Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2795/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizəylə müraciət edərək X4 xx.xx.2015-ci ildə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X9”, ata adının “Məlikov Əli ” kimi, anası “Hacıyeva Fidan”, milliyyəti “azərbaycanlı”, X3 xx.xx.2017ci ildə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında adının “X5”, ata adının “Məlikov Əli ” kimi, anası “Hacıyeva Fidan”, milliyyətləri “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X11 2012-ci ildə İraqa getmiş və orda Hacıyeva Fidan adlı qadın ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəlüddlü X9 və xx.xx.2017-c il təvəllüdlü X5 dünyaya gəlmişdir. İlk vaxtlar tez-tez mobil telefon ilə əlaqə saxlasalar da, daha sonra əlaqə yaratmaqda çətinlik çəkmişlər. Daha sonra qardaşı X11 itkin düşmüş və onadan bir daha xəbər ala bilməmişlər, uşaqların anasının da yeri məlum deyil. Həmin uşaqlar dövlətimizin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmişdir. xx.xx.2021-ci ildə Xətai Rayon İcra Hakimiyyəti Başçısının 366 saylı Sərəncamına uşaqların qəyyumluğu iddiaçıya verilmişdir. İddiaçı doğumun qeydə alınması və bu barədə müvafiq şəhadətnamənin alınması məqsədilə xx.xx.2022-ci il tarixdə yaşadığı ərazi üzrə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış cavab məkətubunda doğumunu təsdiq edən tibbi şəhadətnamənin və ya məhkəmə qətnaməsinin olmaması səbəbindən ərizəni təmin etməkdən imtina etmiş və doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Bununla da uşaqların doğum haqqında şəhadətnaməsi olmadığı üçün onların hüquqlarının həyata keçirilməsində çətinlik yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən iddiasının təmin olnmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin gələməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 827-05/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetunin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.4 və 2.6-cı bəndinə əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğu faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 05.11.202-ci il tarixli, 366 saylı Sərəncamından çıxarışın surətindən görünür ki, yetkinlik yaşına çatmayanlar xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 üzərində Ərizəçi qəyyum təyin edilməsinə dair “Qəyyumluq və Himayəçilik Komissiyası”nın razılığı nəzərə alınmış və ünvan 2 ünvanında qeydiyyatda məhrum olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 üzərində Ərizəçi üzərində qəyyum təyin edilmşdir. Azərbaycan Respublikasının İraqda yerləşən Səfirliyinin AA0148275 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən X9 xx.xx.2015-ci il tarixdə İraq Respublikasında doğulmuşdur. Azərbaycan Respublikasının İraqda yerləşən Səfirliyinin AA0148276 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən X5 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında doğulmuşdur. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ seriyalı, 327644 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında isə X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ seriyalı, 396675 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında isə X1 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisioğludur. Bibisi oğlu X2 Respublikasına 2013-cü ildə gedib, 2018-ci ildə onunla görüntülü danışıb, Həsən və Hüseyn adlı övladları olduğunun bilir. Bibisi oğlu X11 2018-ci ildə dünyasını dəyişib, həyat yoldaşını isə həbs ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Hacıyeva Fidanın bibisioğludur. Hacıyeva Fidan 2013-cü ildə öz ailəsiylə Suriyaya ordan da İraq Respublikasına getmişdi. Həsən və Hüseyn adlı övladları olduğunun bilir. Dayısı qızı Hacıyeva Fidanla 2018-ci ilə kimi danışıblar, o həbs edilmişdi. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 İraqda anadan olduğu, atasının milliyəti azərbaycanlı olan X11 anası Hacıyeva Fidan olduğu təsdiq edildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə uşaqların doğum haqqında şəhadətnaməsinin məlumat qrafasında ananın milliyyəti azərbaycanlı kimi qeyd edilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 və X3 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnamələri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2015-ci il tarixində, X3 xx.xx.2017-ci il tarixində İraq Respublikasında doğulması, atasının milliyyəti azərbaycanlı olan X11, ananın isə Hacıyeva Fidan olduğu şahidlərin ifadələri və işin digər sübutları ilə sübuta yetirildiyindən, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X4 xx.xx.2015-ci ildə İraq Respublikasında doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında - X11, milliyyəti azərbaycanlı qeyd edilsin. Doğum akt qeydində ana qrafasında - Hacıyeva Fidan qeyd edilsin. X3 xx.xx.2017-ci ildə İraq Respublikasında doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında - X11, milliyyəti azərbaycanlı qeyd edilsin. Doğum akt qeydində ana qrafasında - Hacıyeva Fidan qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2795/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2795/2022
22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver