Məhkəmə qərarları › İş №2(011)-2805/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2805/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2805/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi tikmək məqsədilə "Tap.az" internet üzərində fəaliyyət göstərən pulsuz elanlar saytı vasitəsilə tanış olduğu və 2002-ci ilin noyabr ayında Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən Cavabdeh məxsus 4 sot boş torpaq sahəsini almaq üçün ümumilikdə 13000 (on üç min) manat pul verilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh məxsus olmasını təsdiq edən Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 8192 saylı 05 avqust 2005-ci il tarixli müqaviləsi olmuşdur. Həmin müqavilə üzrə 5 sot torpaq sahəsindən 4 sotunun dəyəri 13000 manat məbləğində razılaşdırılmış, torpağa 2 ay müddətində çıxarış alacağına söz vermiş və onun tərəfindən Bakı şəhəri 18 saylı Notariat Ofisində İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı aidiyyatı qurumlarda onun adından təmsil olunması üçün 50 il müddətinə 7E-27421 reyestr nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə verilməsini icra etmişdir. Lakin Cavabdeh faktiki satmış olduğu 4 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edə bilmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həyat yoldaşı X1 Azərbaycan Respublikası DİN-nin Suraxanı Rayon Polis İdarəsinə Cavabdeh qanunsuz əməli barədə şikayət xarakterli ərizə ilə müraciət edilmişdir. Ərizə Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırılmış və faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazində yerləşən Cavabdeh məxsus 5 sot torpaq sahəsindən 4 sot torpaq sahəsini İddiaçı satması müqabilində 13000 manat məbləğində pul vəsaitinin aldığını etiraf etmiş, araşdırma ərəfəsində 3000 manat məbləğində pul vəsaitinin qaytarılmasını təmin etmiş, lakin 10000 (on min) manat məbləğində pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Suraxanı RPİ-nin İŞ-i tərəfindən HK/1-2380 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinin əsası kimi tərəflər mövcud olması göstərilmişdir. İddiaçı Cavabdeh qanunsuz hərəkəti nəticəsində 10000 manat məbləğində pul vəsaitindən məhrum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O torpağı başqasından aldığını,sonradan xəstəliyi ilə bağlı satdığını, lakin ödənişi ala bilmədiyini bildirmişdir. O iddiaçıya cəmi 9850 manat pul verməli olduğunu bildirmişdir. İşin halları - Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Hövsan ərazisindəki 846 nömrəli bağın istifadəyə verilməsi haqqında 8192 saylı 05 avqust 2005-ci il tarixli müqavilədən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 05 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cəfərov X5 rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, 62/7 ünvanında yerləşən torpaq sahəsin özəlləşdirməyi, sərəncam verməyi, və digər səlahiyyətlərə dair İddiaçı etibarnamə vermişdir. - İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh İddiaçı aldığı 13000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixə kimi qaytarmağa dair iltizam imzalamışdır. - İş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, İddiaçı Cavabdeh 12850 manat məbləğində pul vermiş, torpağın çıxarışını aldıqdan sonra isə 2150 manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə torpağın çıxarışının xx.xx.2023-cü il tarixə kimi verilmədiyi halda ona verilən 12850 manat məbləğində pul vəsaitini qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü ilin tarixli cinayət işininin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh X1 ilə aralarında torpaq sahəsinin satılmasına dair razılaşma olmuş, bu hal yalnız torpağa dair verilmiş etibarnamə ilə sübut olunur. Həmçinin verilmiş puldan 3000 manat geri qaytarılmış və pulun qalan hissəsinin geri qaytarılması üçün Cavabdeh öz adından iltizam imzalamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən iddiaçı Cavabdeh Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin müqabilində 12850 manat məbləğində pul vermişdir. İddiaçı cavabdehə 13000 manat məbləğində pulun verildiyi iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında təkzib edilmişdir. Qeyd edilən torpaq sahəsi iddiaçının adına sənədləşdirilməmiş, nəticədə cavabdeh iddiaçıya torpağa görə aldığı vəsaitdən 3000 manat məbləğində vəsaiti geri ödəmişdir. Bu hal məhkəmə iclaslarında tərəflərin izahatları ilə təsdiq edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarından göründüyü kimi əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh hər hansı bir əsas olmadan İddiaçı vəsaiti hesabına əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, iddia qismən təmin edilərək 9850 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, məhkəmə xərcinə daxil olan 120 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9850 (doqquz min səkkiz yüz əlli) manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi manat) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təminh edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar