Məhkəmə qərarları › İş №2(011)-2795/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2795/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2795/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh F.Ş X3rşı “borc pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı MMC cavabdeh F.Ş X3rşı – cavabdeh F.Ş X9 tərəfindən 09 iyul 2019-cu il tarixində CSG 2019- 020 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə "xxxx" MMC -yə borclu olduğu 35000 (otuz beş min) manat məbləğində əsas borcun, 09 iyul 2019-cu ıl tarixindən ödəmədiyi hər həftə üçün əsas borcun 0.5 faizi olmaqla 25000 (iyirmi beş min manat) manat cərimə borcunun, cəmi 60000 (altmış min manat) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə F.Ş X10 arasında 09 iyul 2019-cu il tarixində CSG 2019-020 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC tərəfindən cavabdeh F.Ş X8 icarə haqqı 3700 (üç min yeddi yüz) manat olmaqla 02 (iki) ədəd Telehander, aylıq icarə haqqı 2500 (iki min beş yüz) manat olmaqla 01 (bir) ədəd Dizel Qayçı icarəyə verilməli, cavabdehin isə öz növbənizdə həmin əmlakların icarə haqlarını İddiaçı MMCnın bank hesabına köçürməsi nəzərdə tutulmuşdur. Aralarında olan müqavilənin şərtlərinə əsasən tərəflərindən cavabdehə 02 (iki) ədəd Telehander, və 01 (bir) ədəd Dizel Qayçı icarəyə verilmiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyərək icarəyə götürdüyü daşınar əmlakların icarə haqqını hesablarına ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməsi barədə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin xəbərdarlıqlara məhəl qoyulmamışdır. Həmçinin cavabdeh tərəfindən edilən qanunsuz əməllər barədə tərəflərindən Bakı Şəhər Baş Polis İdarəsi Xətai Rayon Polis İdarəsinə müraciət olunmuş, sözügedən orqan tərəfindən 14 04.2021-ci il tarixində “Caspian Services MMC”-yə cavab verilmişdir. Həmin cavabda müraciətlərində göstərilən faktların mülki xarakterli olması səbəbi ilə cinayət işinin başlanmasının rədd edilməsi göstərilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2020-ci il tarixində İddiaçı MMC ilə F.Ş X10 arasında üzləşdirmə aktı tərtib olunmuşdur. Sözügedən üzləşdirmə aktından xx.xx.2020cı il tarixində F.Ş X6 İddiaçı MMC-yə 35000 (otuz beş min manat) borcu olması aydın şəkildə görünür. Eyni zamanda aralarında imzalanmış xx.xx.2019-cu il tarixində CSG 2019-020 nömrəli daşınar əmlakın icarə müqaviləsinə əsasən icarəçi icarə haqqı ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə gecikdirilmiş hər bir həftə üçün gecikdirilmiş məbləğin 0.5 faizi həcmində cərimə ödəməsi nəzərdə tutulmuşdur. Tərəflərindən hesablamalar aparılmış, həmin hesablamalar nəticəsində məlum olur ki, 09 iyul 2019-cu ıl tarixindən bu günə kımı cavabdehin iddiaçıya ödəməli olduğu əsas borcdan əlavə 25000 (iyırmı beş mm manat) cərimə borcu da vardır. İddiaçı hesab edir ki, 09 iyul 2019-cu ıl tarixində CSG 2019-020 nömrəli daşmar əmlakın icarə müqaviləsi üzrə daşınar əmlakların icarə haqqını təşkil edən 35000 (otuz beş min) əsas borcu və müqavilədə nəzərdə tutulan gecikdirilmiş məbləğin 0.5 faizi həcmində cərimə borcu olmaqla 25000 əlavə borcu cavabdeh F.Ş X4 tutularaq "‘Caspıan Services Group” MMC yə ödənilməlidir.Tərəflərindən müqavilə öhdəliyi və pul tələbinin icra edilməsinə dair cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmışdır. Ancaq cavabdeh müxtəlif bəhanələrlə şirkətə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən edilən sözügedən qanunsuz hərəkətlərə məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə Müşviq oğlu məhkəməyə ərizə təqdim edərək məhkəmə prosesini onun iştirakı olmadan keçirib, iddia tələbinin tamamilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh F.Ş X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli daşınar əmlakın icarə müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, icarəyə verən "‘Caspıan Services Group” MMC icarəçi F.Ş X1 dəyəri 7400 manat olan 02 (iki) ədəd Telehander və dəyəri 2500 manat olan 01 (bir) ədəd Dizel Qayçı verilmişdir. İş materiallarında olan üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixinə F.Ş X6 "‘Caspian Services Group” MMC-yə 35000 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh F.Ş X1 borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşmar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706-cı maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında daşınar əmlakın icarə müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı tərəfindən əmlaklar icarəyə verilmiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyərək icarəyə götürdüyü daşınar əmlakların icarə haqqını ödəməmişdir. Beləliklə cavabdehin iddiaçı qarşısında 35000 manat əsas borc öhdəliyi yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı əsas borcu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh daşınar əmlakın icarə müqaviləsi əsasında iddiaçıdan icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadəyə malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Lakin, cavabdeh daşınar əmlakın icarə müqaviləsi əsasında iddiaçıdan daşınar əşyaları alaraq istifadə etmiş, icarə haqqı vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 35000 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 25000 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 3500 manat cərimə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı vaxtında məhkəməyə müraciət etsəydi cərimə məbləği 25000 manata qədər artmazdı. Lakin iddiaçı öz hərəkətsizliyi ilə cərimə məbləğinin artmasına şərait yaradıb. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia qismən təmin edilərək, cavabdeh F.Ş X5 35000 manat əsas borc və 3500 manat məbləğində cərimə borcu tutularaq "‘Caspian Services Group” MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 35000 manat əsas borc məbləği, 3500 manat cərimə borcu, cəmi 38500 manat məbləğində pul vəsaiti F.Ş X5 alınaraq "‘Caspian Services Group” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar