Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2817/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və satış pulunun tərəflər arasında bölüşürülməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilə işin halları:
1. ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin payları mövcuddur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerıəşən 111 nömrəli mənzilin iddiaçı və caabdeh arasında bölüşdürülməsi texniki cəhətdən mümkün olmadığl üçün iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı tərəfindən mənzildə olan payının cavabdeh tərəfindən 80000 manata alması barədə cavabdehə təklif göndərilmişdir.
İddiaçının tələbi:
2. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzilin açıq hərracda satılması və satış pulunun paylara mütənasib bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin şəxsin etirazı:
3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddia tərəfi Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzilin hərracda satılması və satış pulunun tərəflər arasında bölüşürülməsidir. Həmin mənzilin tərəflər arasında naturada bölünməsi mümkün olamamışdır. Bunu sübut edən ekspertiza rəyi və Xətai Rayon Məhkəməsinin qətnaməsi vardır. Həmçinin iddiaçı tərəfindən cavabdehə iddiaçıya məxsus payın satın alınması ilə bağlı təklif də göndərilmişdir. Hazırda iş materiallarında olan ekspertiza rəyinə əsasən mənzilin dəyəri 170000 manat müəyyən edilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, həmin mənzil onun anası və atasının mənzili olmuşdur. İddiaçı onun qardaşı ilə 5 ay rəsmi nikahda olmuş və indi həmin mənzilin satılmasını istəyir.O, heç vaxt Bakıda olmamışdır və Ukrayna vətəndaşıdır. Ona məxsus hissənin satılması və öz hissəinin satılmamasını bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 50 manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. xx.xx.2024-cü il tarixli təklif məktubuna əsasən, İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzilin ½ hissəsinin 80000 manata alınması üçün təklif etmiş və əks haıda mənzilin hərracda satılması üçün məhkəməyə müraciət edəcəyi barədə xəbardarlıq etmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
9. "xxxx" MMC tərəfindən verilmiş 04/ME/002 №-li, xx.xx.2025-ci il tarixli hesabata əsasən, ünvan 1 ünvanında yerləçən 3 otaqlı, ümumi sahəsi 66.0 kv.m olan mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 170000 manat təşkil etdiyi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
16. İşin mübahisəsiz hallarından göündüyü kimi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. (§8)
17. Göründüyü kimi, mübahisə predmeti olan mənzil ümumi paylı mülkiyyət hüququ əsasında ½ hissədə iddiaçıya və ½ hissədə cavabdehə məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. Ümumi paylı mülkiyyətçi həmin mənzilin açıq hərracdan satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin cavabdehlə onun payına mütənasib olaraq bölünməsi barədə iddia tələbini irəli sürmüşlər. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertiza rəyinin məzmunundan aydın olur ki, mübahisə predmeti olan mənzilin naturada paylara uyğun olaraq bölgüsü texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər öz paylarına uyğun kompensasiya ödənilməsi barədə də razılığa gələ bilməmişlər. Bu halda, məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq, ümumi paylı mülkiyyətçilərin hər birinin payının aşkar olduğunu, müvafiq əmlakın naturada paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını və paya uyğun kompensasiya ödənilməsi barədə qarşılıqlı razılığın əldə olunmadığını əsas götürərək, hesab edir ki, müvafiq mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümumi paylı mülkiyyətçilərin arasında onların paylarına mütənasib olaraq bölünməlidir.
18. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinin mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (§12)
19. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 111 №-li mənzilin naturada bölünməsinin mümkün olmaması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. (§6)
20. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına görə paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz və məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. (§13)
21. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 04/ME/002 №-li, xx.xx.2025-ci il tarixli hesabata əsasən, ünvan 1 ünvanında yerləçən 3 otaqlı, ümumi sahəsi 66.0 kv.m olan mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 170000 manat təşkil etdiyi müəyyən edilmişdir. (§9)
22. Məhkəmə mənzilin mülkiyyətçiləri arasında mənzilin onlardan hər hansı biri tərəfindən alınması ilə bağlı razılığın əldə olunması üçün səy göstərmiş, lakin cavabdeh və iddiaçı arasında hər hansı razılığın əldə olunması mümkün olmamışdır.
23. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi haqqında qərar qəbul edilməlidir.
24. Məhkəmə tərəflərin razılığa gələ bilmədiyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12 ünvanında yerləşən 111 №-li mənzilin açıq hərracda satılmalı və mənzilin satılmasından əldə olunan vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh verilməlidir.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Həmçinin, məhkəmə hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 400 manat ekspertiza xərci Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. ünvan 4 ünvanında yerləşən 111 saylı mənzil açıq hərracda satılsın və mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 hissədə İddiaçı və ½ hissədə Cavabdeh verilsin.
3. ünvan 4 ünvanında yerləşən 111 saylı mənzilin hərracda ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat müəyyən edilsin.
4. Mütəxəsis rəyinin dəyəri olan 400 manat məbləğində pul vəsaiti İddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsaiti və Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutulmaqla "xxxx" MMC-nin hesabına köçürülsün.
5. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova