Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2803/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı miras qoyan X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzilidə 1/2 pay - hisssəsində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququnun tanınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzili Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 600 nömrəli reyestr kitabının 55146 nömrəli vərəqində qeydiyyata alınmış, Seriya MH ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 Qaribxan oğlunun adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin daşınmaz əmlak Cavabdeh1 Qaribxan oğlu ilə X3 birgə nikah müddətində əldə edilmiş ümumi birgə mülkiyyətlərində olmuşdur. Cavabdeh1 Qaribxan oğlu ilə X5 14 noyabr 1980-ci il tarixdə nikaha daxil olmuşlar və onlara bu barədə 889 saylı akt qeydi ilə qeydə alınmış AZ-İ N145293 nömrəli nikah haqqında Şəhadətnamə verilmişdir. Onların birgə nikahlarından xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3 olmuşlar. X5 24 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onunla Cavabdeh1 Qaribxan oğlunun ümumi birgə mülkiytyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv.metr,yaşayış sahəsi 46,62 kv.metrdən ibarət 3 otaqlı 79 saylı mənzilində olan 1/2 payı miras qalmışdır. Miras qoyanın ölümündəın sonra Cavabdeh1 Qaribxan oğlu, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsələr olmuşdur. Cavabdeh1 Qaribxan oğlunun təzyiq və təsirləri, hədə-qorxuları səbəbindən miras əmlakın vərəsələr arasında bərabər əsaslarla əldə olunması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən olunmuş qaydada və müddətdə notariat orqanlarına müraciət edilməmişdir. İddiaçı cavabdehlərə dəfələrlə miras əmlakda vərəsəlik hüququnun tanınması, mirasda payların müəyyən edilməsi və bölünməsi ilə bağlı müraciət etsə də, Cavabdeh1 Qaribxan oğlu ona hədə-qorxu gələrək buna imkan verməmişdir. Ona görə də iddiaçı “miras əmlakda vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mərhum anası X1 bir çox əmlak miras qalmışdır. Lakin o, öz vərəsəlik hüququndan atası mülki iş üzrə Cavabdeh1 xeyrinə imtina etmişdir. Həmin vaxt Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzilə dair hər kesə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə ki, həmin mənzil atası mülki iş üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Lakin, iddiaçı hesab edir ki, mənzil atası və mərhum anasının birgə nikah dövründə əldə edildiyinə görə mənzilə dair anasının da mülkiyyət hüququ olmuşdur və iddiaçının anasının birinci növbəli vərəsəsi kimi həmin mənzilə dair vərəsəlik hüququ tanınmalıdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və badov Namiq Əmirşah oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla təmin edilməməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********03 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 37 saylı evin ümumi sahəsi 68,22 kvadrat metr olan yaşayış sahəsi 46,62 kvadrat metrdən ibarət 3 otaqlı 79 nömrəli mənzilə dair ******* Cavabdeh1 adına qeydiyyat üçün Bakı şəhər X10 İcraiyyə Komitəsinin 180130 22.06.197-ci il tarixli orderi olmuşdur. Həmin orderə əsasən Cavabdeh1 və onun ilə yaşayan 3 nəfər ailə üzvü yuxarıda qeyd edilmiş ünvanda yerləşən yaşayış sahəsinə almaq hüququnu əldə etmişdirlər. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 067566 saylı qeydiyyat vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir və bu barədə 1143 saylı reyestr kitabında 171614 səhifədə 30/171664 nömrəylə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. Mənzilin Cavabdeh1 şəxsi mülkiyyətinə keçirilməsi üçün həmin mənzildə daimi qeydiyyatda olan şəxslər razılıq ərizələrini təqdim etmişdirlər. Mülki iş materiallarında olan AZ-İİ seriyalı, 251745 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzildə xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat kontorunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 481 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 79 saylı mənzilin ona çatası hissəsindən atası Cavabdeh1 xeyrinə xx.xx.2021-ci il tarixdə 8i-288 reyestr nömrə ilə qeydiyyatdan keçmiş ərizəyə əsasən imtina etdiyi üçün miras əmlakdan ona pay verilməsi mümkün deyil. Məhkəmə iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, mərhum X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Cavabdeh3 mərhumun qanun üzrə vərəsələridir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzildən ona çatası hissəsindən cavabdeh, yəni atası Cavabdeh1 xeyrinə imtina etmişdir. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzil özəlləşdirilərək əvəzsiz olaraq Cavabdeh1 xüsusi mülkiyyətinə verildiyindən mərhum X3 həmin mənzilə dair mülkiyyət hüququ olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş mənzil mərhum X3 miras əmlak kütləsinə daxil deyil. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinadən qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin - əmlakın ər-arvadın nikah müddətində və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması, eyni zamanda mövcud olması vacibdir: İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Qeyd edilən qərarda qeyd edilmişdir ki. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzil mərhum miras qoyan X2 miras əmlakı olmadığına görə İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzilidə 1/2 pay - hisssəsində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququnun tanınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi barədə iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin ümumi sahəsi 68,22 kv/metr, yaşayış sahəsi 46,62 kv/m-dən ibarət 3 otaqlı 79 saylı mənzilidə 1/2 pay - hisssəsində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi, bölünməsi və mülkiyyət hüququnun tanınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2803/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2803/2022
10.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver