi kimi xx.xx.1957-ci il qeyd olunmuşdur. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdən Xətai rayon Polis İdarəsi tərəfindən AZE – 00907454 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir, qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi doğulduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, doğulduğu tarix -1957, boyu 186, gözlərinin rəngi qəhvəyi kimi qeyd edilmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 016-66790-1222 saylı məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.2020-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 388232 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 32-05/68 saylı məktubdan görünür ki, kifayə qədər zəruri sənədlər olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunda Yuxarı Zağalı kəndində doğulmuşdur, onun atası X3, anası X2r, ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır, Ərizəçi doğum tarixi xx.xx.1957-ci il, doğum yeri Ermənistan, Vardenis (Basarkeçər) rayonu, Yuxarı Zağalı kəndi, milliyyəti isə azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olması, anasının X4, atasının X3 olması faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan, Basarkeçər rayonu, Yuxarı Zağalı kəndində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1957-ci il”, doğum yeri “Ermənistan, Basarkeçər rayonu, Yuxarı Zağalı kəndi”, ata qrafasında “X3”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2793/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2793/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver