Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2875/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli,675-05/15 saylı məktubu ilə xx.xx.2016-cı il təvəllüdlü nəvəsi Quliyev Yəhya Ramil oğlunun adına doğum haqqında şəhadətnamənin verilməsinə dair müraciəti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.4 və 2.6-cı bəndinə əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunduğu halda verildiyini, doğum faktını təstiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edildiyi əsas göstərilməklə, təmin edilməmişdir. Qızı xx.xx.1987-ci il təvəllüdlü X9 həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü Quliyev Ramil Elmdar oğlu və himayələrində yaşayan 3 övladları-xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X19, xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə 2015-ci ildə Suriya Respublikasına getmiş, xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında onların X15 adında bir övladları da anadan olmuşdur. Qızı ilə saxladığı telefon əlaqələrindən və nəvələrinin söylədiklərinə görə kürəkəni xx.xx.1984cü il təvəllüdlü Quliyev X8 gedən döyüşlərdə 2016-cı ildə ölmüş, qızı isə 4 övladı ilə birlikdə İraq Respublikasına qaçmaq məcburiyyətində qalmışdır. Hazırda da qızı İraq Respublikasında Rusava həbsxanasında saxlanılır, həmin həbsxanada onun himayəsində olmuş 4 övladı 2019-2021-ci illər ərzində Azərbaycan Respublikasına gətirilmiş və Bakı şəhəri Xətai rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 291 saylı, xx.xx.2020-ci il tarixli 67 saylı və 29.10.202l-ci il tarixli 353 saylı sərəncamları ilə yetkinlik yaşına çatmamış həmin uşaqlar onun himayəsinə verilmiş və hər birinin üzərinə qəyyum təyin edilmişdir. Lakin nəvələrindən Quliyev Yəhya Ramil oğlu xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında anadan olduğundan onun doğum haqqında şəhadətnaməsi olmadığından həmin uşaqla bağlı müvafiq tibbi, qeydiyyat yaşayış və digər orqanlarına müraciət etdiyində bir sıra çətinliklərlə rastlaşır. Bu əsasla da Suriya Respublikasında anadan olmuş Quliyev Yəhya Ramil oğluna doğum haqqında şəhadətnaməni almaq yalnız məhkəmə qətnaməsi ilə doğum faktı müəyyən edildiyi halda mümkündür. Ərizəçi nəvəsi Quliyev Yəhya Ramil oğlunun xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizəçinin nəvəsi Quliyev Yəhya Ramil oğlunun xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-T 127463 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2007ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Quliyev Ramil Elimdar oğlu, anası isə X4r. İş materiallarına əlavə olunmuş AZ-T 127461 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Quliyev Ramil Elimdar oğlu, anası isə X4r. İş materiallarına əlavə olunmuş AZ-T 127462 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2011ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Quliyev Ramil Elimdar oğlu, anası isə X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 675-05/15 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”- nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş AA0148252 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, Quliyev Yəhya Ramil oğlu xx.xx.2016-cı il tarixdə İraqda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının tərəfindən verilmiş xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli sərəncamdan çıxarışlardan görünür ki, Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü Quliyev Yəhya Ramil oğlunun üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzinin direktoru: X5, peşə-əmək reabilitasiyası şöbəsinin müdiri: X7, təsərrüfat və xidmət şöbə müdiri - X13 akt tərtib edərək göstərmişdirlər ki, SXA-nin **********6 saylı 27 oktyabr 2021-ci il tarixli əmrinə əsasən İraq Respublikasından gətirilmiş, reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən Quliyev Yəhya Ramin oğlu sosial - psixoloji qiymətləndirilmiş 7 saylı poliklinikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və Xətai rayonu İcra Hakimiyyətinin Başçısı 29 oktyabr 2021-ci il tarixli 353 saylı Sərəncamına əsasən Bakı şəhəri 9-cu Əhmədli K-sı,ev. 24 B ünvanda yaşayan ana nənəsi X1-salamat təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Quliyev Yəhya Ramil oğlunun 21 aprel 2016-cı il tarixdə Suriya Respublikasında doğulmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Quliyev Yəhya Ramil oğlunun İraq Respublikasında 21 aprel 2016-cı il tarixdə doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Quliyev Yəhya Ramil oğlunun 21 aprel 2016-cı il tarixdə İraq Respublikasında doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2875/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2875/2022
17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver